Xəbər lenti
Müəllimlərin maaşı artırıldı
Azərbaycanda büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri artırılıb.
Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" qərarına əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələ-rinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələri üçün tədris məşğələləri aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 4,85 manat (hazırda 4,40 manat), dosent, fəlsəfə doktoru üçün 3,20 manat ( hazırda 2,90 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,50 (hazırda 2,25 manat) müəyyənləşdirilib.
Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri olan tədris məşğlələrini aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 5,75 (hazırda 5,20 manat), dosent, fəlsəfə doktoru üçün 4,15 (hazırda 3,75 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 (hazırda 2,55 manat ) müəyyən edilib.
Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 6,95 (hazırda 6,30manat), dosent, fəlsəfə doktoru üçün 4,85 ( hazırda 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,20 (hazırda 2,90 manat) olacaq.
Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur. Bu qərar imzalandığı gündən qüvvəyə minib. azvision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar