Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər:"Dünya okeanının yarısı kosmos mənşəlidir"

Tarix: 03-05-2019 21:12     Baxış: 3301 A- / A+
Alimlər:"Dünya okeanının yarısı kosmos mənşəlidir"

Su planetimizin təxminən dörddəüçünü təşkil edir, lakin alimlər indiyədək onun mənşəyini və nədən bu qədər çox olduğunu dəqiq söyləyə bilmirlər.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, irəli sürülən ehtimallardan biri Yerin formalaşdığı və çox gənc planet olduğu mərhələdə su ilə zəngin olan mineralların okeanları əmələ gətirməsidir. Digər fərziyyə isə ondan ibarətdir ki, okeanın müəyyən hissəsində suyun mənşəyi planetimizə gəlmiş kometalar və asteroidlərdir. Arizona Universitetinin kimyaçı alimlərinin tədqiqatları ikinci ehtimalın doğru olduğunu təsdiq edir. Onlar İtokava daş asteroidinin süxurlarında çoxlu su aşkar ediblər. Bu göy cismi son zamanlaradək tamamilə “quru” hesab olunurdu.

Alimlərin hesablamalarına görə, planetimizin mövcud olduğu milyardlara il ərzində İtokava kimi asteroidlər Yer kürəsinə Dünya okeanının su ehtiyatlarının yarısını gətirə bilərdi. Beləliklə, dəqiq desək, planetimizdə 700 milyard meqaton, yaxud 1,4 sekstillion (sekstillionun yazılışında 1 rəqəmindən sonra 21 sıfır var) su mövcuddur. “Yer kürəsi kosmosun mavi nöqtəsində yerləşir və burada çoxlu su ehtiyatları və üzvi birləşmələr var. Məhz onların sayəsində həyat mövcuddur. Başqa bu cür planet elmə məlum deyil. Bizim əsas vəzifəmiz bunun necə baş verdiyini aydınlaşdırmaqdır”, -deyə Arizona Universitetinin professoru Metraye Boz vurğulayıb.

Hələ ki, İtokava tərkibinin öyrənildiyi ilk və yeganə asteroiddir. Lakin asteroidlər, kometalar və digər göy cisimlərinin Dünya okeanının yaranmasında böyük töhfələrinin olmasını iddia etmək üçün bu tədqiqat kifayət edir. Tədqiqatın iştirakçılarından biri Tszin Tszilyan deyir: “Biz tədqiq etdiyimiz nümunələrdə Günəş sistemi hüdudlarında olan göy cisimlərindən də çox su olduğunu müəyyən etdik”.

2005-ci ildə “Hayabusa-1” yapon kosmik zondu Günəş sistemimizin yarandığı vaxt meydana gəldiyi ehtimal olunan İtokava asteroidinin orbitində üç həftə qalıb. Sonra aparat onun səthinə enib və süxurların nümunəsini götürərək 2010-cu ildə Yerə çatdırıb. Tədqiqatlar zamanı məlum olub ki, asteroidin süxurlarının tərkibində minerallar, çoxlu silisium var. Alimlər hesab edirlər ki, İtokava başqa göy cismi ilə toqquşma nəticəsində parçalanaraq daha böyük obyektdən ayrılıb. İndi kosmosda olan ikinci yapon zondu digər asteroidin – Ryuqanın səthinə enib. Oradan götürüləcək süxurlar da Yerə çatdırılacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar