Xəbər lenti
Çernobıldan əvvəl baş verən və SSRİ-nin 20 il məxfi saxladığı nüvə qəzası: Kiştim fəlakəti
1986-cı ildə Çernobıl atom elektrik stansiyasının 4 nömrəli reaktoru partlayanda, hər kəs dünya tarixində bundan böyük nüvə fəlakətinin olmadığını düşünürdü.
Lakin Çernobıldan əvvəl də birisi baş vermişdi: bu, Sovet ittifaqının 20 il sirr saxladığı Kiştim nüvə faciəsidir.
1957-ci ilin sentyabrında, Ural Dağlarındakı Kiştim bölgəsi yaxınlığında gizli saxlanılan Mayak nüvə yanacağı stansiyasında partlayış baş verdi və nəhəng radioaktiv bulud yüzlərlə kilometrəlik bölgəyə yayıldı.
Təxminən 250 min insana təsir edən partlayışdan sonra bəzi bölgələr təxliyyə edildi.
Nüvə stansiyasında işləyən onlarla işçi və ətrafdakı 200-dən artıq adam isə kəskin radiasiya sindromu səbəbindən həlak oldu.
Amma dünya illər boyu bu nüvə faciəsindən xəbərsiz qaldı.
Kiştimdəki kabus evlərdən biri
"Çernobılda gecə yarı" kitabının müəllifi, amerikalı jurnalist Adam Hagginbotham "Sovet İttifaqı o günə qədərki ən böyük nüvə fəlakəti olan Kiştimi Çernobıldan fərqli olaraq, məxfi saxlaya bilmişdi" deyə yazıb.
Harvard Universitetinin Ukrayna Araşdırmaları İnstitutunun direktoru, tarixçi Serhi Ploxi isə Kiştimin Çernobıldan daha kiçik qəza olmasına baxmayaraq, böyük nüvə çirkabına səbəb olduğunu söyləyir:
"İldırım çaxmasına bənzər səs eşitdik və nəhəng bulud gördük"
"Sputnik" peykini təzəcə havalandıran SSRİ Kiştim qəzasını gizli saxlamağa qərar vermişdi
1957-ci ilin 29 sentyabr tarixində Mayak atom stansiyasındakı mühəndislər həmişəki kimi işlərə nəzarət edirdilər. Sanki hansısa bir qeyri-adilik yox idi.
Kimya mühəndisi Anna Şarova qəzayla bağlı illər sonra nəşr olunan açıqlamasında partlayış günü baş verənlərlə bağlı belə deyib:
"Günorta 13:00 və 19:00 arasında növbəmiz vardı. Laboratoriyada işləyirdik və bazar günü olduğu üçün çox iş yoxuydu. Qəfildən səs eşitdik, şüşələr partladı, qapıların şüşələri qırıldı. Çölə baxanda nəhəng bulud gördük".
Yüksək gərginliklikli nüvə tullantısının olduğu tanklardan birindəki ifrat hərarət Annanın eşitdiyi partlayışa səbəb olmuşdu.
Amma atom stansiyasında işləyənlərin baş verənlərlə bağlı sual vermələrinə icazə verilmirdi. Heç kim bir başqasına heç bir söz deyə bilməzdi.
Heç bir məlumat divarların o tərəfinə keçmirdi.
Sovetlərin standart protokolu: Məxfilik
Tarixçi Serhi Ploxi o dövrdə susqun qalmağın "Sovet İttifaqının standart protokolu" olduğunu deyir.
Mayakın Sovet hərbi proqramının bir parçası olması məxfilik təzyiqini artırırdı.
Ploxi açıqlamasında belə deyir: "Atom bombalarının istehsalı ilə ordunun emal etdiyi və mülkilərin istifadəsi üçün nəzərdə tutulan reaktorların hazırlanması arasında yaxın bir əlaqə vardı".
Eyni zamanda ilk Sovet nüvə bombasının düzəldildiyi stansiya olan Mayakın inşası 1946-cı ildə böyük məxfilik içində başladılmışdı.
Mayakda işləyəcək işçilərin qalması üçün demək olar ki, şəhər inşa olunmuşdu. İlk adı Çelyabinsk - 40 olan şəhərə sonradan Ozerks adı verildi, amma bu şəhər SSRİ xəritələrində göstərilmədi.
1957-ci ildə reaktor partlayanda, heç kim nə Mayakdan, nə də Ozerksdan xəbərdar deyildi.
SSRİ bunu dəyişdirmək niyyətində də deyildi.
Çünki Oktyabr İnqilabının 40-cı ildönümü yaxınlaşırdı və tarixdəki ilk süni peyk "Sputnik"in havaya buraxılmsından günlər keçmişdi.
Baş verənləri məxfi saxlamaq ən yaxşısı idi.
Təkcə Sovetlər deyil, ABŞ da baş verənlərə göz yumurdu.
Ploxi bununla bağlı belə söyləyir: "Amerikanlar partlayışın izlərini və radiasiya çirkliliyinin bəzi əlamətlərini sezsələr də, heç nə demədilər, çünki özləri də həmin vaxt nəhəng nüvə layihələri hazırlayırdılar. Xəbərdarlıq zəngini çalmaq istəmədilər".
Bu məxfilik 20 il davam etdi, ta ki, bir rus dissidenti qəzayla bağlı danışana qədər.
Sükutu pozan elm adamı
1950-ci illərin sonunda apardığı araşdırmalarla Zhores Medvedev beynəlxalq birliyi Ural Dağlarındakı ciddi nüvə qəzasıyla bağlı məlumatlandıran ilk elm adamı oldu.
Biokimyaçı və tarixçi olan Medvedev 2016-cı ilin sentyabrında "BBC"nin "Witness" proqramında qəza ilə bağlı danışmışdı:
"Reaktorlardakı hərarətin ölçülməsini təmin edəcək təkmil bir sistem yox idi. O vaxt tanklardan birindəki nəzarət sistemi dayandığından hərarət müəyyən həddə çatanda, tank partlamışdı.
Partlayışdan nə qədər insan təsirlənib, nə qədər insan ölüb - bununla bağlı statistika heç vaxt açıqlanmayıb".
Moskvadakı bir laboratoriyada nüvəylə bağlı tədqiqat aparan Medvedev bölgədəki nüvə çirkini araşdıran məhdud sayda Sovet mütəxəssisindən biri olub. O həmçinin Kiştimdə nələrin baş verdiyini bilə tək-tük insanlardan biridir.
Xronologiya: Nüvə qəzaları
• Mayak Atom Stansiyası, SSRİ, 29 sentyabr 1957
• "Windscale" yanğını, İngiltərə, 7 oktyabr, 1957
• Aydaho Beynəlxalq Laboratoriyası (INL), 3 yanvar, 1961
• "Three Mile Island"Atom Stansiyası, ABŞ, 29 Mart 1979
• Çernobıl Atom Stansiyası, SSRİ, 26 aprel, 1986
• Tomsk-7 (bugünkü adı Seversk), Rusiya, 6 aprel 1993
• Tokayamura qəzası, Yaponiya, 30 sentyabr 1999
• Mihama Atom Stansiyası, Yaponiya, 9 Avqust 2004
• Fukusima Atom Stansiyası, Yaponiya, 11 Mart 2011
• Markul atom kompleksi, Fransa, 12 sentyabr 2011
Dissident elm adamı Medvedev sonrakı illərdə İngiltərə paytaxtı Londona mühacirət etdi və təxminən 20 il sonra, 1976-cı ildə Kiştim fəlakətindən bəhs edən bir məqalə yayımladı.
Ancaq o dövrdə İngiltərə Atom Enerjisi Təşkilatının başqanı Con Hill məqalədəki iddiaları rədd etdi. İngiltərə nüvə enerjisi ilə bağlı mənfi xəbərlərin yayılmasından məmnun deyildi.
Medvedev isə geri çəkilmədi və Kiştimdə baş verənlərlə bağlı daha konkret məlumatlar tapmaq üçün çalışdı. Onun insanlara, heyvanlara və bitkilərə olan təsirini göstərəcək daha çox sənəd yayımladı.
Elm adamı 1980-cı ildə nəşr etdirdiyi "Uraldakı nüvə qəzaları" kitabında bütün bu tapıntıları təqdim etmişdi.
Con Hill isə səhvini etiraf etmədi, ancaq Çernobıl qəzasından sonra nüvə sənayesi tənqidlərə daha açıq oldu.
Medvedev 2018-ci ilin noyabrındakı ölümünə qədər həmişə öz fikrində qalırdı: "Nüvə tullantısı problemi həll edilənə qədər, dünya nüvə enerjisi istehsalına hazır olmayacaq".
Hazırda Mayak Rusiyanın əsas nüvə stansiyalarından biridir.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar