Xəbər lenti
Stalinə irad tutan, Beriyanın təklifini rədd edən general – qələbədə haqqı olan sərkərdəyə marşal rütbəsi haqq edilməyib
Stalinqradda keçiriləcək hərbi əməliyyatlar Dövlət Müdafiə Komitəsində müzakirə ediləndə Stalin yüksək vəzifəli hərbçiləri qane etməyən bir təkliflə çıxış edib. Ali Baş Komandan Stalinqrad uğrunda gedən döyüşlərə bir neçə hərbi dairənin tabeliyində olan qoşunların da bu əməliyyata cəlb edilməsini təklif edib. Bu təklifi marşal və generallar susqunluqla qarşılayıblar.
Yalnız Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi, general Aleksey Antonov Stalinin təklifinə “irad”lı cavab verməyə özündə cürət tapıb:
-Yoldaş Stalin, icazə verin fikir bildirim.
Stalin başını tərpətməklə razılıq verib.
-Yoldaş Stalin, diqqətinizə çatdırım ki, hazırda SSRİ-nin ərazilərində Almaniya kəşfiyyatı yetərincə məhsuldar işləyir. Biz digər hərbi dairələrdən, cəbhələrdən qoşunları Stalinqrada cəlb etsək həmin ərazilərdəki hərbi güc boşluqlarımız haqqında qarşı tərəf dərhal xəbər tutacaq. Çox yəqin ki, Vermaxt fürsətdən istifadə edib həmin ərazilərdə hərbi əməliyyatlar keçirəcək. Buna görə də sizin təklifinizi yanlış hesab edirəm. Biz Stalinqrad cəbhəsində olan qüvvələrimizlə də üstünlüyü ələ ala bilərik.
Adətən Stalin xüsusilə də müharibə illərində yüksək vəzifəli hərbçilərin iradlarını həzm edə bilməyib. Ali Baş Komandanla razılaşmayan marşal və generallara bu cür “irad”lar baha başa gəlib. Amma bu dəfə Stalin Antonovla razılaşmaq məcburiyyətində qalıb:
-Haqlısız, yoldaş Antonov. Mən sizinlə razılaşıram.
Qeyd edək ki, Aleksey Antonov 1942-1945-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi vəzifəsində xidmət edib. Bu üç il ərzində o, Stalinlə 238 dəfə üzbəüz görüşüb. Ali Baş Komandan müharibənin gedişi ilə bağlı bir çox məsələlərdə onunla həm hesablaşıb, həm də razılaşıb.
Stalinin böyük etimad və inamını qazanan Antonov tutduğu yüksək hərbi vəzifələrə baxmayaraq heç vaxt kabinet generalı kimi tanınmayıb. O, müharibənin ən ağır illərini cəbhələrdə, səngərlərdə keçirib, Baş Qərargahda hazırlanan hərbi əməliyyat planlarına kabinetindən deyil, birbaşa yerlərdə nəzarət edib. Məhz Əməliyyat İdarəsinə rəhbərlik etdiyi dövrdə general şəxsən özü Stalinqrad, Kursk döyüşlərində iştirak edib, ən ağır döyüş bölgələrində hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürüb.
1945-ci ildə böyük üçlüyün görüşəcəyi Yalta konfransına hazırlıq görüləndə Antonov Stalinin təşəbbüsü ilə konfransın ilk hərbi məruzəçisi olub.
1945-ci ilin fevralın 4-də Stalin Antonova daha böyük etimad göstərərək onu Baş Qərargaha rəis təyin edib. 1945-ci ilin aprelin 1-də məhz Antonovun hazırladığı “Berlin əməliyyatı” ali rəhbərlik tərəfindən təsdiq olunaraq uğurla icra olunub.
General Stalinin ən çox güvəndiyi simalardan biri olsa da onu da mövcud dövrdəki siyasi intriqalara çəkiblər. Lavrenti Beriya bir neçə dəfə Antonova ona “işləməyi” təklif edib. Generalın bu təklifə reaksiyası sərt olub:
-Lavrenti Pavloviç, mən hərbçiyəm, vəzifə statusuma görə birbaşa Ali Baş Komandana, yoldaş Stalinə tabeyəm. Məni çirkin oyunlara qatmaq cəhdiniz mənasızdır.
Antonovun “hər şeyə qadir narkom”a bu cür sərt reaksiyası fəsadsız ötüşməyib. Belə ki, Antonov marşal vəzifəsində (Baş Qərargah rəisi) xidmət etsə də ona bu rütbə verilməyib və o, layiq olduğu Sovet İttifaqı qəhrəmanı adını da almayıb. Bu əngəlliklərdə Beriyanın əli olub.
Amma Antonova SSRİ-də ən yüksək ali hərbi mükafat sayılan “Qələbə” ordeninin verilməsinə heç kim mane ola bilməyib. Qeyd edək ki, “Qələbə” ordeni II Dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub (Brejnevin təltifi ölümündən sonra ləğv edilib). Aleksey Antonovdan başqa bu ordenlə təltif olunanların hamısı dövlət başçıları və marşallar olub. Antonov yeganə general olub ki, bu ali mükafatla təltif edilib.
Antonovun sonralar da marşal rütbəsi və Sovet İttifaqı qəhrəmanı adı alması müşkülə çevrilib. Nikita Xruşşovun hakimiyyəti dövründə müharibədə böyük xidməti olanlara rütbə və mükafatlar veriləndə siyahılarda Antonovun da adı salınıb. Xruşşov Antonovu “Stalinin ən yaxın adamı” kimi qəbul edərək onun adını siyahılardan çıxarıb.
Antonov müharibədən sonrakı dövrdə xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirib. O, 1954-cü ildə yenidən Moskvaya qayıdaraq Baş Qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb. Bir ildən sonra isə Antonov Varşava Müqaviləsi Təşkilatının Birləşmiş Silahlı Qüvvələrinin Moskvada fəaliyyət göstərən Baş Qərargahına rəhbərlik edib və ömrünün son günlərinə qədər bu vəzifəni daşıyıb.
Ordu generalı Aleksey Antonov 1962-ci ildə, 65 yaşında vəfat edib.(musavat.com)

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar