Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı Ağdam məktəbində görüş keçirilib - FOTOLAR

Tarix: 01-06-2017 19:42     Baxış: 3634 A- / A+
Bakıdakı Ağdam məktəbində görüş keçirilib


İyunun 1-də Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti Ağdam rayonunun 34 saylı məktəbində müəllim və şagirdlərlə görüş keçirib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsi çərçivəsində reallaşdırılıb.

Layihənin koordinatoru, “Təhsil” Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli görüşün keçirilməsində məqsədin məcburi köçkün məktəblərində təhsil alan şagirdlərdə elm və təhsilin təbliğ edilməsi, məktəblilərdə keyfiyyətli bilikllərin qazanılmasının motivasiya edilməsi olduğunu bildrib.

Tədbirdə çıxış edən “Moderator.az” xəbər portalının Baş redaktoru Zülfüqar Hüseynzadə ölkəmizin gələck inkişafı və işğal edilmiş torpaqlarımızın azad edilməsi, xalqımızın dünyada özünə layiq yer tutması naminə yeni nəslin yüksək təhsil qazanmasının vacibliyini vurğulayıb.

Tanınmış jurnalist Seymur Verdizadə şagirdlərin dünyagörüşünün formalaşmasında və elmə maraqlarının artırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın gələcəkdə dünya miqyasında özünə layiq yer tutmasında bugünkü gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Tanınmış təhsil eksperti Etibar Əliyev qeyd edib ki, məcburi köçkün məktəblilərin yaxşı təhsil alması ikiqat məsuliyyət tələb edir. Buna görə də hər birimiz onların savadlı yetişməsində əlimizdən gələni etməliyik.

Məktəbin yuxarı sinif şagirdləri Firəngiz Qurbanova, Zəhra Əzizova, Zülfiyyə Qarazadə, Sevinc Novruzova və başqaları görüş barədə və gələcək təhsil arzuları haqqında fikirlərini bildiriblər.

Sonda çıxış edən məktəbin direktoru Nailə Rüstəmova görüşün təşkilatçılarına və qonaqları minnətdarlığını bildirərərək qeyd edib ki, belə tədbirlərin keçirlməsi şagirdlərin təhsilə marağının artırılmasında vacibdir və pedoqoji kollektivin fəaliyyətinə böyük dəstəkdir.

Manevr.az

Bakıdakı Ağdam məktəbində görüş keçirilib
Bakıdakı Ağdam məktəbində görüş keçirilib
Bakıdakı Ağdam məktəbində görüş keçirilib
Bakıdakı Ağdam məktəbində görüş keçirilib
Bakıdakı Ağdam məktəbində görüş keçirilib
Bakıdakı Ağdam məktəbində görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar