Xəbər lenti 
					
 
		Ölkəmizdəki şagirdlərin sayı açıqlandı

Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir.
Manevr.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib ki, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.476-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.
Azərbaycanda ən çox məktəb olan rayonlara gəlincə, qeyd olunub ki, ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında, 739-u 6 şəhərdə - Quba (135), Ağdam (135), Cəlilabad (125), Xaçmaz (123), Laçın (111), Kəlbəcərdə (110) yerləşir. Qalan 3.205 məktəb isə respublikanın digər rayon və şəhərlərinin payına düşür.
Naftalan şəhəri isə 3 məktəblə sıralanmada sonuncu yerdədir.(axar.az)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















