Xəbər lenti
“Gülüşünü yarama sarısam, sağalarmı” - Günay Günəşdən şeirlər
Günay Günəş
Onun şeirlərini mənə rejissor dostum Sərdar Gözəlov göndərdi. Daha öncə şeir yazdığını demişdi. Doğrusu, öncə düşündüm ki, yəqin o da hər gün sosial şəbəkələrdə şeir yayımlayan, əslində qulaq qafiyəsi ilə söz yığını paylaşan “məhsuldar şairlər ordusu”nun sıradan bir nəfəridi. Ancaq yanılmışdım. Onun şeirləri ilk misralardan məni ovsunladı. Özümü əhəmiyyətli tapıntı kəşf edən biri kimi hiss elədim. İstedad heç kimin şəxsi əmlakı deyil. Tanrının verdiyi istedad bütün elə, bütün millətə aiddir. O, millətə aid olan bu böyük istedadı indiyə qədər gizlin saxladığı üçün “günahkar” olduğu kimi, biz də bu istedadı indiyə qədər tanımadığımız və gerçək sahibinə - millətə təqdim etmədiyimiz üçün günah sahibiyik...
Söhbət Günay Günəş adlı şairdən gedir. Günay Günəş 1984-cü ildə Gədəbəydə doğulub. Hazırda Bakıda yaşayır. Bir guşəyə çəkilib, çağdaş poeziyamızın ən yaxşı örnəklərini yaradır. İstədim ki, onu hər kəs tanısın. Nədən ki, qələm onundur, ancaq qələmindən süzülənlər hər kəsindir. Buyurun, onu Siz də tanıyın, dəyərli oxucular!
Namiq Hacıheydərli
Mənim dünyam
Mən susduqca bağıran bir nifrət var içimdə,
Kiçildikcə, böyüyən bir intizar.
Mən qaçdıqca, qovan bir həsrət var içimdə,
Qocaldıqca, körpələşən arzular!
Min yara var, ağır- ağır keçən ömrün dabanında,
Bu minvalla yola çıxar karvanı.
Kimlər gələr, kimlər keçər, kim dayanar yanında?
Sualların cavabı yox, arzuların ünvanı.
Min qorxu var, Kabusların kölgəsində,
Bir yuxu tək uçub gedər doğrular.
Sancıların bitmədiyi küçələrin döngəsində,
Hər gün yenə doğulacaq ağrılar.
Xəyalların ölməyiymiş qaranlığın yayılması,
Fırtınalar qopur hər gün, ağrıların nəfəsində.
Gözlərindən başlayacaq, vulkanların ayılması,
Gileylərin fəryadı var, ürəyimin səsində.
Çat – çat olub, qan sızdırır, arzuların minarəsi,
Bünövrəsi oyuq – oyuq, divarları darmadağın.
Kimlər üçün sındırılıb, bu dünyanın pəncərəsi?
Yuva salıb xatirələr, qalaq – qalaq, yığın- yığın.
Ağ rəngli nəsihət
Ölümünü qızlarına sevdirən ataların şərəfinə
Yadındamı, gözəl qızım, lap balaca olanda
Soruşdun ki,
“Gəlin qızlar gözəldi, amma niyə ağ geyinir atacan?”
Tutulmuşdum, bu sualdan o zaman,
Gözlərimdə böyütmüşdüm qızımı.
Ürəyimdən bir sızıltı keçmişdi,
Gəlinliyə bürümüşdüm arzumu.
Mən özümü toplayaraq bir təhər,
Onda sənə belə cavab vermişdim:
-“Fərqlənməkçün ağ geyinir gəlinlər”.
Sən o gündən ağ istədin hər şeyi,
Ağ rəng oldu, ən sevdiyin oyuncaq.
Ağ don aldım, ağ başmağın çox oldu,
Ağlar ilə doldu, daşdı künc- bucaq.
Heç yadımdan çıxmaz qızım,
Bir də hələ, bir istəyin olmuşdu.
Ağ qələmdi,
İnad ilə istədin.
Ağ yazılar yazmaq üçün varağa.
Neçə- neçə mağazalar gəzmişdim,
Ağ qələmi sənin üçün almağa.
İndi sənə bir şey deyim, gözəl qızım!
Bu dünyada rənglər çoxdu,
Sevməyin öz rəngi var, yaşamağın öz rəngi.
Rənglərin də duyğusu var,
Hər birinin öz ahəngi vardı qızım,
Ağ rəngin də şərəfi var, sanı var.
Ən gözəl ağ, çöhrə ağı,
Abır, həya, ardı qızım!
Amma sənə bir sirr açım,
Bir rəng vardı gizlinlərdə görünməyən.
Əgər ki, Sən həmin rəngə boyansan,
Kimsələrin görmədiyi bir qüvvəni görərsən.
O, ümidin rəngidi, inanmağın rəngidi.
O, rəng səni zülmətlərin qucağından qoparacaq.
O, rəng səni arzulara aparacaq.
Ümidlərin nəfəsində doğulacaq işiqlar,
İnamında, imanında işıq dolu yollar var.
Mən ki səni böyüdərkən haqq yemədim,
Hər kəsin haqqını verdim dünyada,
Sən də haqq ol, günah etmə!
Günahların ruhu deşən oxu var!
Yaşamağın haqqın vermək üçün
Bu dünyada, ölüm adlı yuxu var!
Yuxu dolur gözlərimə,
Bir addımılıq yolu qalıb ömrümün.
Geyinəcəm ağ libası, ağ rənglərin işığına uçacam,
Bəlkə, səndən ayrılacam mən bu gün.
Sən dunyaya göz açanda ağlayıb,
Qoymaz idin bizə çimir almağa
İndi daha böyümüsən, ağlama.
Göz yaşların ürəyimə od salar
Atan rahat yatsın deyə sus qızım,
Unutma ki, mənim də “Ağ” dünyam var.
Mən ki rəssam deyiləm
Səndən sonra bu evin divarları çat verib,
Bir bəhanə axtarır dağılmağa uçmağa.
Xəyallar üsyan edir, didim – didimdi qəlbim,
Daha gücüm yetməyir ağrılardan qaçmağa.
Bu otağın hər küncü, bir canavar böyüdür,
Çılpaq divarlarında üşüyürdü əlləri
Bəlkə isinmək üçün kiçik oyun oynayım,
Bir kətana sığdırım, xöşbəxt keçən illəri.
Artıq rəssam olmuşam, əlimin qanı ilə,
Gözlərini çəkirəm, divarımdan asmağa.
Bəlkə gülə gözlərin, bir ovuc ümid ola,
Gücüm çata otağa bir pəncərə açmağa.
Budur şəkil içində dondururam sevgimi,
Kətan üstən baxıram gözlərinin əksinə
Çərçivənin bu üzü məni çəkir içinə,
Çərçivənin o üzü səni sıxır köksünə.
Sənin soyuq divarda əriyirdi gözlərin,
Damcıların üstümə damdıqca, boğuluram.
Çərçivədən kənara daşır şəkil baxışın,
Mənsə hər gün bu yerdə öldükcə, doğuluram.
Yavaş yavaş silinir, yox, saxlaya bilmirəm,
Bir kətana dəfn olan, sevgimizin rəsmini.
Eşidirəm, hələ də gecələri ağlayan,
Hər gün yuxuda səni, sayıqlayan səsimi.
Əllərimi kəsmişəm, yığa bilmirəm səni,
Bulaşır gözlərinə əlimin soyuq qanı.
Mən ki rəssam deyiləm, yenə həminki kimi
Gözlərini çəkməyə məndə cəsarət hanı?
Tənha qadın heykəli
Tez tişəni al əlinə,
Yaxına gəl, heykəltəraş!
Bir söz deyim, dinlə məni -
Gəl, bərabər işləyək biz.
Mən yazım, sən yarat,
Bir tənha qadının daş heykəlini.
Gəl əvvəl başlayaq gözündən, usta...
Toxun o gözlərə sən asta- asta...
Bir damcı yaş gördüm - gözünün üstə.
Tez o göz yaşını dondur daş elə.
Gecələr gözünü yollara dikən,
Həsrətin içindən vüsalı çəkən,
Hər gün qədərinə göz yaşı tökən
O qəmli gözləri sən daşa döndər.
Daş olmuş sevgini əridə bilməz,
Nə sevinc, nə büsat şəninə gəlməz,
O nifrət bir daha sevgiyə dönməz!
Soyuq baxışları daş ilə bağla.
Ürəyi buz olmuş – həyata qarşı,
Xəyanət izidi hər bir qırışı,
Bəlkə əridəcək o özü daşı,
Bəlkə də biz onu daş edəcəyik?
İllərlə yığdığı kədəri qəmi,
Elə pıçıldayır saçının dəni,
Gildən naxış düşmüş nimdaş tirməni,
Başına daş ilə dola ustacan.
Səssiz fəryadına dözmür kainat,
Naləsi içinə dolubdu rahat
Qəzəbli sözləri daş ilə sil, at!
Yorğun sədasını susdur daş ilə!
Mərdliyi, isməti itməsin deyə...
Əyməsin başını pis niyyətliyə!
...Əl açıb ümmasın kömək, kimsəyə,
Sən, o qüruru daş eylə, ucalat.
Uçalt bir qadının heykəlini sən
Uçalt ki, tarixdə məğrur dayansın.
Daş ilə daşlaşsın ürəyi, hissi,
Bir qadın dünyası daşa boyansın.
Hə, usta, bitdimi artıq işimiz.
Gəl indi bərabər, fəxr ilə baxaq,
Sənin yaratdığın – mənim yazdığım,
Bir tənha qadının daş heykəlinə...
Kaş ki, geri gələsən
Gülüşünü yarama sarısam, sağalarmı?
Səndən biraz mərhəmət,
Bir də insaf istəsəm,
Görəsən ağ olarmı?
Bahar gəlsə bu yerə, sən də geri gələsən.
Bir də baxam, evdəsən,
Evimiz tər-təmizdi.
Stol üstündə vaza, içi dolu nərgizdi.
Əllərinə toxunam, sən dolasan ovcuma,
Bir az sevgi səpəsən,
Səndən qalan acıma.
Qışa saxlama bir də yolda qalan gözümü,
Buraların soyuğu, bilirsən, çox sərt olur.
Əgər yenə unutsan,
Bil ki mənə dərd olur...
Qoy yanına tələsim
Sənin evin soyuqdumu,
Pəncərəsi üşüyürmü gözlərinin içində?
Ürəyinə bir sızıltı girirmi,
Məndən bir az qalıbmı heç, ürəyinin küncündə?
Darıxırmı duyğuların,
Varmı indi dodağımın istisi?
Barmağının ücündadı köz – köz olan həsrətim,
Məni sənə gətirirmi papirosun tüstüsü?
Saçlarını yuyursanmı,
Yoxsa elə dağıtdığım kimidi?
Hərdən oyan, bax üzünə,
Güzgülərə düşmənliyin, axı nəyin kinidi?
Axtar məni saçlarında
Axdar hər gün, dənə - dənə say məni.
Qoy əlini ürəyinin üstünə,
Səssiz dinlə... Dərinlərdə inildəyən bir nəğmədə duy məni.
Doldur yenə gözlərini,
Bir sağlıq de kölgələrin şərəfinə.
Köhnə, sınıq qarderobu dağıt, axtar,
Bürün yenə yalnızlığın şərfinə
Çıx həyətə biraz dolaş,
Qoy üzünə dəysin isti nəfəsim.
Çək gözünə uzatdığın yolları,
Qoy yanına gəlmək üçün tələsim...
Gəl, gedək
Gedək bu şəhərdən, dan sökülmədən,
Min illik hicranı bitirək, gedək!
Qoy qalsın nə varsa, qalsın geridə,
Bircə sevgimizi götürək, gedək.
Şirin bir gülüşün mənim bəsimdi,
Gərək yox, geyinim zərli- zibalı.
İsti qucağına vətən deyərəm,
Neynirəm sarayı- neynirəm qalı.
Sevgin havam olar, baxışın suyum,
Eybi yox, yeməyə heç nə olmasın.
Mən sənə baxmaqla doyaram hər gün,
Təki hicran bizi ayrı salmasın.
Gəl səhər gözünü açmadan gedək,
Xəbərsiz ayrılaq doğma şəhərdən.
Gedək dost – tanışdan uzaq bir yerə
Yeni dünya quraq, bir sən ol- bir mən.
Gecənin sinfoniyası
Küçələr tənhalaşar, gülüşlər kəsilincə.
Daşların daş ürəyi, yarılar incə- incə.
Quşlar uçmaz bir daha, göylərin yaxınından,
Ürək yaralar alar, ən doğma yaxınından.
Dırnağınla qazdığın quyu qan ilə dolar,
Donan sevgilər bir gün şəkil içində solar.
Bir ovuc atəş düşər dərindən qış qəlbinə
Bir daş daha bağla sən daşlaşan daş qəlbinə.
Dərin yaralar qalar, olanlardan geriyə
Yeyərsən öz içini, ağrıların kiriyər.
Nə yatağın isinər, nə gözlərin dincələr,
Səni heç vaxt buraxmaz, tərk edilmiş küçələr.
Səssizliyin çökdüyü gecənin gir qoynuna,
Özün də bilərəkdən uy şeytanın oynuna.
Yapış son ümid olan, fələyin kəmərindən
Bir quş da özün asıb, bir küçə fənərindən.
Ağdan qaradan sonra
Mən ən mahir yalançı, aldadıram özümü,
Mən bir aciz sevdalı, heç tutmuram sözümü,
Mən hər gün- mən hər saat, itirirəm dözümü.
İçim parça- parçadı, neçə yaradan sonra.
Artıq, rəng tanımıram, ağdan – qaradan sonra.
Səpələnmiş ağrılar ürəyimdə bütündü,
Dərdi gizli yaşamaq, hər ağrıdan çətindi,
Səndən qalan bu otaq, daha mənə vətəndi,
Gözlərim işıq sevmir, uzun aradan sonra.
Artıq, rəng tanımıram, ağdan – qaradan sonra.
Ümidim ölsə belə, sevgim hələ yaşayır,
Ya gəl qovuş bu cana, ya gəl ruhumu ayır,
Ömür bitir sevgilim, ölüm saatlar sayır,
Əlac yoxdu dərdimə, yar ola dərman sonra.
Artıq, rəng tanımıram, ağdan – qaradan sonra.
Mənə doğmalaşıbdı, səndən qalan kədər, qəm,
Elə də mənim idin, belə də mənimləsən,
Niyə sevdim bu qədər, niyə axı, niyə sən?
Nəhayət anlamışam, bunu sonradan- sonra.
Artıq, rəng tanımıram, ağdan – qaradan sonra.
Nifrət qoxusu gəlir, yerdə qalan külümdən,
İndi neçə qurtarım, özümü bu zülümdən,
Söylə məni nə çəkər, hər gün gələn ölümdən,
Gedəcək yerim yoxdu, gələn sıradan sonra.
Artıq, rəng tanımıram, ağdan – qaradan sonra.
Gedirik
Yığıb günahları lal çiynimizə,
Ağa bürünmüşük, qara gedirik.
Bəlkə də yoxluqdan cana gələrək,
Əbədi dövlətə, vara gedirik.
Dindən üz döndərib, bəxtdən küsmüşük,
Qara yel olmuşuq, belə əsmişik
Ömür karvanına qərib düşmüşük,
Üz tutub cərgəylə hara gedirik?
Həyat bu, baş – ayaq, olub qarmaşıq,
Nədən başlamışdıq, nədə qalmışıq,
Nə halal, nə haram, bilməz olmuşuq,
Əməli unudub, kara gedirik.
Toplayıb vurursan heçə bərabər,
Saymaqla günlərin keçə bərabər,
Yalançı dünyadan bezib sərasər,
Bir kəndir, bir ağac, dara gedirik!
Min sözə aldanıb, min üz görmüşük,
Min hiylə qurmuşuq, min tor hörmüşük,
Şeytanın cildinə elə girmişik,
Bu üzlə rahatca gora gedirik.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar