Xəbər lenti
Vətən müharibəsinin folklor yaşantıları
AZƏRBAYCANLILARI BİRLƏŞDİRƏN MENTAL SƏRVƏT KİMİ
Bilal Alarlı HÜSEYNOV,
ADPU Cəlilabad filialının müəllimi,
Naxçıvan Dövlət Universitetinin elmlər doktoru üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru, bilalalarli58@mail.ru
Tarixə zəfər yürüşü kimi düşən bu hadisələr zamanı xalq yaradıcılığı da səfərbər olundu. Zəfər yürüşləri başlayanda yazılı ədəbiyyatda, daha çox poeziya sahəsində alqış, hünər, tərənnüm motivli əsərlər meydana çıxdı. Folklor da yazılı ədəbiyyatdan geri qalmadı, sanki xalq söz silahına sarıldı, müxtəlif folklor janrları düşmən üzərinə hücuma keçdi, ordumuzu, xalqımızı qələbəyə ruhlandırdı. Bu, həm də xalqın söz birliyi, əqidə, məslək həmrəyliyi idi. Mental dəyərlər, genetik yaddaşdan, milli dünyagörüşdən bəhrələnən folklor əsgər paltarı geyindi, düşmənin üzərinə qartal qanadlarını açaraq yürüş etdi. Qaliblərimizi tərənnüm edən nəğmələr, bayatılar yarandı, şəhidlərimizi oxşayan, onların ata-analarına, qardaş-bacılarına təsəlli verən ağılar dil-dil ötdü.
Azərbaycan xalqı zəngin və keşməkeşli tarixi mərhələlərdən keçərək öz milli dəyərlərini yaşatmış və yaşatmaqdadır. İstər tarixi sənədlərdə, istərsə də xalq yaradıcılığında xalqın öz milli mənliyini, ərazi bütövlüyünü və azadlığını qoruyub saxlamaq uğrunda mübarizəsini özündə birləşdirən məlumatlar yer almışdır. Bir xalq olaraq çətin tarixi məqamlarda birləşməyə, bir məqsəd və amal uğrunda mübarizə aparmağa can atmışdır.
Azərbaycan türklərinin yaşadığı Qafqaz əlverişli coğrafi mövqeyinə və zəngin təbii sərvətlərinə görə zaman-zaman yadellilərin diqqətini çəkmişdir. Bu cür olaylar “Dədə Qorqud kitabı”nda, “Koroğlu” dastanında, nağıllarda, tarixi rəvayətlərdə, bayatılarda, hətta nəğmələrdə öz izini qoymuşdur. El adətləri milli ənənələr üzərində intişar tapmış və təkmilləşmişdir. Bütün tarixi məqamlarda xalq öz milli birliyini qorumağa, ümumi məqsədlər uğrunda mübarizə aparmağa çalışmışdır. Bu ali və yüksək ideallar son tarixi hadisələrdə özünü daha yüksək səviyyədə nümayiş etdirdi.
Hələ XVIII yüzilliyin ortalarında Dərbəndətrafı yerlər Rusiyaya, Borçalı isə Gürcüstana qatılmışdı. 1805, 1813 və 1828-ci il müqavilələri Azərbaycan torpaqlarının xeyli hissəsinin Rusiya tərəfindən işğal olunmasını rəsmi olaraq “sənədləşdirdi”. XIX yüzilliyin birinci yarısından başlayaraq Rusiyanın Qafqaza ayaq açması Azərbaycan torpaqlarının işğalı, sonda isə buraya hayların köçürülməsi ilə nəticələndi. Rusiya öz dayaqlarını möhkəmlətmək üçün Qafqaza, konkret olaraq Azərbaycan ərazisinə hayların köçürülməsi siyasətini sonralar da davam etdirmişdir. Bunun nəticəsi olaraq XX yüzilliyin əvvəllərində Azərbaycan torpaqları hüsabına Ermənistan adlı dövlət yaradılmış, sonrakı tarixi mərhələlərdə isə hayların Qarabağda da məskunlaşdırılması prosesi baş vermişdir. Azərbaycan xalqı heç zaman rus işğalçılarının bu siyasəti ilə barışmamış, Rusiyanın yerli iadrəetmə strukturlarına qarşı çıxmış, mübarizəsini dayandırmamışdır. Qaçaq dastanları əslində Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı mübarizənin salnamələridir.
Bölgənin etnik və dini tərkibini dəyişdirmək məqsədilə haylar bu torpaqlara köçürüldülər. Bunun nəticəsi olaraq, 1918-ci ildə əzəli Azərbaycan torpaqları olan İrəvan və Göyçədə Ermənistan adlı dövlət quruldu. Sovet dönəmində böyük qardaş “sayılan” ruslar
Azərbaycan torpaqları hesabına bu dövlətin ərazisini hayların xeyirinə genişləndirə bildilər. 1921-ci ildə Zəngəzur və Dərələyəz mahalı haylara verildi. İkinci Dünya Müharibəsindən sonra, daha dəqiq desək, 1948-ci ildən 1950-ci ilədək bu torpaqlarda yaşayan türklər Azərbaycana deportasiya olundular. Eyni vaxtda Gürcüstanda yaşayan Məhsəti türkləri Azərbaycana və Orta Doğuya köçürüldülər. Bölgələrdə pambıqçılığı inkişaf etdirmək adıyla həyata keçirilən bu köçürmələr əslində siyasi xarakter daşıyırdı. Bu siyasi köçürmələr 1988-ci ildə daha qlobal xarakter aldı və Ermənistan monoetnik bir dövlətə çevrildi. Sovetlər Birliyi dağılandan sonra isə haylar rusun köməkliyi ilə Qarabağa iddialı oldular. Azərbaycanlıların Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan mahallarından məqsədli deportasiyası, Qarabağın dağlıq hissəsində erməni imtiyazlarının artırılması Qafqazda milli münaqişənin alovlanmasına şərait yaratdı. 1992-1994-cü illərdə Qarabağdan Azərbaycan türklərinin etnik təmişlənməsinə rəvac verildi. Təkcə Dağlıq Qarabağ deyil, Qarabağətrafı rayonlar da boşaldıldı. İyirminci yüzilliyin son faciəli soyqırımına – Xocalı qətliamına dünya biganə qaldı. Ermənilər yenə dinc oturmadılar, Gəncəni alacaqları ilə Azərbaycanı hədələməyə başladılar. Dəfələrlə atəşkəsi pozdular, müharibə ocağından kənarda, Qazax-Ağstafa istiqamətində sərhəd zolaqlarına hücumlar təşkil etdilər. Hədələrə, vəhşi hücumlara dözməyən Azərbaycan xalqı öz sözünü fitnəkar, hiyləgər və xəyanətkar düşmənə demək qərarına gəldi.
Qarabağ əhalisinin məcburi köçkün həyatı yaşamasına səbəb olan son olaylar xalqın səbir kasasının daşmasına gətirib çıxardı. İşğalçıların Azərbaycan torpaqlarından çıxarılmasına qərar verildi.
Otuz illik işğaldan sonra, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan türkləri ata-baba yurdlarını haylardan təmizləməyə başladılar. İlk azad olunan rayon Cəbrayıl oldu, qırx dörd günlük müharibədə Füzuli, Zəngilan, Qubadlı, Şuşa silah gücünə haylardan təmizləndi, məğlubiyyət Ermənistanı məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədən işğalçı qüvvələrini mərhələli şəkildə çıxarsın. Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu tarixi məqam Azərbaycan folkloru üçün də yeni səhifələr yazdı. Buna qədər isə Qarabağ folkloru ilə bağlı xeyli iş görülmüşdür. 2010-2020-ci illərdə AMEA Folklor İnstitutu tərəfindən toplanılaraq nəşr olunan “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinə bölgənin min illər boyu formalaşmış və yaddaşlarda yaşamış folklor örnəkləri daxil edilmişdir. Bu yolla söz sərvətimizin it-bata düşməsinin qarşısı alınmışdır.
Folkloru xalq yaradır və xalq yaşadıqca bu söz sərvəti zənginləşir, dolğunlaşır. Azərbaycan Vətən Müharibəsinə başlayandan şəraitə uyğun yeni folklor örnəkləri meydana çıxır və yayılır. Bu folklor örnəkləri təkcə məzmununa görə deyil, janr özəlliyinə görə də diqqət çəkir.
Müharibə ölüm-itimlə yanaşı, mənəviyyatla bağlı məsələləri də qabardır. Azərbaycanda qayğı görən yevgeniya babayan soyadlı fahişə Ermənistana təhvil veriləndən sonra xalqımızın ona qarşı qəddar olduğunu söyləyib. Halbuki, bu hay qancığı rahat şəraitdə saxlanılır, yedirilib-içirilir, hər nazı ilə oynanılırdı. Teledalğalara müsahibəsində deyirdi ki, ermənilər məni qoyub qaçdılar, Azərbaycan türkləri isə xilas etdilər. Nankorluq, xəyanətkarlıq milli xarakterdən gəlir. Soyadına fikir verin, türkdən mənimsənilmiş addır. Türklə olanda özünü türk kimi aparan, haya dönəndə həyasız erməni olan bu tipli insanları qadınlığına baxmayaraq, məhv etmək lazım idi. Ataların yaxşı bir məsəli var, deyir, hər kəsi öz silahı ilə vurmaq gərəkdir, yalançını yalanla, iftiraçını iftira ilə! Erməni bizimlə əsl düşmən kimi rəftar edir, biz isə hələ də ümid edirik, haçansa erməniylə canbirqəlbdə yaşayacağıq. Düşməni düşmən kimi vurmaq lazımdır. Təəssüf ki, türkün əli qəddarlığa qalxmır, türk humanistdir (8).
Vətən Müharibəsi dövründə bədahətlər söylənilir, şair və yazıçılar sözün gücü ilə xalqı düşmənlə mübarizəyə səfərbər edirdilər. İlham Qəhrəmanın müharibə və zəfər bayatıları şifahi xalq ədəbiyyatının arxaik janrından bəhrələnməklə elə xalqın öz dilində qələbəyə çağırışlar edir, əsgərlərimizi döyüşə ruhlandırırdı. Haqq uğrunda savaşlar şəhidsiz ötüşmür, torpaq şəhid qanı ilə suvarılanda Vətən sayılır. Vuruşmadan, döyüşmədən Vətən azad olunmur. İlham Qəhrəman qələmində şəhid boyuna biçilən ağı-bayatılar daha təsirli görünür:
Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu
Xınalı qoçu kəsin.
***
Ah çəkər ahdan ağlar,
Durub sabahdan ağlar.
Şəhidi yad edənlər
Gah gülər, gahdan ağlar.
***
Qalx dağdan yolu kəs dik,
Nə kimsəydik, nə kəsdik.
Toy ətliyi cöngəni
Şəhid vayında kəsdik (1, 23)
Qolunu, qıçını savaşda qoyub gələn qazilər özünün bir parçasını düşmən işğalından azad etdiyi torpaqda dəfn edib qayıdır:
Çox görən azı dedi,
Qış görən yazı dedi.
Torpaq tanıdı məni,
"Xoş gəldin, Qazi!” dedi.
***
Dərya, qırağın hanı,
Gəmi, durağın hanı,
Ayaqqabını sildim,
Oğul, ayağın hanı?!
***
Nədi söylədin, balam,
Məni teylədin, balam.
Qolumdan yapışırdın,
Qolu neylədin, balam?! (1, 23)
Ana, bacı, ata, qardaş dilindən deyilən ağı-bayatıların yekunu torpağa dönən şəhidin arzularını dilə gətirir:
Ağac yarpağı sevər,
Əsgər bayrağı sevər,
Daha mən torpaq oldum,
Sevən torpağı sevər! (1, 23)
Bədahətlərdin bir neçəsi erməni xisləti haqqındadır:
Çörəyimi yeyib nankorluq etmə,
Bilirəm, xislətin belədir sənin.
Çox da öyrədirlər, çox dəmə getmə,
Düşdüyün bu iyrənc tələdir sənin.
Gözünü aç, haqqı, ədaləti gör,
Bax, öz içindəki xəyanəti gör.
Türkün simasında dəyanəti gör,
Gör necə dərədən hellədir səni.
O baba dediyin harda gül tutub,
Harda yel götürüb, harda sel tutub?
Nənən yaxşı bilir, kimdən döl tutub,
Mənliyin saxtadır, kölədir sənin (2).
Bu, erməni milli xarakteridir, satqın, xəyanətkar, nankor bir obrazdır millət olaraq...
İndi gəl, türkün xarakterinə baxaq. Müharibə uzaqlarda getdiyi bir halda, xain düşmən Gəncədə, Tərtərdə, Qazaxda dinc əhalini atəşə tutur, uşaqları, qadınları, qocaları hədəf seçir. Gündüzlər deyil, tülkü kimi gecələr hücuma keçir, yatmış adamları hədəf seçir, niyyəti odur ki, daha çox adam qırılsın, türkün itkiləri çox olsun, evlər, yollar, körpülər, hətta qəbiristanlıqlar dağıdılsın, meşələr yanıb kül olsun. Bir neçə dəfə Gəncə ağır silahlardan atəşə tutulub, binalar uçub, dağıntılar altında qadınlar və uşaqlar qalıb. Ölümə-itimə göynəməyən xalq milli qeyrətini qorumağı daha üstün tutur. Görün, sosial şəbəkələrdə nə yazıblar?! Sənə qurban olum, millətim, sən həmişə həyalı, namuslu olubsan, sən öz təmiz adını hər şeydən uca tutubsan! Bəli, müharibənin belə nümunələri də var: Gəncəyə ilk raket atılandan bu günədək oradakı qadınlar paltarla yatırlar. Birdən gecə ölərik, üst-başımız açıq qalmasın, deyirlər. Ölümdən qorxmurlar, abırlarını itirməkdən qorxurlar. Gəncəli bir qız isə deyir ki, axşam yatmağa xüsusi hazırlaşırıq, qolları qapalı paltarlarımızı geyinirik. İki koftanı üst-üstə geyib yatırıq ki, birdən üstdəki cırılar, altdakı qalsın, cəsədimizi götürənlərin yanında xəcalətli olmayaq. Cavan gəlinlər şalvarda yatırlar, şalvar daha qapalıdır. Donunun altından şalvar geyinənlər də var (2).
Mənim millətim ölümə də abırla hazırlaşır. Qarabağda zəfər qazanan igid əsgərlərimizi belə cəsur, mərd, qeyrətli, namuslu qadınlar doğub, boya-başa çatdırıb. Yaşa mənim millətimin gözəl qadını, sənin hay qadınlarından fərqin sözlə təsvirə gəlmir. Tanrı səni qorusun! Tanrı sənin müzəffər övladlarını qorusun!
Qarabağ folklorunun öyrənilməsi daim diqqət mərkəzində olmuşdur. “Qarabağ – folklor da bir tarixdir” layihəsinə bütün folklorşünaslar qoşulmuş, möhtəşəm nümunələrin əbədiləşməsinə vəsiqə vermişlər. Bu toplulardan birində mənim Füzuli rayonunun Alıxanlı kənd sakini Dəstətəgül İsmayılovadan topladığım bayatılar (9, 233-239), Ağdam rayonunun Güllücə kənd sakini Xanım Süleymanovadan topladığım folklor örnəkləri (9, 225-231) yer almışdır Sonralar da Qarabağın məcburi köçkünlərindən folklor toplantısını davam etdirərək əldə etdiyim nümunələri çap etdirmişəm (4, 69-86). Toplanilmiş folklor örnəkləri elmi araşdırmaya cəlb olunmuşdur (3). Təkcə Qarabağdan deyil, Qərbi Azərbaycandan da köçkün düşənlərin də folklor örnəkləri, hətta bu örnəklərin janr xüsusiyyətləri yetərincə öyrənilmişdir (5, 252-265).
Gülməcə ölməyən bir janrdır, ən çətin məqamlarda lətifə yaratmaqdan qalmayan Azərbaycan xalqı tanınmış simalara da şəbədələr qoşur. Şahlar Göytürkün qələmə aldığı gülməcədə Azərbaycan Prezidentinin televiziyadakı çıxışlarının hətta Putinə də ləzzət elədiyi bildirilir. O da Nikol kimi Ali Baş Komandanın tivitini səbirsizliklə gözləyir. Putin Peskovdan soruşur: “Yaxşı, “İti qovan kimi” ifadəsini anladım. Erməni çətələrini deyir. Düz də eləyir. Bəs “Açaram sandığı, tökərəm pambığı” nə deməkdir?”
Peskov deyir: “Sandıq deyərkən Rusiyanı, pambıq deyərkən isə bizim iqtidarı nəzərdə tutur”.
Putin yenə soruşur: “Bəs hər dəfə çıxış edəndə mənim də adımı çəkir, barmaq silkələyir. Mənim haqqımda nə deyir?
Peskov deyir: “Doğrudur, pütün deyir, sizin adınızı çəkir, amma sizi nəzərdə tutmur”.
Yadıma bir əhvalat düşdü. Bir erməni ilə Universitetin tələbə yataqxanasında qonşu idim. Adı Moses, soyadı Atayan idi. Moses Musa peyğəmbərin adının erməni variantıdır, amma Ata sözünə yanı yaraşdıra bilmirdim. Yemək bişirəndə ermənini də çağırıb, onun dərinkəsini doldurur, oturub birlikdə yeyirdik. Çayı da tək içmir, stəkanın yekəsinə çay süzüb erməniyə verir, qabağına da şokalad qoyurdum, erməni də çayı hortahortla içirdi.
Günlərin bir günündə məni günün istisi möhkəm döymüşdü, yataqxanaya dönəndə gördüm ki, Moses çay dəmləyir. Dedim, Moses, nə yaxşı oldu, ciyərim yanır, bir stəkan da mən içərəm. Erməni dedi:
-Sən get otağına, özüm gəlib çağıracağam.
Mən öz otağıma getdim, ha oturub gözlədim, gördüm ki, erməni məni çay içməyə çağırmır. Səbrim dözmədi, gedib erməninin qapısını döydüm. Qapını açanda gördüm ki, erməni çayın xasını içib, indi də özünə sonuncu stəkanı doldurur. Təəccüblə Mosesdən soruşdum:
-Niyə məni çaya qonaq etmədin?
Erməni dedi:
-Niyə çağırmıram ki?! Get, stəkan-nəlbəki, bir də bir ovuc qənd götür, gəl, nə qədər içirsən iç, mən doydum, əlimdəki axırıncı stəkandı. Qalan çay onsuz da tələf olur.
Mən erməniyə bir xeyli çəpəki baxandan sonra öz otağıma qayıtdım, qafadanı doldurub qaynatmaq üçün mətbəxə apardım. Pürrəngi çayın xasını verdiyim bu tip mənə nişxord təklif edirdi.
O vaxtdan həmişə fikirləşirəm, biz niyə bizə xəyanət edən, əlinə fürsət düşən kimi bizi alçaldan bu cındır millətin itlərini ovcumuzun içində bəsləyirdik? Səbəb nə idi? Hətta onu xatırlayıram ki, erməni Moses Atayanın kəsiri olmur, onu rəhbərlikdən imtahan götürən müəllimlərə kimlərsə tapşırırdılar. Moses Atayan rahatca oxuyub diplom aldı, rayonlardan birində yüksək vəzifəyə təyin edildi. Qarabağ münaqişəsi başlayanda rəhbərlik etdiyi idarənin bütün sənədlərini yandırıb aradan çıxdı. Yəni özündən sonra iz qoymadı (8).
Yenə ibrətamiz bir folklor örnəyini xatırlamaq istəyirəm. “Dayıların etibarı” adlanan bu lətifənin mövzusu çağdaş durumdan götürülüb: “Anası və arvadı erməni olan bir azərbaycanlı məmur Qarabağdakı savaşı ailəsində müzakirə edir. Məmur deyir, qorxasan ki, türklər Qarabağı təmizləyəndən sonra Bakıya da əl gəzdirələr. Bəlkə də işimi itirməli olacağam. Heç özüm də bilmirəm, neyləyim?!
Atasına diqqətlə qulaq asan oğul deyir:
-Deyirəm, ata, nə qədər türk axırımıza çıxmayıb, məni göndər Moskvaya-zada, orda dayılarımın yanında yaşayım.
Məmur hirslənir:
-Dayıların özlərinə yiyə dura bilmirlər, səni necə qoruyacaqlar? Getməli olsaydı, vaxtında mən də öz dayılarıma sığınardım, heç itirib-axtarmadılar, elə dedilər, bizə işlə, bizə işlə, daha demədilər, bu işləməyin axırda bir xətası çıxacaq! Oğul, yerində dinc otur, ara qarışsa, türkün əlini öpərik, bizə dəyməzlər” (6, 105).
Türkün əlini öpən millətin haqqında başqa bir gülməcə də var, bu folklor örnəyi “Qonşunun uşaqları” adlanır:
“Qarabağda bir erməni ailəsi ilə türk ailəsi qonşu olur, bir-birlərinə get-gəlləri də yerində olur, dostyana yaşayırlar. Azərbaycan türkünün adı Arif olur. Ara qarışıb, məzhəb itəndə azərbaycanlı ailəsi köçkün düşür. Qarabağ türklər tərəfindən azad olunmağa başlayanda erməni ailəsinin başçısı arvadına deyir ki, yığış, qaçaq Ermənistana, geciksək, gəlib bizi də, uşaqları da qıracaqlar. Arvad deyir, gedirsən, özün tək çıx get, biz heç yerə qaçmırıq. Erməni əsəbləşir:
-Arvad, sənin başın xarab olub? Türk ermənini qıra-qıra gəlir, özümüz cəhənnəmə, uşaqlar erməni olduqları üçün türklər onlara aman verməyəcəklər.
Ermənin arvadı təhər-tövrünü pozmadan deyir:
-Erməni uşaqlarını qıracaqlar, mənimkilərinə dəyməyəcəklər.
Erməninin üzü bozarır:
-Nədi, səninkilər göydən düşüblər, erməni deyillər?
Erməni arvad deyir:
-Düz tapmısan, erməni deyillər, köçkün düşən qonşumuz türk Arifin uşaqlarıdı, özü də batalyon komandiridi, xəbər göndərib ki, uşaqlarını görməyə gəlir. Sən uşaqlardan sarı narahat olma, şey-şüyünü götür, get” (6, 105-106).
Xalq ən kritik anlarda da öz folklorunu yaratmaqdan qalmır. Həm də yeni folklor janrları meydana çıxır, yaxud janrdaxili dəyişmələrə məruz qalan, bölgələrdəki adları ilə qeydə alınan örnəklər yaranır, yayılır. Bu folklor örnəklərini elə bu gün, isti-isti toplamasaq, unudulub gedəcək. İstəyirəm, ilkin olaraq qələmə ala bildiyim gülməcələri təqdim edim.
Bombanın üstündə erməni arvadı
Ermənilər uzun yalvarışdan sonra Moskvada Azərbaycanla atəşkəsə nail olurlar, amma bu atəşkəs qaydalarına elə özləri riayət etmirlər, müharibə zolağından kənarda olan bölgələrə bombalar atırlar. Belə bombalardan biri Gəncəyə düşür və burada yaşayan erməni qadını yaralanır. Adamlar bu məsələni müzakirə edirlər, müzakirələrə Azərbaycanda yaşayan digər xalqların qadınları da qoşulurlar. Söhbət bazarda alverçi qadınların arasında baş tutur. Avar soruşur:
-Erməni arvad Gəncədə nə gəzirmiş ki, ona bomba da dəysin?
Ləzgi deyir:
-Bəlkə udindi, soyadı erməninkinə oxşayır, gərək əməlli yoxlasınlar.
Talış deyir:
-Qıza, ermənilər çox bilirlər, yəqin bu erməni arvadı bombanın üstünə qoyub atıblar.
Ermənistanda kişi qalıb ki?
İki urus televiziyada Qarabağ savaşından göstərilən səhnələrə baxır. Son məlumatları verən aparıcı deyir ki, ermənilər böyük itkilərə məruz qalıblar, vəziyyət gərgindir, ərləri ölən erməni qadınları yüklərini çatıb Qarabağdan çıxırlar. Sonra aparıcı əlindəki mikrafonu Qarabağdan qaçmaq üçün cəməklərini toplayan erməni qadınına tuşlayıb soruşur:
-Siz niyə Qarabağı tərk edirsiniz?
Erməni qadın deyir:
-Öldürdülər, ərimi öldürdülər, qaynatamı öldürdülər, qaynımı öldürdülər, baldızımın ərini öldürdülər, hamımız dul qaldıq, yığışıb gedirik Ermənistana.
Televiziyaya baxan uruslardan biri o birindən soruşur:
-Bunlar ərlərini itirdiklərinə görə Ermənistana gedirlər? Bəyəm orada təzədən ərə gedəcəklər?
O biri urus barmaqlarının arasına keçirdiyi ucuz siqaretə qullab vurub deyir:
-Brat, Ermənistanda kişi qalıb ki, dul arvadlar da ərə gedələr? Onları alsa-alsa, yenə türklər alacaqlar.
Mikrafondan çıxan səs
Müharibə Azərbaycanın xeyirinə dəyişəndən sonra Ermənistanın prezidentinə xəbər verirlər ki, bəs Azərbaycanın Ali Baş Komandanı səninlə onlayn əlaqə saxlamaq istəyir, təklifləri var, cəbhə bölgəsində ölmüş ermənilərin meyidlərini birtərəfli qaydada təhvil vermək fikrindədir.
Paşinyan kompüterin qabağına keçib oturur, onlayn əlaqə yarananda qorxusundan dalı durmur, bu səs onlayn əlaqəni təmin edən texniki işçilərin diqqətindən yayınmır, işçilərdən biri soruşur:
-Cənab prezident, o nə səs idi belə uzun-uzadı? Özünü batırarsan, rüsvay olarıq...
Ermənistanın prezidenti vəziyyətdən çıxmaq üçün deyir:
-Mikrafondan çıxdı.
Qabağa arvadları buraxın
Cəbhədə vəziyyət gərginləşir, Ermənistan ordusu hər gün neçə kəndi qoyub qaçır, əsgərlərin arasında fərarilik baş alıb gedir. Bu məsələ Ermənistanın prezident aparatında müzakirə olunur. Çaşbaş qalmış ermənilər bilmirlər, hansı təklifi versinlər ki, məğlubiyyətdən yaxa qurtarsınlar. Bu zaman Paşinyan şəhadət barmağını qaldırıb deyir:
-Çıxış yolunu tapdım, gəlin, qabağa arvadları verək, türklər bizimkilərdən sarı ölürlər, başları qarışar erməni arvadlarına, biz qəfil hücuma keçərik.
Çoxbilmiş erməni məmurlarından biri deyir:
-Cənab prezident, türklər əvvəkli türk deyillər, Azərbaycan müstəqil olandan sonra bizim arvadlara vız atmırlar.
Paşinyan hirslənir:
-Necə yəni vız atmırlar? Mən özümünkünü göndərim, gör türkləri nə təhər hayıl-mayıl edir!
Məmur deyir:
-Cənab prezident, elə səninkinə vız atmırlar, keçən dəfə nə qədər poza verdi, türkün tükü tərpənmədi ki, tərpənmədi (6, 106-108).
Öldürücü və sarsıdıcı güllədən betər bilməcələr tarixə dərs verir, dərs verir ki, sabah o tarixi saxtalaşdırmaq mümkün olmasın. Elə tarixi həqiqətlər var ki, folklorda yaşayır. Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi yeni və orijinal folklor örnəklərinin yaranmasına səbəb oldu, desəm, yanılmaram. Belə folklor örnəklərinin bir qismi diləklər adlanır. Tədqiqiatçı İbrahim Quliyev müharibə dövründə el arasında dolaşan diləkləri yazıya alıb. Duanın bir növü olan diləklər məzmununa görə seçilir:
İlahi, düşməni ələ keçirib məhv etməyimiz üçün bizə yardım et!
İlahi, düşməni yurd-yuvamızdan qovmağımız üçün bizə kömək et!
İlahi, düşmənlə əlbir olanları və onlara yardım edənləri yerlə yeksan et!
İlahi, bizi düşmən üzərində mütləq qalib et!
İlahi, şanlı bayrağımızı bütün işğal altında olan torpaqlarımızda dalğalandırmağımız üçün bizə fürsət ver!
İlahi, şəhidlərimizə rəhmət et, onları Cənnətin ən uca yerlərində sakin et!
İlahi, sərkərdələrimizəvə əsgərlərimizə güc-qüvvət ver, onları öz pənahında saxla!
İlahi, Vətən müharibəsində mütləq qalib olmağımız üçün etdiyimiz duaları, nəzir və qurbanları qəbul et!
İlahi, bizə dəstək olanları qoru! (7, 13-19).
Tanınmış pedaqoq Zülfünaz Qurbanova Ağadam rayonunda doğulub, amma orada böyüyüb-başa çatmaq ona qismət olmayıb. Qarabağ torpaqları azad edilməyə başlananda Tanrıya yalvarırdı ki, payızı yaya döndər, qoy səngərdə düşmənlə üzbəüz qalan və elə səngərdə də gecələyən əsgərlərimiz üşüməsinlər: “İnanırsınız, neçə vaxtdı rahat da yata bilmirəm. Deyirəm, görən soyuqdu əsgərlərin yeri, ya üstlərini örtüblərmi yatanda? Sonra düşünürəm, heç yatırlarmı?” Sonra Zülfünaz xanım poetik xalq deyimlərini dilə gətirir:
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.
Varsa ordum, var yurdum,
Var ol ordum, var ol yurdum! (6, 109).
Zülfünaz xanımın bayatı zümzümələri də ürəkdən gəlir və Vətən sevgisini ifadə edir:
Əzizinəm, Ağdamdı,
Qara damdı, ağ damdı.
Yolunu gözləməkdən
Gözlərimə ağ damdı.
Əziziyəm, ağ damı,
Yaşıl damı, ağ damı.
Bir neçə gün içində
Azad görək ağ damı (6, 109).
Mədhnamə klassik ədəbiyyatdan gələn termindir. El arasında da layiq olanların şərəfinə mədhnamələr deyilir ki, bunlar da əsasən xalqın sevimlisi olan və öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələn insanlar olurlar. Vətəni, əsgəri, ordunu, Ali Baş Komandanı, şəhidləri, qaziləri, Azərbaycanın haqq savaşını dəstəkləyənləri mədh edən bu nümunələr epik və lirik şəkildə olur. Mədhnamələr bəzi hallarda vəsfnamə kimi də təqdim olunur. Folklorşünas Reyhan Dadaşın qələmə aldığı mədhnamə/vəsfnamə bunun ən gözəl nümunəsidir: “Sən mənim görən gözüm, aldığım nəfəsim, döyünən qəlbimsən, Sən mənim bu günüm, gələcəyimsən, şanlı tariximi sətir-sətir yazan Azərbaycan əsgəri!”
Folklorun dua janrı sosial şəbəkələri başına alıb, az qala, bütün səhifələri bəzəyir. Orduya, xalqımıza edilən dualar mükəmməldir. İşğal altında olan Azərbaycan torpaqlarını azad etmək uğrunda vuruşan, soyuq havalarda da səngərdə yatan igid, mərd oğulları qorumaq istəyi Tanrıya edilən dualarla ifadə olunur. Şəhid olanlara başsağlığı verilir. Hərbi xidmətə gedənə uğur dilənir. Dualar məzmun rəngarəngliyi ilə seçilir. Müharibə dövrünün dua tematikasını nəzərdən keçirdikdə belə bir mənzərə yaranır:
Əsgərlər və Ordu haqqında:
Qoluna qüvvət, Azərbaycan əsgəri!
Allah Orumuzun bütün zabit və əsgərlərini qorusun!
Tanrı Azərbaycan türk əsgərlərinə qüvvət versin!
Əsgərlərimiz zəfərlə geri dönsünlər!
Yaralı əsgərlər haqqında:
Allah şəfa versin!
Allah pənahında saxlasın!
Allah amanında saxlasın!
Tanrı köməyi olsun!
Yastığı yüngül olsun!
Allah balalarına bağışlasın!
Allah saxlasın!
Şəhidlər haqqında:
Yeri cənnət olsun!
Ruhu şad olsun!
Tanrı balalarını yerində bərqərar etsin!
Qazilər haqqında:
Allah gözəl günlər qismət etsin qazilərimizə!
Qazilərimizn arzuları çin olsun!
Zəhmətləri itməsin!
Qazilərimizin çəkdikləri zəhmət yerdə qalmasın! (7, 13-19).
Bu dualar təskinliklər və uğurnamələr də adlanır. Təskinliklər və uğurnamələr artıq bir janr kimi formalaşır, inkişaf edir. Boyunalmalar da janr keyfiyyəti qazanmaqdadır. Azad edilən torpaqlarda qurban kəsmə, nəzir paylama, kasıb sevindirmə kimi boyunalmalarda dua elementləri üstünlük təşkil edir. Duaların bir qismi alqış xarakterlidir:
Var ol! Sağ ol!
Tanrı əsgərlərimizi qorusun!
İlahi, bu savaşda yağılarla vuruşan bütün əsgərlərimizə kömək ol! (7, 13-19).
Duaların bir neçəsi qısa məzmunludur, hətta bir sözdən ibarətdir. Bu dualar səsvermələr də adlanır, hər hansı bir duaya qarşılıq kimi səslənir. Belə duaların tematikası özündən əvvəl söylənmiş dualarla bağlı olur:
Amin!
İnşallah!
Allah qoysa!
Uğurlar! (7, 13-19).
Şüarlar da tematik baxımdan alqışın bir növü olsa da, fərqli strukturdadır. Belə ki, şüarları alqışdan fərqləndirən onların çağırış xarakterli olmasıdır. Folklor örnəklərində “Yaşasın!” və “Eşq olsun!” sözləri ilə alqışlanan şüarlar üstünlük təşkil edir:
Yaşasın xalqımız!
Yaşasın ordumuz!
Yaşasın Qarabağ!
Eşq olsun əsgərlərimizə!
Qarabağımıza eşq olsun!
Xanım zabitlərimizə eşq olsun! (7, 13-19).
Məzmununa görə digər dualardan fərqlənən folklor örnəklərindən biri təbriknamələr adlanır:
Təbrik edirəm!
Uğurların bol olsun!
Yolun açıq olsun!
Axarıncı olsun, axırıncı olmasın!
Həmişə xoş xəbərin gəlsin! (7, 13-19).
Təbriknamələr kimi şükranlıqlar da duanın bir növüdür. Şükranlıq duanın məzmununda ifadə olunur:
Tanrıya şükür!
Şükür İlahinin kərəminə!
Şükür edirik ki, Haqq bizimlədir!
Bu günə də şükür! (7, 13-19).
Minnətdarlıq da şükranlıqdan doğur. Təsadüfi deyil ki, minnətdarlıqların bir qismi təşəkkürnamələr adlanır. Bu folklor örnəklərini bir-birindən məzmununda işlənən “Minnətdarıq”" və “Təşəkkür edirik” ifadələri fərqləndirir:
Ali Baş Komandana minnətdarıq!
Cəsur Ordumuza minnətdarıq!
Haqq işimizi dəstəkləyən dövlətlərə minnətdarıq!
Qarabaq torpaqlarını azad edən əsgərlərimizə təşəkkür edirik!
Əsgərlərimizlə birlikdə ön cəbhədə olan həkimlərimizə təşəkkür edirik!
Vətənpərvər oğullar tərbiyə etdiklərinə görə analarımıza təşəkkür edirik! (7, 13-19).
Bəddualar qarğışın bir növüdür, bunu folklor örnəyinin məzmunundan da görmək mümkündür:
Erməni işğalçılarına ölüm olsun!
Kökünüz kəsilsin!
Daşınız öz başınıza düşsün! (7, 13-19).
İddialar da folklor janrı kimi maraq doğurur. Əslində iddialar ata sözlərinin janrdaxili dəyişimidir. Bunu nümunələr də təsdiq edir:
Zalımın sonu çatanda zülmü artar.
Başkəsənin başını vaxtında kəs, kəsməsən, o sənin başını kəsər.
Əlini öpən əsir hərbçinin yalvarışlarına aldanma, azad edilən kimi kürəyindən vuracaq.
Əz ki, əzilməyəsən.
Özü yıxılanı ayaq üstə qoysan, səni təpiklər (7, 13-19).
Müharibə folklor örnəkləri içərisində lirik parçalar üstünlük təşkil edir. Daha çox bayatı və ağılar söylənilir. Ağılar əsasən şəhidlərin yas mərasimində onların yaxınları tərəfindən
deyilir. Ağının növü kimi hayqırtı, qıyha, bozlama, sızlama diqqət çəkir. Şəhid qəbirlərinin başdaşı və sinədanlarına yazılan ağılar da maraqlıdır. Ağı-epitafiyalar adlanan bu nümunələrin ayrıca araşdırılmasına ehtiyac var. Amma Azərbaycan xalqının folklor örnəklərində janrından asılı olmayaraq pozitivlik açıq-aşkar hiss olunur. Hətta ağılarda belə bədbinlikdən çox nikbinlik vardır. Şəhidin arzularının həyata keçməsini ifadə edən işıqlı fikirlər deyilənləri təsdiq edir. Sosial şəbəkələrdə bayatı şəklində olan arzulamalar diqqətimi çəkdi. Arzulamalar niyyətlə, istəklə bağlı lirik folklor nümunələridir:
Qır düşmənin qıçını,
Əsgər, sındır xaçını,
Qoyma gözümü yolda,
Azad eylə Laçını.
Şuşanı gəzib qayıt,
Düşməni əzib qayıt.
Dağlardan erməninin
Ayağını üzüb qayıt.
Duman gəlir, çən gəlir,
Hər tərəfə tən gəlir.
Şuşa, Xankəndi dedik,
Bütöv bir Vətən gəlir! (6, 113).
Şuşa ilə bağlı bayatılar isə qələbə ovqatlı hissləri ifadə edir:
Vardı, var oldu Şuşa,
Elə yar oldu Şuşa.
Sənə xor gözlə baxan
Yağı xar oldu, Şuşa!
Məkkəm, Mədinəm Şuşa
Susmayıb dinəm, Şuşa!
Gün olsun, İrəvana
Zəfərlə dönəm, Şuşa.
Dinim, imanım Şuşa,
Əhdim, gümanım Şuşa.
Çəkildi başım üstdən
Qara dumanım, Şuşa!
Dağlar duman oldu,
Qisası yaman oldu.
Şuşaya gedən igid
Çevrilib Vətən oldu (6, 114).
Lirik folklor örnəkləri içərisində həcvnamələr deyilən nümunələr də vardır. Həcvnamələr daha çox düşmənə olan nifrəti, qəzəbi ifadə edir:
Dığa, dığa, ay dığa,
Erməniyə tay dığa.
Dinc otura bilməsən,
Başuy soxum palçığa.
Erməninin qızdarı,
Saçları pırpızdarı.
Sinəsinin üstündə
Şişibdi qarpızdarı.
Adın nədi, erməni,
Başva yaxım kərməni.
Arvadın doğa bilmir,
Gəl xəlvətdə gör məni.
Cırnadı, ay cırnadı,
Geydiyi boz sırmadı.
Öz əlindən iş gəlmir,
Çaldığı da zurnadı.
Adın nədi, paşinyan,
İt də yeməz aşınnan.
Cəmdəyin dəyərsizdi,
Güllə dəysin başınnan.
Qarabağda iz qoyduq,
Bu izləri biz qoyduq.
Yanı üşüyər deyə,
Axçilərə diz qoyduq (6, 115-116).
Təqdim etdiyim folklor örnəklərini hər yerdə, ictimai nəqliyyatda, dost-tanış məclisində, yas yerlərində ayrı-ayrı adamlardan qələmə almışam. Əsas qaynağım isə sosial şəbəkələrdir. Adətən, sosial şəbəkələr elmi istinad mənbəyi sayılmır, çünki buradakı səhifələr fərdlərə məxsusdur, onların şəxsi fikirlərini ifadə edir, həm də “dondurulduğu” anda, yaxud bir səhifə olaraq qapadıldığı məqamda qaynaq kimi əhəmiyyətini itirir. Lakin Vətən Müharibəsi bütün Azərbaycan xalqını eyni məqsədə səfərbər edə bildi və adamlar şəxsi maraqlarını arxa plana keçirdilər, hamı Vətən üçün, xalq üçün, Qarabağ üçün mübarizə meydanına atıldı. Kimi sözüylə, kimi canıyla, kimi də maddi dəstəyi ilə Qarabağı işğaldan azad edən əsgərlərimizin yanında oldu. Bu birlik folklor örnəklərimizə də sirayət elədi. Hər bir fərd həm də folklor yaradıcısı və daşıyıcısı kimi diqqət çəkdi. Mən bu fikirdəyəm ki, sosial şəbəkələrdə fərdlər tərəfindən qeydə alınan folklor örnəkləri xalqımızın milli söz sərvəti kimi dəyərlidir və vaxtında toplanılmalıdır.
Tarixi fakt belədir ki, müharibələrdən sonra dinc quruculuq işlərinə rəvac verilir, insanlar ağrı-acılarını arxada qoyur, yeni həyata başlayırlar. Bəzən nələrsə unudulur da! Məsələn, dünya unudur ki, on doqquzuncu yüzilliyin başlanğıcında fransızlar Avropanı şikəst edib Moskvayadək gəlib çıxmışdılar. Birinci Dünya Müharibəsi Avropa ölkələrinin, xüsusən, Almaniyanın özlərindən şərqdəki torpaqlara iddialarına görə başladı. İkinci Dünya Müharibəsi isə almanların dünya ağalığı siyasətindən qaynaqlandı. Şərq ölkələrində baş verən məhəlli münaqişələrin də mayasında Avropanın hegemon dövlətlərinin maraqları dayanır. Rusiyanın uzun əsrlər boyu apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Qafqazda, daha doğrusu, Azərbaycan torpaqlarında əldəqayırma Ermənistan adlı dövlət meydana çıxdı. Dini, milli amillərdən məharətlə bəhrələnən Ermənistan Rusiyaya güvənərək, Azərbaycanın əzəli ərazilərini etnik təmizləməyə məruz qoydu, Qarabağa iddialı çıxdı. Dağıntılar, deportasiyalar Azərbaycan türklərini öz doğma yurdundan didərgin saldı. Haqqın, ədalətin bərpası uğrunda mübarizə heç zaman gec deyil. Azərbaycan bir dövlət olaraq Qarabağda hakimiyyətini bərpa etdi. Tarix erməni hiyləgərliyi üzündən anklavda qalan Naxçıvanla Azərbaycanın torpaq
əlaqəsinə də şərait yaradıldı. Yaxşılığa doğru ümidlər böyükdür. Hadisələr başqa yöndə də ola bilər. Erməni ilə iqtisadi, siyasi və mədəni əlaqələr də qurula bilər. Əlbəttə, haçansa! Amma tarixin bu məqamında xalq öz yaşantılarına rəğmən yaratdığı folklor örnəklərini unutmayacaq, çünki bu, tarixlə yazılmış folklor olduğu kimi, folklorla da yazılmış tarixdir. Ona görə bu folklor örnəklərini məhz indi, həmin folklor örnəklərində haqqında söhbət gedən hadisələri yaşadığımız anda toplamalı, qələmə almalı, nəşr etməliyik ki, gələcək nəsillərə ibrət dərsi olsun.
Mənbələr
1.Bilal Alarlı Hüseynov. İlham Qəhrəmanın müharibə və zəfər bayatıları // 525-ci qəzet, 2022, 8 yanvar, № 03 (5809), s.23
2.Bilal Alarlı Hüseynovun Qarabağ mövzusunda bədahətləri // http://www.mustaqil.az/2020/29/10
3.Bilal Alarlı Hüseynov. Qaçqın və köçkünlərin mental dəyərlərinin qorunmasında folklor örnəklərinin rolu // http://www.zekaishiginda.az/2020/01/09 və təkrar olaraq: “Dəlidağ.az” ədəbi-ictimai, mədəniyyət portalı/2020/08/09
4.Bilal Alarlı Hüseynov. Qarabağın düzü var: Dağlardan enmişik; Mələk Cəbrayılın, yoxsa ata Cəbrayılın yurdu?; Mərcanlı bir qərib bayatı kimi ağlayır Arazın ağlar dilində; Cəlilabadda Qarabağ havası; Qarabağ – söz sənətinin beşiyi; Qudyalçayın sahillərində: Quba və onun muzeyləri; Küpçal – qədim dulusçular yurdu; Qəçrəş – qız qaçırılan yer, yoxsa gündəyməz? // Ulduz, 2013, № 6, s. 69-86
5.Bilal Alarlı Hüseynov. Qərbi Azərbaycan və Qarabağ folklorunda janrdaxili dəyişmələr // Filologiya məsələləri. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır (Filologiya elmləri bölməsi, № 13). Bakı, Elm və təhsil, 2020, № 9, s.252-265
6.Bilal Alarlı (Hüseynov). Muğan elləri. Üçüncü kitab: Qədim Həməşəra diyarının söz sənəti (Cəlilabadın folklor dünyası və ədəbi mühiti). Bakı, Elm və təhsil, 2020, 192 s.
7.Bilal Alarlı Hüseynov. Vətən Müharibəsinin folklor yaşantıları // 525-ci qəzet, 2021, 19 mart, № 51 (5617), s.13 və 19
8.Bilal Alarlı Hüseynov. Vətən Müharibəsinin folklor yaşantıları // https://525.az/2021-19-03
9.Qarabağ : folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012, 468 s. Topluda Bilal Hüseynovun Füzuli rayonunun Alıxanlı kənd sakini Dəstətəgül İsmayılovadan topladığı bayatılar (s.233-239), Ağdam rayonunun Güllücə kənd sakini Xanım Süleymanovadan topladığı folklor örnəkləri (s.225-231) yer almışdır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar