Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Daha süfrə bəzənmir, taleyin üzü dönüb" - ŞEİR

Tarix: 25-01-2025 22:15     Baxış: 3358 A- / A+

Fatimə Səhhətqızı Salyan rayonu anadan olub. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi topluda dərc edilib.
Manevr.az gənc müəllifin iki şeirini oxuculara təqdim edir və ona uğurlar diləyir! İnanırıq ki, Fatimə xanım axtarışlarını davam etdirəcək, daha yaxşı ədəbi nümunələr ortaya qoyacaqdı.

***
Kədərə büründü yaşıl bağça- bağ,
Ağacdan küsərək ayrıldı yarpaq,
Elə bil mənidə çağırdı torpaq,
Sən mənə xəyanət etdiyin zaman

Sanki qaranlığa büründü səhər,
Öldürdü günbəgün bax, məni qəhər,
Yalanlar qəlbimə tuşladı zəhər,
Sən mənə xəyanət etdiyin zaman

İllər ötsə belə, dəyişməz yalan,
Sən oldun qəlbimi dərdlərə salan.
Vicdanın dedimi etmə, bir dayan?
Sən mənə xəyanət etdiyin zaman


Uçurum

Gözləyirəm gəl yenə,
Aç qapını salamlaş.
Mən ölməmişəm deyib
Hər kəsi eylə çaşbaş.

Mən geyinim əynimə
Sənin aldığın donu.
Qayıt yenə evinə,
Bitsin həsrətin sonu.

Saçımı kəsdim bu gün,
Eləcə fikrə daldım.
Kəsilən saçlarımla
Otağımda ağladım.

Qaçıb gəldim yanına,
Qucağladım torpağı.
Qızın səni axtarır,
Niyə gəlmirsən axı?

Bişirdiyim xörəklər
Süfrədə buza dönüb.
Daha süfrə bəzənmir,
Taleyin üzü dönüb.


Fatimə Səhhətqızı 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar