Xəbər lenti 
					
 
		Məlekə Abbaszadədən 680-700 bal toplayan abituryentlərə xəbərdarlıq- NƏTİCƏLƏRİNİZ LƏĞV OLUNACAQ

Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib.
Manevr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur. Yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: “Yaz imtahanlarında I qrup üzrə 680-700 bal toplamış 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə 19 nəfərdən 12-si yay imtahanında iştirak edəcək. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə, bu, yaxşıdır. Ancaq məqsədləri digər abituriyentlərə, dostlarına kömək etməkdirsə, bilsinlər ki, yay imtahanında hansısa qanun pozuntusuna yol verəcək abituriyentin ilk imtahanda göstərdiyi nəticə ləğv olunacaq”.
M. Abbaszadə bu ildən bütün imtahan zallarında saatların quraşdırılacağını bildirib: “Saatlar arasında yaranan fərqi aradan götürmək üçün hər bir zalda elektron saatın olması nəzərdə tutulub. İndi müəyyən maliyyə imkanlarımız var. Hər bir imtahan zalında quraşdırılan saat hesabına abituriyentlər vaxtı izləyə biləcəklər”.gununsesi.info
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















