Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib - FOTOLAR

Tarix: 23-05-2017 21:46     Baxış: 3549 A- / A+
“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib




Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təhsil” Cəmiyyətinin “Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsi çərçivəsində Abşeron rayonu ərazisində yerləşən Laçın rayon Çıraqlı kənd ümumtəhsil məktəbində görüş keçirilib.

Layihənin rəhbəri, “Təhsil” Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli görüşü açaraq layihənin məqsəd və məramı barədə şagirdlərə məlumat verib və qonaqları görüş iştirakçılarına təqdim edib.

Təhsil üzrə tanınmış mütəxəssis, layihənin eksperti, fəlsəfə doktoru Etibar Əliyev məktəblilər və ümumiyyətlə gənclər arasında təhsilə və elmə marağın təşviq edilməsi baxımından belə tədbirlərin təşkil edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, hər bir ölkənin inkişafı onun elminin və təhsilinin səviyyəsindən asılıdır: “Bizim məqsədimiz odur ki, siz yaxşı təhsil alasınız, bütün biliklərə dərindən yiyələnəsiniz və gələcəkdə ölkəmiz, cəmiyyətimiz üçün savadlı kadrlara çevriləsiniz”.

Layihənin digər eksperti, tanınmış jurnalist Seymur Verdizadə qeyd edib ki, belə görüşlərin məcburi köçkün məktəblərində keçirilməsi daha vacibdir. Onların buna daha çox ehtiyacları var. Bu baxımdan məcburi köçkün məktəblilərinin elmə və fasiləsiz təhsilə motivasiya edilməsi bizim hər birimizin üzərinə düşən məsuliyyətdir.

Tədbirdə iştirak edən “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə işğal edilmiş rayonların məktəblərində maddi-texniki təchizat baxımından çatışmazlıqların olduğunu vurğulayaraq bildirib ki, buna görə də məhz bu məktəblərin şagirdlərilə belə görüşlərin daha sıx keçirilməsi zəruridir.

Sonda məktəbin direktoru İlham Çıraqov tədbirin təşkil edilməsində əməyi keçənlərə təşəkkür edərək qonaqlara şagirdlərlə faydalı və məhsuldar söhbətlərinə görə minnətdarlığını bildirdi.

“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib
“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib
“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib
“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib
“Təhsil” Cəmiyyəti Laçın məktəbində görüş keçirib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar