Xəbər lenti
Koçaryanla Sarkisyan Bakıya təhvil verilə bilər? - Yeni konstitusiyada mühüm detal
"Yeni konstitusiya layihəsi Ermənistan vətəndaşlarının Azərbaycana ekstradisiyasına imkan yaradır”.Bu iddia ilə erməni vəkil Ovannes Xudoyan çıxış edib.
Onun sözlərinə görə, layihədə vətəndaşlıqdan məhrum etmə ilə bağlı yeniliklər var: "Bu yeni müddəa hakimiyyətə vətəndaşlıqdan məhrum edilməni təzyiq vasitəsinə çevirmək imkanı yaradacaq. İnsanlar mövqelərinə görə həbs edilməkdən çəkinmirlər, buna görə hakimiyyət yeni təzyiq vasitəsi tapıb. Eyni zamanda bu, Ermənistan vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasına qoyulan qadağanı aradan qaldırır".
Xudoyanın iddiasına görə, Azərbaycanın Qarabağda döyüşmüş və müxtəlif qanunsuzluqlar törətmiş şəxsləri tələb etmək istəyi bu müddəa ilə təmin edilə bilər:
"Qarabağda döyüşmüş, yaxud orada Bakının əleyhinə fəaliyyət göstərmiş istənilən şəxs vətəndaşlıqdan məhrum edildikdə Azərbaycana esktradisiya oluna bilər. İlk baxışda bu, mümkünsüz görünür, lakin praktikada reallaşdırılması ehtimalı var".
Erməni vəkilin iddiası mübahisəlidir. Lakin bu iddia Xocalı qatillərini – Robert Koçaryan, Serj Sarkisyan və digərlərinin Azərbaycana ekstradisiya edilməsi ehtimallarına diqqət çəkir. İddia edildiyi kimi, yeni konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə esktradisiyaya da yol açarsa, gələcəkdə Qarabağda cinayətlər törətmiş şəxslərin birbaşa ədalət qarşısına çıxarılması da mümkün ola bilər. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































