Xəbər lenti 
					
 
		X sinif dərsliklərində səhvlərə yol verilib

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.
Manevr.az DİM-ə istinadən xəbər verir ki, , qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.
Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb.
Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib.
Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















