Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahanların vaxtı məlum oldu - SİYAHI

Tarix: 25-05-2017 18:52     Baxış: 4430 A- / A+
İmtahanların vaxtı məlum oldu


Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək yay qəbul imtahanlarının və orta məktəblər üzrə buraxılış imtahanlarının, eləcə də orta ixtisas təhsili müəssiələrini seçən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının tarixlərini açıqlayıb.

DİM-dən bildirlib ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları 2017-ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

Tarix
Şəhər (rayon)

17.06.2017
Bakı, Sumqayıt, Abşeron, NaxçıvanMuxtarRespublikası

23.06.2017
Lənkaran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi,
Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan,
Goranboy, Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar,
İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı

30.06.2017
Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala,
Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul,
Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan,
Kürdəmir, Qusar, Quba

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna , ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.

Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssiələrinə qəbul olunmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar