Xəbər lenti
“Elə allahlıqdı tənhalıq, Allah...”— Rüstəm Behrudi
Rüstəm Behrudi
Ay gəmi
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Al, götür, öldürür məni
bu balıq, yosun qoxusu...
...mənim yarımçıq nəğməmi
qoy başqaları oxusun.
...bağrı çatlar bu gecənin!
Gəl, tələs, demə ki, vaxt var...
...çıxıb getməyə qurulub
onsuz da bütün saatlar.
...hamı təkdi, tənhadı!
Hər kəs o təklikdən baxır...
...yer üzündə bu vaxtacan
kim-kimi tanıdı axı?!
...günahımı yuyarmı heç
gözümdən tökdüyüm yaşlar?
...əhv eləyin, uşaq vaxtı
yuvasın pozduğum quşlar.
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Qağayılar və sahibsiz itlər üstünə...
...xəbər gözləmirəm heç kimdən daha!
Bir dilsiz balığam, məndə baxt hanı?!
Mənə öyrətdiyin sözə bağışla,
İlahi, sən mənə bir də vaxt tanı.
...xəbər gözləmirəm heç kimdən daha,
həsəd aparıram ota, yarpağa.
...İlahi, sən mənə bir də vaxt tanı!
Sənin istədiyin adam olmağa.
...həsəd aparıram tənhalığımdan
itə, qurda-quşa, ağ ayılara.
...küçələr sahibsiz itlərə qalıb,
sahil də quşbeyin qağayılara.
...xəbər gözləmirəm, qara xəbərdən
üzü qara olsun boz xəbərin də!
...adamlar bir yana, dərdi öldürür
məni yetim qalan küçələrin də.
...heç kimin heç kəsdən xəbəri yoxdu!
...Ay batıb, gün doğmaz sevgimdən daha.
...Tanrım, sən bilirsən, mən səndən özgə
xəbər gözləmirəm heç kimdən daha!
Darıxan ağac
(Ustad Əkrəm Əylislinin yetmiş yaşına)
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
...gəldim baxım boyuna,
görüm neçə haçadı.
Gəldim görüm neynirsən,
görüm ölüm necədi?
Necədi yarpaq gözün,
budaq əlin necədi?
Hələ kökün ölməyib...
...ölən qolun necədi?
Bu sarmaşıq tanışdı...
Solun-sağın necədi?
Boş qaranquş yuvası
tənhalığın necədi?
Necədi yalqız olmaq
fəsillərin birində;
De, bu boyda meşədə,
ağacların içində?
...mən də bezib, usanıb,
gəldim evdən, necədi?
...yarpağından de, əvvəl
ölən gövdən necədi?
O yarpağın, bu gözün,
bu qolun, o budağın...
...hönkürələr üstünə
mənim təkin qonağın.
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
Gizlənsəm bu payızdan...
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
...gizlənsəm bu payızdan,
bəlkə, məni bağışlar.
...küləklər erkən əsdi,
erkən yağdı yağışlar.
...payız payız deyilmiş,
xatirə, yır-yığışdı!
...ömür — bir əlçim bulud,
bir udumluq yağışdı.
Bu da son payızımız...
...xatirələr dağılsa,
görəcəksən, ömrümdə
üç almasız nağılsan.
Bu son payız...boylanıb
çopur bir baş daşından.
...üstümə hönkürərsən
dünyanın o başından.
Görən niyə ağlıma
payızda ilkin gələr;
...Behrudda "Quzeylər"də
tüstülənən xəzəllər?!
...kimdi məni çağıran?!
Vaxtımdı, durum, gedim.
...getməyə yerim də yox!
Nə dedim, yalan dedim.
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
İçimdəki bir külək...
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Mən hardayam, görəsən...
Səsim özümə çatmır.
...dualarım Tanrıya,
gücüm sözümə çatmır.
...göz dağıdı pəncərəm,
qapı deyil qapım da!
Kimim var ki, itirim,
nəyim var ki, tapım da...
Çox yorğunam, İlahi!
Məndən bezib bu can da...
Dadı qaçıb, şirindi,
çəkdiyim acının da.
Daha məni ovutmur
din-iman və sairə.
Kim qapısın açar ki,
bir allahsız şairə?!
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Hər şeyi hüznə buraxdım...
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
...ayrılıq sarıb hər şeyi,
duman çökübdü hər yana.
İndi Allah da oxşayır
heç bir kəsi olmayana.
...payız gəldi, kölgəm öldü,
yenə açıldı bir yara.
...burda sözümə yağış yağır,
kənddə də boş bir məzara.
Hər şeyi hüznə buraxdım!
Bir balıq misalıyam qumda...
...bağda çiçəklərim öldü,
balıqlarım akvariumda.
Daha yağış, bulud kimiyəm...
...ağaca oxşaram bir az da.
Ağaclar yazda çiçəklər,
yazıq mənə, mən payızda!
Hər şeyi buraxıb gedəcəm,
qoşulub ölən çiçəklərə...
...dərddən öldüyüm bir ana,
bitib-tükəndiym bir yerə.
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
Məzarlıqda bitən yovşan
...ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan!
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.
...əlim qoynumda gəlmişəm,
əfv et, hönkürüb ağlasam!
Öz qəbrim üstə qoyacam,
sənnən bir dəstə bağlasam,
məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəsiz!
Sənnən axır göz yaşlarım...
...burda daşlar daş deyil ki —
bacılarım, qardaşlarım,
məzarlıqda bitən yovşan.
...bu son bahar da ölmədim,
ölmədim, yaz, yaz günaha!
Mən öz tabutundan tutub,
dönən bir ölüyəm daha,
məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
adamlar öldürdü; Sən, sən,
baş daşıma qoyulacaq
çiçəklərdən də gözəlsən,
məzarlıqda bitən yovşan.
...vədə tamamdı, dönəcəm,
gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq
ölən bir şairin üstünə,
məzarlıqda bitən yovşan.
...ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan!
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.
Bağdan məktub
...bağ evi...göy üzü...dəniz...küləklər!
...ürəyim sahildə bir qızıl balıq!
...bir dəli həsrəttək uzanır gecə,
bir dəli sevdatək gəlir tənhalıq.
Bir dəli sevdatək gəlir tənhalıq,
üstümə yeriyir dörd divar — sükut.
Bu zalım sükutun özü də, Allah,
tövbətək səslənir — "unut, gəl, unut!".
...yenə tənhalıqdı, qərib ruhumu
ona tapşırmışam mən dəli, sərsəm!
...sirrinə çevrilsəm bu tənhalığın,
mən bu tənhalığın qəminə dönsəm.
Qəminə çevrilsəm bu tənhalığın,
sonacan alışıb-yanan şam olsam...
Mən adam olmaqdan bezmişəm daha!
Dönüb ağac olsam, ya yovşan olsam...
...öndə baharınız, ümüd — yamyaşıl!
Eh, sizə nə var ki, çılpaq ağaclar...
...məni, tənhalıqda qalıb, bu dərdi
sizin tək çəkməyə qoymayacaqlar.
...ayrılıq qoxuyur əllərim, saçım!
...uzan, tənha gecəm, gecik, ey sabah!
Hər şeyin fövqündə durmuşam indi...
Elə allahlıqdı tənhalıq, Allah!
...bağ evi...göy üzü...dəniz...küləklər!
...ürəyim sahildə bir qızıl balıq!
...bir dəli həsrəttək uzanır gecə,
bir dəli sevdatək gəlir tənhalıq.
Bir məktub yaz son dəfə
Bir məktub yaz son dəfə,
son dəfə bir məktub yaz!
Yaz, ruhum mənim, məni
dəliyə çevirdi, yaz.
Bir məktub yaz son dəfə,
sözlərin gözü dolsun.
...yağış yağsın üstünə,
içində payız olsun.
Bir məktub yaz son dəfə,
baxım qalxan tüstünə.
Alım, açım, oxuyum
ayrılığın üstünə.
Bir məktub yaz, hər şeyi
yaz unuda-unuda!
Görüm nə cür dönmüsən
yağış, külək, buluda...
Bir məktub yaz son dəfə,
anlat bir eşqin yasın.
Lap öləndən sonra yaz,
gəlib mənə çatmasın.
Bir məktub yaz son dəfə,
sözlərin gözü dolsun.
...yağış yağsın üstünə,
içində payız olsun.
Duman olub qayıtmaq
(Qardaşım oğlu İsanın əziz xatirəsinə)
...gecə...sükut...yalnızlıq!
Hər yan uçrum, mən — duman...
Vaxtsız gələn xəbərdi
gecəyə çökən duman.
...gecə...hüzün, kədər-qəm!
Dəniz susub, ay batıb...
Kimdi görən bu vaxtı
duman olub, qayıdıb?!
Bu didərgin kimdi, kim!
Nə axtarır, ay aman!
...şəhərin küçələrin
dolaşıb duman-duman?!
Gecəyə çökən duman
görən, kimin ruhudu?
Kaş oyanam yuxudan,
görəm hər şey yuxudu.
...duman olub, qayıdıb,
kim bitirər bu yası?
Bir gün dönüb gələcək
gedənlərin hamısı.
...gecə...sükut...yalnızlıq!
Hər yan uçrum, mən — duman...
Vaxtsız gələn xəbərdi
gecəyə çökən duman.
Manevr.az
Ay gəmi
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Al, götür, öldürür məni
bu balıq, yosun qoxusu...
...mənim yarımçıq nəğməmi
qoy başqaları oxusun.
...bağrı çatlar bu gecənin!
Gəl, tələs, demə ki, vaxt var...
...çıxıb getməyə qurulub
onsuz da bütün saatlar.
...hamı təkdi, tənhadı!
Hər kəs o təklikdən baxır...
...yer üzündə bu vaxtacan
kim-kimi tanıdı axı?!
...günahımı yuyarmı heç
gözümdən tökdüyüm yaşlar?
...əhv eləyin, uşaq vaxtı
yuvasın pozduğum quşlar.
...hər şey kədərlidi, hər şey!
Göy üzü — dəniz, Ay — gəmi...
Nə olar, məni də al götür,
apar, ay gəmi, ay gəmi!
Qağayılar və sahibsiz itlər üstünə...
...xəbər gözləmirəm heç kimdən daha!
Bir dilsiz balığam, məndə baxt hanı?!
Mənə öyrətdiyin sözə bağışla,
İlahi, sən mənə bir də vaxt tanı.
...xəbər gözləmirəm heç kimdən daha,
həsəd aparıram ota, yarpağa.
...İlahi, sən mənə bir də vaxt tanı!
Sənin istədiyin adam olmağa.
...həsəd aparıram tənhalığımdan
itə, qurda-quşa, ağ ayılara.
...küçələr sahibsiz itlərə qalıb,
sahil də quşbeyin qağayılara.
...xəbər gözləmirəm, qara xəbərdən
üzü qara olsun boz xəbərin də!
...adamlar bir yana, dərdi öldürür
məni yetim qalan küçələrin də.
...heç kimin heç kəsdən xəbəri yoxdu!
...Ay batıb, gün doğmaz sevgimdən daha.
...Tanrım, sən bilirsən, mən səndən özgə
xəbər gözləmirəm heç kimdən daha!
Darıxan ağac
(Ustad Əkrəm Əylislinin yetmiş yaşına)
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
...gəldim baxım boyuna,
görüm neçə haçadı.
Gəldim görüm neynirsən,
görüm ölüm necədi?
Necədi yarpaq gözün,
budaq əlin necədi?
Hələ kökün ölməyib...
...ölən qolun necədi?
Bu sarmaşıq tanışdı...
Solun-sağın necədi?
Boş qaranquş yuvası
tənhalığın necədi?
Necədi yalqız olmaq
fəsillərin birində;
De, bu boyda meşədə,
ağacların içində?
...mən də bezib, usanıb,
gəldim evdən, necədi?
...yarpağından de, əvvəl
ölən gövdən necədi?
O yarpağın, bu gözün,
bu qolun, o budağın...
...hönkürələr üstünə
mənim təkin qonağın.
Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
tənha ağac necəsən?
Gizlənsəm bu payızdan...
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
...gizlənsəm bu payızdan,
bəlkə, məni bağışlar.
...küləklər erkən əsdi,
erkən yağdı yağışlar.
...payız payız deyilmiş,
xatirə, yır-yığışdı!
...ömür — bir əlçim bulud,
bir udumluq yağışdı.
Bu da son payızımız...
...xatirələr dağılsa,
görəcəksən, ömrümdə
üç almasız nağılsan.
Bu son payız...boylanıb
çopur bir baş daşından.
...üstümə hönkürərsən
dünyanın o başından.
Görən niyə ağlıma
payızda ilkin gələr;
...Behrudda "Quzeylər"də
tüstülənən xəzəllər?!
...kimdi məni çağıran?!
Vaxtımdı, durum, gedim.
...getməyə yerim də yox!
Nə dedim, yalan dedim.
Birdən düşdük payıza,
yenə o ansız gəldi.
...mənə oxşadı hər şey,
hər şey zamansız gəldi.
İçimdəki bir külək...
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Mən hardayam, görəsən...
Səsim özümə çatmır.
...dualarım Tanrıya,
gücüm sözümə çatmır.
...göz dağıdı pəncərəm,
qapı deyil qapım da!
Kimim var ki, itirim,
nəyim var ki, tapım da...
Çox yorğunam, İlahi!
Məndən bezib bu can da...
Dadı qaçıb, şirindi,
çəkdiyim acının da.
Daha məni ovutmur
din-iman və sairə.
Kim qapısın açar ki,
bir allahsız şairə?!
...yoxam, mən burda yoxam,
özüm deyiləm yəni.
İçimdəki bir külək
alıb aparıb məni.
Hər şeyi hüznə buraxdım...
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
...ayrılıq sarıb hər şeyi,
duman çökübdü hər yana.
İndi Allah da oxşayır
heç bir kəsi olmayana.
...payız gəldi, kölgəm öldü,
yenə açıldı bir yara.
...burda sözümə yağış yağır,
kənddə də boş bir məzara.
Hər şeyi hüznə buraxdım!
Bir balıq misalıyam qumda...
...bağda çiçəklərim öldü,
balıqlarım akvariumda.
Daha yağış, bulud kimiyəm...
...ağaca oxşaram bir az da.
Ağaclar yazda çiçəklər,
yazıq mənə, mən payızda!
Hər şeyi buraxıb gedəcəm,
qoşulub ölən çiçəklərə...
...dərddən öldüyüm bir ana,
bitib-tükəndiym bir yerə.
...payızdı, payız; taxtım var!
Bir qoca kötükdü taxtım...
...ölən yarpaqlara qoşulub,
hər şeyi hüznə buraxdım.
Məzarlıqda bitən yovşan
...ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan!
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.
...əlim qoynumda gəlmişəm,
əfv et, hönkürüb ağlasam!
Öz qəbrim üstə qoyacam,
sənnən bir dəstə bağlasam,
məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəsiz!
Sənnən axır göz yaşlarım...
...burda daşlar daş deyil ki —
bacılarım, qardaşlarım,
məzarlıqda bitən yovşan.
...bu son bahar da ölmədim,
ölmədim, yaz, yaz günaha!
Mən öz tabutundan tutub,
dönən bir ölüyəm daha,
məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
adamlar öldürdü; Sən, sən,
baş daşıma qoyulacaq
çiçəklərdən də gözəlsən,
məzarlıqda bitən yovşan.
...vədə tamamdı, dönəcəm,
gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq
ölən bir şairin üstünə,
məzarlıqda bitən yovşan.
...ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan!
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.
Bağdan məktub
...bağ evi...göy üzü...dəniz...küləklər!
...ürəyim sahildə bir qızıl balıq!
...bir dəli həsrəttək uzanır gecə,
bir dəli sevdatək gəlir tənhalıq.
Bir dəli sevdatək gəlir tənhalıq,
üstümə yeriyir dörd divar — sükut.
Bu zalım sükutun özü də, Allah,
tövbətək səslənir — "unut, gəl, unut!".
...yenə tənhalıqdı, qərib ruhumu
ona tapşırmışam mən dəli, sərsəm!
...sirrinə çevrilsəm bu tənhalığın,
mən bu tənhalığın qəminə dönsəm.
Qəminə çevrilsəm bu tənhalığın,
sonacan alışıb-yanan şam olsam...
Mən adam olmaqdan bezmişəm daha!
Dönüb ağac olsam, ya yovşan olsam...
...öndə baharınız, ümüd — yamyaşıl!
Eh, sizə nə var ki, çılpaq ağaclar...
...məni, tənhalıqda qalıb, bu dərdi
sizin tək çəkməyə qoymayacaqlar.
...ayrılıq qoxuyur əllərim, saçım!
...uzan, tənha gecəm, gecik, ey sabah!
Hər şeyin fövqündə durmuşam indi...
Elə allahlıqdı tənhalıq, Allah!
...bağ evi...göy üzü...dəniz...küləklər!
...ürəyim sahildə bir qızıl balıq!
...bir dəli həsrəttək uzanır gecə,
bir dəli sevdatək gəlir tənhalıq.
Bir məktub yaz son dəfə
Bir məktub yaz son dəfə,
son dəfə bir məktub yaz!
Yaz, ruhum mənim, məni
dəliyə çevirdi, yaz.
Bir məktub yaz son dəfə,
sözlərin gözü dolsun.
...yağış yağsın üstünə,
içində payız olsun.
Bir məktub yaz son dəfə,
baxım qalxan tüstünə.
Alım, açım, oxuyum
ayrılığın üstünə.
Bir məktub yaz, hər şeyi
yaz unuda-unuda!
Görüm nə cür dönmüsən
yağış, külək, buluda...
Bir məktub yaz son dəfə,
anlat bir eşqin yasın.
Lap öləndən sonra yaz,
gəlib mənə çatmasın.
Bir məktub yaz son dəfə,
sözlərin gözü dolsun.
...yağış yağsın üstünə,
içində payız olsun.
Duman olub qayıtmaq
(Qardaşım oğlu İsanın əziz xatirəsinə)
...gecə...sükut...yalnızlıq!
Hər yan uçrum, mən — duman...
Vaxtsız gələn xəbərdi
gecəyə çökən duman.
...gecə...hüzün, kədər-qəm!
Dəniz susub, ay batıb...
Kimdi görən bu vaxtı
duman olub, qayıdıb?!
Bu didərgin kimdi, kim!
Nə axtarır, ay aman!
...şəhərin küçələrin
dolaşıb duman-duman?!
Gecəyə çökən duman
görən, kimin ruhudu?
Kaş oyanam yuxudan,
görəm hər şey yuxudu.
...duman olub, qayıdıb,
kim bitirər bu yası?
Bir gün dönüb gələcək
gedənlərin hamısı.
...gecə...sükut...yalnızlıq!
Hər yan uçrum, mən — duman...
Vaxtsız gələn xəbərdi
gecəyə çökən duman.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar