Xəbər lenti
İnsanlar bunun sayəsində ölümsüz olacaq - Futuroloq

Gələcəkdə insanlar orqanizm toxumalarının bərpası texnologiyaları sayəsində əbədi yaşaya biləcəklər. Hər on ildən bir zədələnmiş hüceyrələri yeniləri ilə əvəz edən bir növ "hüceyrə təmiri" aparmaq mümkün olacaq.
Manevr.az xəbər verir ki, bunu rusiyalı futuroloq Valeriya Prayd deyib.
Onun fikrincə, biotexnologiyanın inkişafı nəinki qocalmanı yavaşladacaq, həm də orqanizmi müntəzəm olaraq yeniləyəcək və insan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq.
"İnsan toxumalarını yeniləmək üçün texnologiyalar ortaya çıxacaq. Hər 10 ildən bir "hüceyrə təmiri" aparmaq və zədələnmiş hüceyrələri əvəz etmək mümkün olacaq", - deyə Prayd bildirib.
Futuroloq hesab edir ki, ömrün uzanması Yer kürəsinin əhalisinin kəskin artmasına səbəb olacaq.
Lakin o, bunun qida çatışmazlığına səbəb olmayacağını proqnozlaşdırır:
“Yeni texnologiyalar demək olar ki, istənilən şəraitdə qida yetişdirməyi mümkün edəcək”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























