Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ən intellektual insanlar bu rəngi sevir

Tarix: 29-11-2026 13:42     Baxış: 333 A- / A+
Ən intellektual insanlar bu rəngi sevirYüksək intellekt səviyyəsinə malik insanlar daha çox mavi rəngə üstünlük verirlər. Psixologiyada bu rəng sakitlik, təmkin və etibarlılıqla əlaqələndirilir.
Manevr.az xəbər verir ki, Misirin Heluan Universitetinin tədqiqatçıları İhab Mahmud Hənəfi və Reham Sanad bu nəticəyə gəliblər.
"ScienceDirect"də dərc olunan araşdırma çərçivəsində qrafik dizayn və informatika ixtisaslarında təhsil alan 80 tələbə arasında sorğu keçirilib. Onlardan geyim və interyer üçün üstünlük verdikləri rəngləri seçmək istənilib.
Nəticələrə görə, iştirakçıların 15%-i geyimdə mavi rəngə üstünlük verib. Bu rəng analitik düşüncə qabiliyyəti ilə seçilən respondentlər arasında ən populyar olub.
Tədqiqatçılar rənglərin müxtəlif simvolik mənalar daşıdığını qeyd edirlər:
Mavi – sakitlik və etibarlılıq;
Qırmızı – ehtiras, cəsarət və impulsivlik;
Ağ – nizam-intizam və səliqə;
Narıncı – uğur və bolluq;
Yaşıl – təbiət, həyat və təhlükəsizlik.
Bununla belə, mütəxəssislər mavi rəngə üstünlük verməklə yüksək IQ arasında birbaşa əlaqənin hələ elmi şəkildə sübut edilmədiyini vurğulayırlar. Bu nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar