Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb

Tarix: 09-11-2026 08:38     Baxış: 330 A- / A+
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Almaniyanın Saksoniya federal ərazisindəki Bad-Düben şəhərində təxminən 800 illik tarixi Şnaditz qəsri simvolik olaraq 1 avroya satışa çıxarılıb.

Yerli hakimiyyət orqanları memarlıq abidəsini bərpası üçün sərmayədar tapmağa ümid edir.

Su ilə əhatə olunmuş qəsr təxminən 1 012 kvadrat metr sahəni əhatə edir. Binada cəngavər zalı və iki qüllə var.

"Qalanın xilas edilməsini istərdim. Bu bina həm region, həm də Saksoniya üçün vacibdir. Kənardan baxanda artıq yaxşı görünmür. Çox iş görülməlidir. Amma damdan su sızmır", - şəhər meri Mattias Mit deyib.

Əmlakın simvolik qiymətinə baxmayaraq, gələcək sahibi onun yenidən qurulmasına xeyli vəsait yatırmalı olacaq. İlkin hesablamalara görə, qalanın bərpası təxminən 20 milyon avroya başa gələ bilər.

Əvvəllər tarixi tikilini bərpa etmək və onu turistik məkana çevirmək üçün cəhdlər edilib, lakin bu planlar uğursuz olub.

Yerli hakimiyyət orqanları ümid edir ki, yeni sahib qalanı qoruyub saxlaya və ondan praktik istifadə edə biləcək. azxeber.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar