Xəbər lenti
Nazilə Gültacın "Qəfil mesaj"ı
Nazilə Gültac, şair, yazar
(Hekayə)
Son günlər belindəki ağrılar rahatlığını əlindən almışdı. Daxili dünyasında hər şey bir- birinə qarışmışdı. Analizlər, təhlillər, həkimlərin müəmmalı cavabları onu lap karıxdırdığı vaxt yaddaşının küncündən boylanan o bir cüt gözəl göz, neçə gündür ki, onu izləyirdi. Son vaxtlar ondan ötrü yaman qəribsəmişdi. Nigarançılıq içində vurnuxduğu yerdə bir vaxtlar sevdiyi birinin xəyali baxışlarından ruhuna bir rahatlıq, təskinlik süzməyə başladı. İlk dəfə öz-özünə etiraf edirdi ki, gör mən necə bir qiymətli varlığı özümdən uzaq tutmuşam! Qəribə bir ab-hava içində çırpınarkən, qəfildən ondan bir mesaj gəldi: -“Yaxşısanmı?” Donub qaldı. Yazdı ki, son günlər xəyalın gözümün önündən çəkilmir. İki dəfə yuxuma girmisən. Deyirlər ki, kişi ağlamaz. Az qala ağlayacaqdı – içi paramparça oldu. Nilufərin həssas ürəyi hiss etmişdi sıxıntılarını, narahatçılığını. Hətta utandı. Utandı ona yaşatdığı acılara görə. Axı, o, Nilufəri dəlilər kimi sevmişdi. Həyatının çiçəyi idi qara gözlü, xoş təbəssümlü Nilufər! Bircə gün görməsə, özündə-sözündə olmur, az qala xəstə düşürdü. Bir gün ayıldı ki, qız da onu ehtirasla sevir. Odlu baxışları ürəyini yandırıb-yaxırdı. Getdikcə bu sevgi dərinləşir, hər ikisini qoynuna alırdı. Elə oldu ki, o, başqa bir ölkəyə iş dalınca gedəsi oldu. Aylarla orada qaldı və bir qadınla həyatındakı boşluğu doldurdu. Heç özü də bilmədi ki, onu dünyanın ən xoşbəxti edəcək sevgisinə necə arxa çevirdi. Bacarıqlı iş adamı oldu, qayğıkeş ata oldu, yaxşı ər oldu, pullar qazandı, ailəsinin bütün ehtiyaclarını uğurla qarşıladı. Nilufər isə həmişə qərib bənövşə kimi küskün baxışlarla xəyallarından boylandı. Ömrü səssizcə gəlib keçdi. Başqa qadınlarla da tanış oldu, əyləndi, görüşdü. Amma heç bir görüş isitmədi qəlbini. Budur, 20 il sonra, Nilufərin intizarı, həsrəti onu yenidən titrətdi. Bu illər ərzində necə yaşamışdı o ilahi, ülvi hisslərdən kənar?! Bu gün onun səssiz yazışması onu özünə qaytardı - 20 il qabaq itirdiyi mənini tapdı. Sən demə, bu sevgi onun qoruyucu mələyi imiş! Bir vaxtlar onu acizləşdirəcəyini düşündüyü məhəbbət indi bu xəstə halında dadına çatdı, ağrı-acısını unutdurdu. Cəsarət verdi varlığına. İndi onu nə xəstəliyi, nə də qarşıdakı ağır cərrahi əməliyyat qorxudurdu. Bircə söz pıçıldadı: “Qəlbimin yurddaşı, gizli yaddaşı qurban olum sənə!”
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar