Xəbər lenti 
					
 
		Aşağı qiymət alan abituriyentlər üçün YENİ ŞANS

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.
Yuxarıdakı kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.
Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə "Azərbaycan dili" fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.
Rus bölməsinin abituriyentləri üçün ikinci "Azərbaycan dili" fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir.
Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















