Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tələbə 2 qardaşın yerinə qəbul imtahanı verib

Tarix: 26-05-2017 11:07     Baxış: 5548 A- / A+
Azərbaycanda tələbə 2 qardaşın yerinə qəbul imtahanı verib

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar.

Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyini aşkarlanıb.

M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib: “Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.

Direktorlar Şurasının sədri əlavə edib ki, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlər məsuliyyətli yanaşmalıdırlar: “İmtahana gedən abituriyentə ailə üzvləri yalnız bir sual verməlidirlər – “Lazım olan sənədləri götürmüsənmi?”.

M.Abbaszadə qeyd edib ki, bəzən abituriyentlər lazımi sənədləri evdə qoyur, telefonu isə imtahana keçirməyə çalışırlar: “Belə hallarda onların imtahan nəticələri pis olacaq. Bizə müəyyən iradlar tuturlar ki, buraxılış rejimi çətin keçir, imtahandan 2 saat öncə binalara çağırırsınız. İmtahana gələnlər bədənlərində nəsə gizlətməyə, imtahana keçirməyə cəhd etməsə, hamı qanun-qaydaya riayət etsə, buraxılış rejimini çox sakit və qısa müddətdə keçirmək mümkün olar. Amma araşdırmalar hamıya təsir edir və buraxılış rejimində müəyyən çətinliklər yaradır. Bir daha hamıdan xahiş edirəm ki, imtahan gələndə yalnız öz biliklərinə güvənsinlər. Onları əmin edirəm ki, belə olduğu halda bilik səviyyələri düzgün qiymətləndiriləcək və layiq olduqları nəticə elan olunacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar