Xəbər lenti 
					
 
		Azərbaycanda kurrikulum sisteminin ləğvi söz-söhbətinə RƏSMİ AÇIQLAMA

Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib.
Manevr.az xəbər verir ki, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb.
Təhsil Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ümumiyyətlə kurrikulum sisteminin ləğvi kimi bir məsələ müzakirə mövzusu deyil.
Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.baku.ws
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















