Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Firuzə Quliyevanın "Söz"ü (HEKAYƏ)

Tarix: 13-08-2025 10:31     Baxış: 2177 A- / A+
                            Firuzə Quliyeva

Yay Ordubadın üstünü örtmüşdü. İsti olmasına baxmayaraq günəş yağışdan qorxurdu. O gün balkonda nənəm məni izləyirdi. Gözlərində hər zamankı sevgi vardı, amma yorğunluq da o sevginin içinə qarışmışdı. Nənəm xəstə idi. Artıq uzun müddətdir ki, ayaqları onu yormadan gəzə bilmirdi. Evdən çox çıxmırdı, amma hər dəfə məni görəndə elə gülümsəyirdi ki, xəstəliyi yoxa çıxırdı. Qapını açanda səsi eşitdim:

-Gəldin, balam? Gözüm yolda qaldı…Otağa keçdim, onu köhnə taxta yatağında gördüm. Dizlərinin üstünə yatdım. Ayaqlarından öpdüm. Bütün bədəni gömgöy idi... Xəstəlik onu əsri almışdı. Əllərini tutdum. Soyuq idi.
-Nənə, üşüyürsən?
-Yox… bu üşümək deyil, balam… bu, içimin yorğunluğudu.Onun səsi incə, amma dərin idi. İçimdə bir sancı hiss etdim.
 
 Bizim çox xatirəmiz var idi…
Hələ məktəbə getmədiyim illərdə hər səhər çay dəmləyib məni oyadardı. Saçımı darayıb hörərdi. Ad günümə az qalırdı. 15 yaşım tamam olacaqdı. Çox həvəsli idim. Qardaşımla məni aldatmışdı ki bu il ad günü keçirməyəcəklər. Bu mənə çox təsir etsə də, heçnə demədim. O günü hazırlıqdan evə gəlirdim. Məni və qardaşımı qapıda qarşılayırdılar.Heçnə anlamadım. Evə keçdikdə isə böyük bir sürprizlə qarşılaşdım. O qədər sevinmişdim ki... Tez boynuna atılıb ağladım. Bunlar mənim sevinc gözyaşlarım idi. ( Bu il 20 yaşım olacaq. Sənsiz ad günü mənim üçün ad günü deyil.) 

 Bir gün yaşıl donumu geyindim. İçində ağaclardan boylanan yarpaqlara bənzəyirdim. Nənəmdən gəlib soruşdum:
- Hə nənə, necə olmuşam?
- Bu donun içində o qədər gözəl olmusan ki güllərdən seçilmirsən. Hayıf ki, sənin toyunu görə bilməyəcəyəm. 
 Bu cümlə məni sarsıtdı. Beynimdə, ruhumda qaranlıq və qorxulu bir otaq canlandı. Mən isə ona:
- O nə sözdür? Sən hələ mənim toyumda oynayacaqsan. Mənə söz ver. Məni tək qoymayacaqsan...
- Söz...
İndi o günlərdən illər keçib. Və qarşımda oturan qadın o günlərdəki kimi güclü deyildi. Xəstəlik onu incidir, amma o, heç vaxt şikayət etmirdi. Məni incitmək istəmirdi. Hər gün “ Firuzum” deyə çağırırdı. Bu səs mənim ən çox sevdiyim musiqi idi...
  Gecə vaxtı nəfəs ala bilməməyə başladı. Boğazını kəndir sıxırdı ya da son hıçqırılar idi... Bilmirəm... Səhərə kimi oyaq qaldım. Dərmanlar verdim. Sübh vaxtı həkim gəldi. Naümid şəkildə başını yellədi. Qollarım yanıma düşdü. Dodaqlarım qurudu. Nəfəsinin son xəzrisinə kimi yanında durdum... Mənə baxdı. Artıq o “quş” olub məndən uçmuşdu... Nə qədər ağladığımı xatırlamıram. Ayaqlarım tutmurdu. Yerimdə quruyub qalmışdım. Sənsiz günlərimdən göz yaşım qurumur. İndi isə yatağa düşmüşəm. Xəstə olmuşam. Nənəmin qəbir daşı mənə dərmandır. Uşaqlığım, gəncliyim, atam, ailəm məndən getdi... Artıq hisslərimin istisnası, buz olmuş qəlbimin şah damarının məndən getməsindən xəzri əsir... 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar