Xəbər lenti 
					
 
		Təhsil Nazirliyi ilk dəfə bu qaydaları hazırladı

Təhsil Nazirliyi ilk dəfə olaraq müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar hazırlayıb.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub: “Qaydalar təsdiq edildikdən sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Sertifikasiyadan keçməyən müəllimlər təbii ki, müəssisədə qalıb işləyə bilməyəcəklər”.
E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə başa çatandan sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib: “Təbii ki, bu proses bütün müəllimləri əhatə etməyəcək. İlkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin bir günə sertifikasiyadan keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər”.report
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















