Xəbər lenti
Ermənistan niyə Azərbaycanı müharibəyə təhrik edir?
Təmas xəttində vəziyyət getdikcə gərginləşir. Vyanada sülh prosesi ilə bağlı əldə olunmuş razılaşmalar gerçəkləşməyib. Bu yaxınlarda Ermənistan tərəfinin açdığı atəş nəticəsində daha bir azərbaycan hərbçisi həyatını itirib.
Gədəbəy rayonunun Xoxneqışlaq kəndinin 2000-ci il təvəllüdlü sakini Elşən Xəlilov erməni tərəfinin cəbhə xəttinin Tərtər istiqamətində açdığı atəş nəticəsində şəhid olub. Bundan bir neçə gün əvvəl isə düşmən snayperinin Ağdam istiqamətində açdığı atəşdən mayor Aqil Omarov şəhid olub.
Azərbaycanlı mayorun qətlindən sonra erməni tərəfi iyunun 1-də Azərbaycan mövqelərindən Xocavənd istiqamətində açılan atəş nəticəsində Sipan Melkonyan adlı əsgərin həlak olduğu barədə məlumat yaydı. Ermənistanın Müdafiə Nazirliyi bu hadisəyə görə qisas alacağını bəyan etmişdi.
Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli istiqamətində planlı uçuş təlimlərinin həyata keçirildiyi barədə məlumat yaydı.
“Ermənistan Silahlı Qüvvələri OSA zenit-raket komplekslərində istifadə edərək bizim aviasiya vasitələrimizi vurmağa cəhd edib. Zenit-raket kompleksindən buraxılmış iki raket hədəfdən yan keçərək, havada partlayıb”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Öz növbəsində Ermənistanın Müdafiə naziri David Tonoyan erməni jurnalistlərə verdiyi açıqlamada bu yaxınlarda Azərbaycan və Türkiyə qoşunlarının Naxçıvanda keçirdiyi birgə hərbi təlimləri şərh edib. D.Tonoyan xüsusilə PUA-ların uçuşlarının intensivləşməsi və xüsusi təyinatlı qüvvələrin sərhəd yaxınlığına cəmləşməsi barədə sualları cavablandırıb.
“Bizimkilər də bütün cəbhə xətti boyunca uçur. Bugünkü və dünənki hesabatlara əsasən, təmas xəttində nisbi sabitlik hökm sürür”, – deyə David Tonoyan bildirib.
Azərbaycan tərəfinin cəbhə xəttinə xüsusi təyinatlı qüvvələri toplaması ilə bağlı suala gəlincə, Ermənistan Müdafiə naziri erməni tərəfinin də eynilə, xüsusi təyinatlı birləşmələri irəli çəkdiyini dilə gətirib.
Ermənistan hökumətində baş alıb gedən ixtilaflar göz önündədir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburq iqtisadi forumunda azərbaycanlı jurnalistin verdiyi sualı cavablandıran zaman Ermənistan tərəfinin təmas xəttində təxribatlar törətməsi, azərbaycanlı hərbçinin qətli və Düşənbədə əldə olunmuş razılaşmaları pozması ilə bağlı faktları təkzib etməyə çalışıb.
Paşinyan bildirib ki, azərbaycanlı hərbçinin qətli faktı üzrə araşdırma aparılıb. Xüsusilə Ermənistan Baş nazirinin sözlərinə görə, həmin gün növbədə olmuş əsgərlərin silahları yoxlanılıb, videoyazılara baxılıb və “erməni əsgərlərin atəş açmadığı müəyyən edilib”.
Guya toplanan sübutlar Azərbaycan tərəfinə ötürülüb.
Ermənistan Baş naziri və Ermənistan Müdafiə nazirinin bəyanatları ziddiyyətlidir. Halbuki Müdafiə Nazirliyi, əslində, hökumət başçısına tabe olmalı, bəyanatları və addımları mərkəzi hökumətlə əlaqələndirməlidir.
Başqa bir vacib məqam. “Politik” nəşrinin yazdığına görə, Nikol Paşinyan hökuməti Dağlıq Qarabağ separatçılarının maliyyə yardımının göstərilməsi ilə bağlı vəsatətini rədd edib.
Məlumata əsasən, yardımın göstərilməsinə şərt kimi qondarma “Dağlıq Qarabağ Respublikasının” Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın istefası göstərilib. Bu ziddiyətlər Ermənistanın daxilində klanlar arasında olan cəkişmələr fonunda yer alıb və sabiq Prezident Robert Koçaryanın azadlığa buraxılmasından sonra daha da kəskinləşib.
Ermənistanda mövcud olan ölkədaxili hərc-mərclik Qarabağ münaqişəsinin həllini bir anlıq da olsun, yaxınlaşdırmır. Bu, aydın məsələ kimi görünür.
Əslində, kimin istilaçı olduğunu Azərbaycan uzun illər boyu beynəlxalq aləmə sübüt etmək istəyib, lakin hazırda heç bir sirr qalmadığından bunu sübut etməyə də ehtiyac yoxdur – hətta Ermənistan özü də bunu təkzib etmir.
Ermənistan “sərt güc” mövqeyindən çıxış edir, ancaq öz gücünə yox, Rusiyanın gücünə arxalanır. Nikol Paşinyan dəfələrlə bəyan edib ki, “Azərbaycanın müharibəni başlamaması üçün Rusiya bütün təzyiq imkanlarına malikdir”. Məgər bu, açıq mesaj deyil?
N.Paşinyanın sözlərində cüzi həqiqət var, amma “cüzi” – qalanını unutmaq olar.
Rusiya Azərbaycan üçün müəyyən dayandırıcı faktor olsa da, bu, həlledici məqam deyil. Müəyyən beynəlxalq şərait mövcud olduqda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Lakin əvvəlcə bunun üçün əlverişli məqam yetişməlidir. (oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar