Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda universitetdən möhtəşəm addım – Təhsil haqqını ödəyə bilməyən tələbə üçün görün nə etdilər?

Tarix: 24-04-2017 14:30     Baxış: 4536 A- / A+
Azərbaycanda universitetdən möhtəşəm addım
Bakı Slavyan Universitetində təhsil haqqını ödəyə bilməyən tələbə üçün bütün heyət səfərbər olub.
Ailəsinin maddi imkanı çox aşağı olan tələbənin təhsil haqqını ödəmək üçün universitetin könüllülər heyəti kampaniya təşkil ediblər. Tələbələr evdə bişirdikləri şirniyyat və müxtəlif ləvazimatların xeyriyyə məqsədilə satışını həyata keçiriblər və yığılan pullarla tələbənin təhsil haqqını ödəyiblər.
Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova a24.az-a açıqlamasında qeyd edib ki, tələbə təhsilində uğurlu olduğu üçün universitet onun təhsilini yarımçıq qoymasına razı olmayıb. “Universitet heyəti və Könüllülər Cəmiyyəti ilə birlikdə belə bir xeyriyyə kampaniyası təşkil etdik. Tələbənin adı gizli saxlanılır. Xeyriyyə kampaniyasında iştirak edənlərin heç biri onun adını bilmir. Atası xəstəxanadadır, anası isə ikinci qrup əlildir. Ailənin maddi vəziyyəti çox ağır olduğundan təhsil haqqını ödəyə bilmirdi. Təşkil etdiyimiz xeyriyyə kampaniyasında tələbələr bir nəfər kimi iştirak etdilər. Kimin gücü nəyə çatırdı açıq satış üçün gətirmişdi. Verilən pullarla isə tələbənin təhsil haqqı ödənildi və qəbz maliyyə şöbəsinə təqdim edildi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar