Xəbər lenti
Beynəlxalq yarışlara görə məktəblərin qrafikində dəyişiklik olacaqmı...
Cəsarət Valehov: “Əgər belə bir məlumat olarsa, elan edəcəyik, hələlik isə göstəriş yoxdur”
May ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Yarışlara görə paytaxt məktəblərində dərslər təxirə salınmayacaq. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq və bunun üçün xüsusi təşkilati işlər görülür. Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağı məsələsinə gəldikdə isə bildirilib ki, hələ ki, bu barədə heç bir göstəriş verilməyib.
Qeyd edək ki, bundan əvvəl ölkəmizdə keçirilən böyük beynəlxalq yarışları zamanı məktəblərdə dərslərin bitməsi və yaxud müəyyən müddətə təxirə salınması ilə bağlı qərar verilmişdi. Həmçinin, 2012-ci ildə ölkədə keçirilən “Eurovision” yarışması zamanı Bakıdakı 30 məktəbdə tədrisin bir həftə tez başa çatdırılmışdı. Yarışmanın keçildiyi ərazilərdə, xüsusən də Səbail və Nəsimi rayonlarında yerləşən məktəblərdə dərslər mayın 21-dən 30-dək dayandırılmışdı. Mayın 31-i isə hər il olduğu kimi son zəng tədbirləri keçirilmişdi. Qeyd edək ki, nazirlik açıqlama verərək bildirmişdi ki, əvvəlcədən dərs proqramlarında sıxışdırma aparıldığından, tədrisdə boşluq yaranmayıb.
2015-ci ildə də I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası mayın 31-nə qədər başa çatdırılmışdı.
Maraqlıdır, bəs bu il niyə məktəblər tez bağlanmadı?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, Avropa Oyunları zamanı da məktəblərin tez bağlanılması anlayışı yox idi. Sadəcə, həmin coğrafiyada olan bir sıra məktəbin qrafikində dəyişiklik olmuşdu. Amma indiki halda hələ ki heç bir məlumat yoxdur. Bildiyiniz kimi, oyunların keçirilməsi ilə təşkilat komitəsi, Bak Şəhəri İcra Hakimiyyəti məşğul olur. Yəni məsələ müvafiq qurumların qərarı ilə olmalıdır. Hazırda Təhsil Nazirliyində oyunların keçirilməsi ilə bağlı müəyyən məktəblərdə vaxtın məhdudlaşdırılması haqda hələ ki, məlumat yoxdur. Əgər belə bir məlumat olarsa, elan edəcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar