Xəbər lenti
Olum və ölüm arasında…

NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi,
“Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü
Lev Tolstoyun “İvan İliçin ölümü” və Frans Kafkanın “Çevriliş” əsərlərində hər iki qəhraman da çətinə düşəndə nə ailələri, nə yaxınları onların yanında olur.
“İvan İliçin ölümü”ndə İvan kiçik yaşlarından ailəsinin göz bəbəyi, isdedadlı bir obraz olmuşdur. O təhsil almış, öz sahəsində gözəl nailiyyətlər əldə etmişdir. Onun sağlam vaxtında büyük bir əhatəsi, iş yoldaşları, oyun dostları var idi. Amma görünür ki, onlar “Yaxşı gün dostları” idi. Atalar demişkən: “Dost dar gündə tanınar”.
Eləcə də, sadəcə dostları deyil, öz ailəsi belə, İvan xəstə olduqdan sonra ona bir yad kimi davranırdı. İvan nə həyat yoldaşının, nə də övladlarının vecinə idi. İvan xəstə yatağında yatarkən ailəsi hər gün bir kef məclisində yeyib içirdi. Günlər keçirdi, İvan hər gün ölümə bir addım daha yaxınlaşırdı, amma onlar İvan ilə maraqlanmırdılar.
Hətta İvan istəyirdi ki, onun başının üstündə oturub onu kiçik bir uşaqmış kimi sevsinlər, oxşasınlar, başında göz yaşı töksünlər. Çünkü o, onu görməyə gələnlərin vecsizliyinə dayana bilmirdi.
O artıq ömrünün son günlərində həyatını düzgün şəkildə yaşamadığının fərqinə varır. O, düşünür ki, ömrü boyu iş həyatında uğur əldə etmək uğrunda hərşeyi etdiyinə, daha da yaxşı həyat sürə bilərmiş.
Elə onun başına gələn bu fəlakətin ilk başlanğıcı da şöhrətpərəstlik həvəsindən gəlir. O, yeni evinə köçərkən, hərşeyi o qədər abartmışdı ki, elə ordakı qəza nəticəsində zədələnməsi onu bu günlərə gətirib çıxardı.
Bəzən həyatımızdakı kiçik şeylərə əhəmiyyət vermirik, amma bu kiçik şeylər bizim fəlakətimiz olar bilər. Eləcə də İvanın.
Və bu əsər mənə Frans Kafkanın “Çevriliş” əsərinin baş qəhramanı Qreqor xatırladır. Qreqor da işində fəal iştirak edən bir obraz idi. O, bütün maaşını, sevgisini, vaxtını ailəsinə xərcləyirdi. Lakin, başına gələn fəlakətdən sonra ailəsi onu da tək buraxdı. Hətta onun ölməsini belə diləyirdilər. Bir ana öz övladının ölməsini diləyər heç?
Obrazların hər ikisi yaşadıqları, sağlam olduqları müddətcə ailələrinin kefini saz tutmağa çalışıb, onları düşünürdülər. Lakin bu obrazlar ölüm ayağında olanda heç birinin nə ailəsi, nə dostları onları düşünürdü. Hərə öz mənafeyini güdürdü. İvanın dostları onun işdəki yerini tutmağı, ailəsi onlara qalacaq olan pulu və Qreqorun ailəsi isə Qreqor ölsə də rahat olsaq deyə düşünürdülər.
Bu obrazların hər ikisi də ölərkən tək öldülər. Nə pis hissdir hə? Hər zaman yanında olduğun ailən səni son anında tək buraxması….
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar