Xəbər lenti 
					
 
		BDU -da bu ixtisas bağlana bilər

Azərbaycanda jurnalistika ixtisasına qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub.
Manevr.az xəbər verir ki, bunu “Report”-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli deyib.
Onun sözlərinə görə, fakültənin Azərbaycan dili bölməsi üçün əyani təhsil üzrə ayrılan 60 yer, qiyabi təhsil üçün ayrılan 15 yer, eləcə də fakültənin ingilis dili bölməsi üçün ayrılan 15 plan yeri dolub:
“Yeganə problemimiz rus dili bölməsindədir. Çünki həmin bölmə üçün 15 yer ayrılsa da, cəmi 1 nəfər qəbul olunub. Bir tələb ilə də qrup yaranmır. Ötən il rus dili bölməsinə 4 nəfər daxil olduğu üçün qrupun yaranması mümkün olmuşdu”.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Proses avqustun 31-də yekunlaşacaq.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















