Xəbər lenti 
					
 
		Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.
DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















