Xəbər lenti
Coşqun Xəliloğlu "Mənim dostum"
(Uşaqlar üçün hekayə)
Mən ikinci sinifdə oxuyuram. Çoxlu dostlarım var. Ən yaxın dostum isə Hünərdir. Atam da onu tanıyır. Axı Hünərin atası Süleyman əmi də Qarabağ müharibəsində atam kimi düşmənə qarşı döyüşüb. Qazidir, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə sol qolunu itirib. Yaxasında çoxlu orden-medal var.
Hünər həm əlaçıdır, həm də şirindil, mehriban uşaqdır. Müəllimimiz həmişə onu tərifləyir.
Keçən həftə məktəbə gələndə Hünər yoldan pulqabı tapmışdı. Gətirib birbaşa müəllimə verdi.
-Bu nədir Hünər?
-Müəllim yolda düşmüşdü, götürdüm.
Müəllim pulqabını açdı, yüz doxsan yeddi manat pul və dərman resepti vardı.
Pulu görən gombul Fətullanın pıçıltısı aydın eşidildi:
-Ay fərsiz... mən tapsaydım...
Növbət gün məktəbimizin iclas zalında böyük yığıncaq oldu. Əvvəl direktor danışdı, o, Hünəri səhnəyə çağırdı. Xeyirxah, nəcib iş gördüyünə görə onu təriflədi:
-Hünər kimi şagirdlərimizlə fəxr edirik. Bilirsiniz, o, kimin pulqabısını tapıb? - özü də cavab verdi:
-Sənubər müəllimin. Sənubər müəllimin neçə-neçə yetirməsi var. Mən də onun bir vaxtlar şagirdi olduğuma görə fəxr edirəm. Bir də ki... onun ikinci oğlu İnam da Qarabağ uğrunda döyüşlərdə düşmənə qan uddurub, qazidir. Sevimli müəllimimiz Hünərə təşəkkürünü bildirmək üçün həm özünə və həm də bizim hər birimizə doğma olan məktəbə gəlib.
Sənubər müəllim direktora təşəkkür edib Hünərə yaxınlaşdı. Onu qucaqlayıb üzündən öpdü.
-Mənim balam, mən atan Süleymana dərs demişəm. O da ağıllı, çalışqan, dürüst insan idi. İndi onun qəhrəmanlığından, igidliyindən bütün Azərbaycan danışır. Kim nə deyir, desin, itki pis şeydir. Pul kisəsini itirəndə kədərlənmişdim, indi isə həm
onun tapılmasına, həm də sənin kimi ağıllı balalarımın olduğuna görə çox sevinirəm. Mən sənə, valideynlərinə, müəllimlərinə təşəkkür edirəm.
Müəllim yenidən Hünəri qucaqladı. Hamı əl çaldı. Həmin gün sanki məktəbdə bayram idi. Uşaqlar bir-bir Hünərlə görüşürdülər Ən çox sevinən isə mən idim.
Axı Hünər mənim dostumdur.

09.12.2024
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar