Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çin təhsili ilə bağlı inanılmaz faktlar - Xoşbəxt insan yetişdirirlər

Tarix: 07-04-2017 15:50     Baxış: 5659 A- / A+
Çin təhsili ilə bağlı inanılmaz faktlar


Dünyanın tanınmış tədqiqatçı alimləri Çin Xalq Respublikasının uğurları haqqında cild-cild kitablar yazıblar. Bu araşdırmalar indi də davam edir. Çinin Orta təhsil sistemi bütün dünyaya örnək ola biləcək bir sistemdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi "Şagird nəaliyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Bu mövzuda qələmə aldığım bu məqalə orta məktəb müəllimləri, valideynlər və təhsil işçiləri üçün aktuallıq kəsb edə bilər.

Çin Xalq Respublikasının 5 Universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub. Çin hökuməti qarşıya məqsəd qoyub ki, onların sayını 10-a çatdırsın. İndi Çin məktəblilərinin biliyi dünyada birinci sayılır. Onlar artıq Sinqapur məktəblilərini də ötürlər. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə çinli həmkarlarına müraciət etmişdir. İngilis məktəblərinə Şanxaydan 60 müəllim dəvət olunub. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmağa xidmət edir.

Çində məktəblərə kənar şəxslərin daxil olması qadağandır. Valideynlər yalnız yığıncaqlar və "Açıq qapı” günlərində məktəbə gələ bilərlər. Bu günlərdə istənilən şəxs dərslərin necə keçirilməsini müşahidə edə bilər. Yerdə qalan gündəlik suallarla bağlı valideynlər müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlayırlar.

Çin təhsili ilə bağlı inanılmaz faktlar


Məktəb administrasiyası çalışır ki, müəllimlərlə valideynlər arasında əlaqələr məhdudlaşdırılsın. Uşaq dərsi yalnız xüsusi icazə olmadan tərk edə bilməz. Bu barədə dərhal valideynlərə məlumat verilir. Uşaqların məktəblərdə olduğu vaxtlar bütün məsuliyyət məktəb administrasiyanın üzərinə düşür.

Çində məktəblilərin dərs yükü yüksəkdir. Bu Çin məktəblərinin əsas xarakterik xüsusiyyətlərindən biridir. Böyük şəhərlərdə ibtidai təhsil də daxil olmaqla həftəlik dərs yükü 42, kənd yerlərində yuxarı siniflərdə 70 saatdır. Bu müəllimlərin proqramlar üzrə məcburi dərs saatlarıdır. Bununla yanaşı valideynlərin seçdiyi fakültativ dərslər var ki, bunlar ödənişli həyata keçirilir. Bütün ölkə üzrə dərslər 7:30 da başlayır. Dərsə gecikmə yaxşı hal sayılmır və tədris ilində şagirdin ümumi balına təsir edir.

Çində hesab edirlər ki, şəhər məktəbləri daha peşəkar müəllimlərlə təmin olunduğundan onlar bilikləri az saatlarda da verə bilərlər. Əyalətlərdə isə nisbətən az təkmilləşmiş müəllimlər dərs dediyindən və sinifdə şagird sıxlığı çox olduğundan bütün uğurlar şagirdlərin səylərindən asılı olur. 2016-2017-cı tədris ilindən Çin hökuməti şəhər və kənddə şagird hazırlığının səviyyəsini bərabərləşdirmək üzrə proqramın tətbiqinə başlayıb.

Şagirdlərə bütün tədris materialları çap olunmuş formatda, pulsuz verilir. Məktəblər komputerlə təchiz olunub, lakin ev tapşırıqlarının yerinə yetirilməsində adi dərsliklər və digər vəsaitlərdən istifadə olunur. 2014-cü ildə ev tapşırıqlarının ləğv olunması haqqında qərar qəbul olunub. Uşaqlar məktəblərdə həddindən artıq çox yazırlar. Xüsusilə kalliqrafiya dərslərində. Proqram üzrə Çin dili gündə 2 saat tədris olunur.

Çin təhsili ilə bağlı inanılmaz faktlar


Çin məktəbliləri ildə 2 dəfə dincəlirlər: Çin yeni ilində və yayda. 15 iyuldan 1 sentyabra qədər. Bu müddət ərzində orta və tam orta məktəb sinif şagirdləri əlavə dərslərdə iştirak edir, yaxud müxtəlif fənnlərdən böyük həcmli ev tapşırılarını yerinə yetirirlər. Burdan belə nəticə çıxarmaq olar ki, Çin məktəbliləri digər ölkələrdəki həmkarlarından 2-3 dəfə çox öyrənir və çalışırlar.

Burada mühüm bir paradoksa diqqət yetirək: belə yüksək yüklənmə şagirdlərin səhhətinə mənfi təsir göstərmir, əksinə onlar daha az xəstələnirlər. Biliklər qazanmağa edilən cəhdlər, yüksək nəticələrə motivasiya yaradır. Demək mümkündür ki, məktəb özünəməxsus sosial liftdir və çoxsaylı məktəblilər üçün gələcək karyera qurmaqda ilk pillədir.

Çin təhsili ilə bağlı inanılmaz faktlar


Çin məktəbləri özünün əsas vəzifəsini uşaqların tərbiyəsində və xoşbəxtliyin başa düşülməsində görür. Bunun üçün müxtəlif pedaqoji strategiyalar hazırlanıb. Siz istənilən Çin məktəbinə daxil olsanız, görərsiniz ki, divarlarda bir qarış boş yer yoxdur. Hər yerdə uşaqların şəkilləri və onların uğurları haqqında informasiyalar verilir. Hər məktəbin yaxınlığındakı lövhədə lider uşaqlar barədə məlumatlara rast gəlmək olur və bunlar daimi olaraq yenilənirlər. Hər tədris günü yarışa bənzəyir və günün qalibləri müəyyənləşir. Əsl xoşbəxtlik çətinlikləri dəf etməkdir. Bütün müəllimlər bir məsələni önə çəkir: hər bir uşaq unikal və istedadlıdır. Pedaqoqun vəzifəsi uğaqlardakı qabiliyyətləri, yaxud onda ən yaxşıları açmaqdır. Məsələn, uşaq riyaziyyatı bilmirsə, dil haqqında biliklərində problem varsa, onun idmanda, yaxud peşədə qabiliyyəti barədə düşünürlər. Müəllim isdedadı aşkar edib, mahiyyəti başa düşdükdən sonra uşağın uğurunu sinif yoldaşlarına və məktəbə bəyan edir.

Çin məktəblərində şagirdlərin nəaliyyətləri qiymətləndirilmir. Ancaq müəllim səhvləri dəftərdə mütləq qırmızı qələmlə qeyd edir. Əgər məktəbli işi səhvsiz yerinə yetirərsə, müəllim ona fərqləndirici işarəli möhür vurur. Çində uşaqlar birinci sinifdən başlayaraq 2 dəfə imtahandan keçirlər. Onların bilikləri 3 fəndən yoxlanılır: çin dili, ingilis dili, riyaziyyat. İmtahanların nəticələri 100 ballı sistemlə qiymətləndirilir. Bütün imtahanları uşaqlar öz məktəblərində verirlər və nəzarəti onlara dərs deməyən müəllimlər həyata keçirirlər. Başqa sözlə uşaqlar 1-ci sinifdən etibarən imtahanlara-testlərə adaptasiya olunurlar.

Rusiyanın Elm və təhsil nazirliyinin Çindəki nümayəndəsi M. Barjanova yazır: "2014-cü ildən başlayaraq çinli uşaqlara ev tapşırıqları vermək qadağan olunub. Bunun əsas səbəbi tədris yükünün ağırlığı ilə bağlıdır. Həftədə 42 məcburi saat dərsdən əlavə uşaqlar müxtəlif fakültativlərə gedirlər. Başqa səbəblər də var: çinlilər məktəb tapşırıqlarının yerinə yetirilməsinə uşaqların valideynlərinin imkanlarının rəqabəti kimi baxırlar. Çin məktəbləri hansısa milli pilləkən rolunu oynayır. Burda ideologiyanın əsas məqsədi imkanların bərabərliyini təmin etməkdir. "Rəqabət valideynlərin kisəsinə və onların gəlirlərinə görə deyil, uşaqların qabiliyyəti və bilik səviyyəsinə görə olmalıdır”-deyirlər. Onlar ev tapşırıqlarını ona görə ləğv ediblər ki, bütün uşaqlar məktəblərdə bərabər maksimal biliklər qazanırlar. Davamiyyətə çox ciddi nəzarət olunur. Uşaqlar bilirlər ki, orta məktəb ali təhsil almaq üçün yeganə imkandır. Bunun ardınca isə yüksək əməkhaqqı ilə iş gəlir. Buna görə də Çin məktəblərində dərsə davamiyyət problemi olmur”.

12 illik təhsilin hər bir məzununa onun nailliyyətlərini əks etdirən attestat verilir. Bu attestat onlara Çin ali məktəblərinə daxil olmaq hüququnu vermir. Qəbul Vahid Dövlət İmtahanının nəticələri üzrə aparılır. Yəni 3 icbari fənndən toplanılan bal şagirdə universitetə daxil olmaq üçün ərizə vermək imkanı yaradır. Əlbəttə ki, bu onun seçdiyi peşənin orta balından asılı olur.

Çin təhsili ilə bağlı inanılmaz faktlar


Çin məktəblərini hər il 13 milyondan çox uşaq bitirir. Vahid Dövlət İmtahanında iştirak edənlər 9,2-9,5 milyon nəfər olur. Bunların yalnız 6 milyon 880 mini qəbul olunur. Məhz hər il bu qədər abituriyentin ali məktəbə daxil olması Çin Təhsil Proqramında göstərilib. Çinlilər keyfiyyət üzərində çox işləyirlər. Çin məktəblərinin məzunlarının yarısından çoxu ölkənin ali məktəblərinə daxil olur. 25 % peşə məktəblərinə, yaxud xaricdə təhsil almağa yönləndirilir. Ən güclü və ən qabiliyyətlilər Çində təhsillərini davam etdirirlər. Yəni, Çin öz gələcək elitasını özü hazırlayır.

Çində müəllimlər arasında rəqabət güclüdür. Ancaq məktəbdə işləmək bir o qədər də asan deyiil. Bu peşəyə ənənəvi hörmət formalaşıb. Müəllimlərin əməyinə sərf edilən vəsait orta hesabla region üzrə müqayisədə 15-20% yüksəkdir. Həftədə 28 saat icbari fənnləri tədris edən çinli müəllimin orta əməkhaqqı kənd yerlərində ayda 800 dollardan, şəhərdə isə 900 dollardan yuxarıdır. Bu məbləğə dəftərlərin yoxlanması və dərsə hazırlaşmaq daxil deyil.

Müəllimlərin hər il attestasiyadan keçməsi icbaridir. Onların hazırlaşmasına vəsait ödənilmir. İmtahanlar çox ciddi aparılır. Attestasiya müəllimlərin daima formada olmalarını stimullaşdırır, onların təkmilləşməsini gücləndirir, bütün yeni texnologiyalardan məlumatlılığını artırmağa yardımçı olur. Onlar imtahanları pedaqogika, psixologiya və yeni tədris metodikalarından verirlər.

Çin orta məktəbinin əsas vəzifəsi xoşbəxt insan tərbiyə etməkdir. Böyük bilik və bacarıq ehtiyatlarına malik olan insan yetişdirməkdir. Çin pedaqogika elmi yerində dayanmır. Axtarışlar davam edir.

Etibar Əliyev
Təhsil eksperti, fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar