Xəbər lenti
Aydan AYın "Darıxan yazı"sı
Aydan AY
Darıxan yazı
(Esse)
Əslində hər birimiz bir hekayəyik...
Mən... Bir hekayədən qopub düşmüşəm. Yazıçım məni tərk edib gedib. Yarımçıq qoyub, gedib. Bitirə bilərdi... Bitirsəydi, indi nə vaxtsa gələcək və bitirəcək deyə gözləməzdim də...
Bir də ki, ehh...Yarımçıq qalmaq da heç yaxşı deyil. Bir gün yazılacağına ümidin olsa belə...
Yuxularına ulduz ələnən yaşında gecənin birində sən durub birdənbirə yazılmaq həvəsinə düşəsən... Nə vaxtsa gördüyü yuxunu — yazını — səni oyanıb ulduzlardan xəbər ala yazıçın, “gördüm” deyən olmaya...və gözündən düşən yaşın yazıçının çiyinlərinə qona. Sənin göz yaşın onun mürəkkəbi ola, yaza səni, sənin gözündən düşən yaşlarla. O əziz, isti, təlatümlü yaşlarla...Yaza və bircə dəfə ürək edib oxumaya heç kimə... O yazıçının ürəyindən özgə oxuyan olmaya səni. Sən də biləsən səni yazan müəllifin ürəyindən savayı daha heç kimin yoxdu. O ürək ki, hərflərin kölgəsində təkcə səni gizlədir. Olur ki, yazmağa çəkinir.
Beləcə...sən böyüyürsən, nisgil olursan, həsrət olursan yazıçının ürəyində. Olursan öz yazıçının ürəyinə düşən dən. Lap elə də olur ki, yer də göy də bir olub yenə də ala bilmir səni yazıçının əlindən...
Əslində hər birimiz bir hekayəyik...
Məsələn, bir qəbirəm indi bir hekayənin içində. Dayanmışam içimdəki külək səsi haraylayır kimisə. Kimi?..Yazıçım bilir. Yəqin nə vaxtsa gələr. Yəqin nə vaxtsa yazar. Haqqı yoxdu yazmasın. İllah da ki bu külək belə möhkəm əsirsə...Hələ bir ərk edir deyir: —Ay yarımçıq hekayə, de görüm niyə belə tez bitməyə tələsirsən?..
Deyə də bilmirsən ki, səsin yazıçının ürəyində dolandıqca gedib səni gətirəcək hekayəyə. Yazdığı hekayədən üşüyüb gen düşəcək.
Səni yaramaz külək...Məni yarımçıq qoyan yazıçının nə günahı?..Sənsən günahkar, Sənsən!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar