Xəbər lenti 
					
 
		“İdrak” liseyində ölkəmizdə ilk dəfə təşkil olunan “Bilik” sərgisi keçirilib
Sumqayıt İdrak Liseyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Bilik” sərgisi keçirilib.
Manevr.az xəbər verir ki, Tədbir iştirakçıları məktəblilərin dərs ili ərzində müxtəlif fənlərdən aldıqları biliklər əsasında hazırladıqları təqdimatlarla tanış olublar. Şagirdlər vulkan püskürməsi, buludun yaranması kimi təbiət hadisələrini əyani şəkildə nümayiş etdirməklə yanaşı, süddə zülalların təyini, qida piramidası, köpüklü reaksiya, ağciyərlərin işləmə mexanizmi, üçbucağın ağırlıq mərkəzi, qızıl kəsim, ədədlərin sirri və s. haqqında biliklərini praktiki şəkildə nümayiş etdiriblər.
Azərbaycan dövlət himni ilə başlanan tədbirdə sərginin məqsəd və əhəmiyyətindən danışan İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışov bildirib ki, məktəblilərin iştirakı ilə belə bir sərgi ölkəmizdə ilk dəfə təşkil olunur. Adətən belə sərgilər universitetlərdə, elmi toplantılarda baş tutur. Sərgi liseyin şagirdlərinə tədris proqramlarını daha dərindən mənimsətmək və öyrəndiklərini təcrübə ilə dəstəkləmək imkanı yaradır. M. Alışov sərginin təşkilində əməyi olan Sumqayıt İdrak liseyinin kollektivinə, xüsusilə liseyin təlim tədris üzrə direktor müavini Sevda Butayevaya təşəkkür etdi.
Sərgidə iştirak edən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilli aparatının mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov da tədbiri yüksək qiymətləndirərək sərginin şagirdlərdə elmə və təhsilə maraq yaradacağını vurğuladı.
Sumqayıt İdrak liseyinin direktoru Xanım Alışova da tədbirin məktəblilərin bacarıqlarının inkişafına, onlarda özünəinamın formalaşmasına, biliklərinin tətbiqininə xidmət etdiyini bildirib. Sərgi məktəblilərin çəkdikləri rəsmlər və ifa etdikləri rəqslərlə müşayiət olundu.
Fərqlənən məktəblilər mükafatlandırıldı.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















