Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
BÜTÜN XƏBƏRLƏR

Sibirdə 2800 illik məzardan təxminən 1000 toxum tapıldı

Tarix: 09-11-2026 09:38     Baxış: 328 A- / A+
Sibirdə 2800 illik məzardan  təxminən 1000 toxum tapıldıArxeoloqlar Sibirdə 2800 il əvvələ aid qədim məzarda təxminən 1000 çətənə toxumu aşkar ediblər. Tapıntı skiflərin qədim dəfn mərasimləri və bitkilərdən istifadə ənənələri ilə bağlı yeni məlumatlar ortaya qoyub.
Manevr.az xəbər verir ki, bu barədə “ScienceDaily” Bern Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatın nəticələrinə istinadən məlumat yayıb.
Araşdırma Rusiyanın cənubi Sibir bölgəsində yerləşən Tuva Respublikasındakı qədim məzarlıqda aparılıb. Burada skif mədəniyyətinə aid yüksək statuslu şəxslərin dəfn olunduğu müəyyənləşdirilib.
Alimlər toxumlarla yanaşı, insan saçında qorunub qalmış kimyəvi izləri də təhlil ediblər. Əldə edilən nəticələr həmin dövrdə çətənə bitkisinin yalnız lif və yağ istehsalı üçün deyil, psixoaktiv xüsusiyyətlərinə görə də istifadə edilmiş ola biləcəyini göstərir.
Tədqiqatçılar tapıntını belə istifadəyə dair birbaşa tarixləndirilmiş ən qədim arxeoloji dəlillərdən biri hesab edirlər. Bu, qədim Avrasiya çöllərində dini və dəfn mərasimlərinin daha yaxşı öyrənilməsi baxımından əhəmiyyətlidir.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar