Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərə keçid balları açıqlandı

Tarix: 30-03-2017 09:10     Baxış: 4706 A- / A+
Ali məktəblərə keçid balları açıqlandı


Məlahət Mürşüdlü: “Bu, abituriyentlərin MDB ölkələrinə axınının qarşısını alacaq”

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb. Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Apa-ya bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişikliklər var:
“Belə ki, I qrupun ”Riyaziyyat", “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, ”İnşaat mühəndisliyi", “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər".

Qeyd edək ki, son illərdə keçid balları aşağı salınsa da, göstəricilər elə də ürəkaçan olmurdu. Bu il də ballar müəyyən qədər aşağı salınıb. Maraqlıdır, təyin edilən bu ballar abituriyentlər üçün müsbətdirmi, yoxsa yenə də aşağı göstərici olacaq?

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bildirdi ki, balların aşağı salınması məzunlar üçün geniş imkanlar açacaq: “Abituriyentlərin sayında artım müşahidə ediləcək. Çünki əvvəlki illərdə göstərilən həddi keçən məzunlar bir çox hallarda MDB ölkələrinə üz tuturdular. Bilirsiniz ki, bir çox yerlərdə ödənişli təhsil almaq üçün imtahansız qəbullar həyata keçirilir və məzunlar da buna gedir. Bu baxımdan, mən düşünürəm ki, keçid ballarının aşağı salınması həmin axının qarşısını müəyyən qədər ala biləcək. Mən deyərdim ki, bəlkə də tamam alacaq. Bu baxımdan, qəbulda abituriyentlərin sayında müəyyən dəyişikliklər, artım ola bilər. Digər tərəfdən, keçid ballarının aşağı salınması məzunlar üçün geniş imkanlar açacaq. Yəni ali təhsil almaqdan, universitet tələbəsi olmaqdan heç kim kənarda qalmayacaq. Dediyim kimi, bu iki məqsədə xidmət edəcək. Xaricə gedən məzunların qarşısının alınması, say baxımından artımı, eyni zamanda bütün məzunların topladığı ballar üzrə istədikləri ixtisaslara qəbul olunma imkanları verəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar