Xəbər lenti
Ruslar Gürcüstana ədavəti qaytarır – “The Guardian”
Ukraynada müharibənin gur alovlandığı 2022-ci ildən Rusiyanı xeyli vətəndaş tərk edib. Böyük Britaniyanın “The Guardian” qəzeti yazır ki, buna əsas səbəb Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum əmri verəndən sonra ölkədə repressiyanı daha da gücləndirməsi və əli silah tuta bilən kişiləri yığıb döyüşə göndərməsidir.
Qəzet repressiyadan və səfərbərlikdən yayınmaq üçün vətənini tərk etmiş yüz minlərlə rusiyalının xarici ölkələrdə əməlli-başlı yeni icmalar formalaşdırdığını bildirir: “Ən iri icmalardan biri Gürcüstanda meydana gəlib. Digər Cənubi Qafqaz ölkələrində olduğu kimi Gürcüstanda da Rusiya vətəndaşlarından viza tələb edilmir”.
“The Guardian”ın müxbiri Şon Uoker Ukrayna müharibəsindən sonra Gürcüstanda məskunlaşmış bir neçə rusiyalı ilə söhbətləşib. Novator.az-ın məlumatına görə, Şon Uokerin paytaxt Tbilisidən hazırladığı reportaj “The Guardian” qəzetində “Xəbərləri yoxdur ki, burada onlara necə münasibət bəsləyirlər. Rusların Gürcüstanda sayının artması köhnə ədavəti oyadır” başlığı altında təqdim olunub.
Reportajda deyilir ki, həftə sonları axşam düşəndə Tbilisinin mərkəzi prospekti (Şota Rustaveli prospekti) rusca danışanlarla dolu olur: “Burada şam yeməyindən qayıdan, Rusiyanın Rostov şəhərindən olan cütlüyə də rast gələ bilərsən, moskvalı tanışları ilə gecə vaxtı içki içməyə yollanan peterburqlu dəstəyə də”.
Rusiyanın Sankt-Peterburq şəhərindən olan Darya adlı 32 yaşlı dizaynerlə jurnalist Şon Uoker Tbilisinin rusdilli kitabxanası qarşısında rastlaşıb. Darya jurnalistə deyib ki, Tbilisidə özünə vətənindəki kimi bir həyat qurub. Vurğulayıb ki, Gürcüstanın havası və yeməkləri Rusiyadakından yaxşıdır. Yəni faktiki Darya özünə Gürcüstanda daha yaxşı bir həyat qurduğunu söyləyib.
Gürcüstanın yalnız SSRİ-nin süqutu ərəfəsində, 1991-ci ilin aprelində rus imperiyasından qopub dövlət müstəqilliyini bərpa edə bildiyini, 2008-ci ildə isə Rusiyanın Gürcüstan ərazisinin 20 faizini işğal altına aldığını yada salan jurnalist Şon Uoker qeyd edir ki, yaşlı gürcülərin bir çoxu rus dilində sərbəst danışır və bəzisi sovet dövrünə nostalji ilə yanaşır: “Ancaq gənc nəsil tam fərqli düşüncədədir. 2022-ci ilin yazında ruslar Gürcüstana axışmağa başlayanda Tbilisinin mərkəzindəki “Dedaena” barında belə bir hadisə olub: barın sahibləri rus müştərilərdən onlarla rusca yox, ingiliscə danışmağı tələb edib, qonaqlar isə bunu narazılıqla qarşılayıb, üstəlik, mübahisə zamanı Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandırmağa çalışıblar.
“Dedaena”nın sahiblərindən olan Data Lapauri həmin hadisəni belə xatırlayır: “Biz onlara dedik ki, səsinizi kəsin. Qayıtdılar ki, gəlib burada pul xərcləyirik, daha nə istəyirsiz, dərdiniz nədir? Onlar həqiqətən harada olduqlarını, kimlə danışdıqlarını bilmirlər, bizə rusca müraciət etmələrindən niyə qıcıqlandığımızı başa düşmürlər”.
“Dedaena”dakı mübahisə rusiyalıların bu bara girişi üzrə yeni qaydanın tətbiqi ilə nəticələnib. Bar sahiblərinin qoyduğu qayda belədir: rusiyalı qonaq “Dedaena”ya gəlmək istəyəndə əvvəlcə onlayn qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçə bilmək üçün isə prezident Putini və Rusiyanın xarici ölkələrdə apardığı işğalçılıq siyasətini pisləyən xüsusi müraciət formasını təsdiqləməlidir. Müraciəti təsdiqləməyən qeydiyyata alınmır, qeydiyyatı olmayan bara buraxılmır. “Dedaena”nın girişində pasport yoxlanışı aparıldığından kimin qeydiyyatı olub-olmadığı, yəni Putini və Rusiyanın ekspansionist siyasətini pisləyən müraciətə qoşulub-qoşulmadığı dərhal bilinir.
Data Lapaurinin nəzərində ən yaxşısı odur ki, ümumiyyətlə Ukraynaya təcavüz bitməyincə heç bir rus Gürcüstana buraxılmasın: “Biz onların ölkəmizdə kef çəkməsini özümüzə təhqir bilirik. Hər dəfə rusların öz dillərində necə ucadan danışdığını eşidəndə az qalırıq tutub onları çaya ataq. Əməldə bunu etməsək də, ürəyimizdə edirik”.
Reportajda bildirilir ki, bütün bunlar əcnəbi qorxusu-nifrəti, ksenofobiya kimi görünə bilər: “Amma Gürcüstanda çoxları hesab edir ki, rusların tarixən onlara necə münasibət bəslədiyini yaddan çıxarmaq olmaz və gürcülər rusiyalı gəlmələrə xoş üz göstərməyə borclu deyillər”.
Qeyd olunur ki, rusların gəlişi iqtisadi baxımdan gürcülərin bəzisi üçün düşərli olub: “Amma Tbilisidə kirayə qiymətlərinin artması gürcülərin çoxuna ziyan vurub. Ev sahibləri aylıq kirayə haqqını iki dəfə artırıblar. Artımı ödəməkdən imtina edən, yaxud ödəmək imkanı olmayan kirayənişinlərin dərhal evdən çıxarılması Tbilisidə adi hala çevrilib.
Qiymətlərin sürətlə qalxmasının köhnə ədavəti necə oyatdığını Gürcüstanın hər yerində duymaq olur. Paytaxt boyu binalar Ukrayna bayrağı ilə, Putin əleyhinə şüarlarla, divarların üstü “Ruslar, evinizə qayıdın!” kimi yazılarla doludur.
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun apardığı sorğu göstərib ki, gürcülərin yalnız 4%-i rusların yeni axınından narazı deyil. Sorğu zamanı respondentlərin 25%-i Ukrayna müharibəsi ilə əlaqədar Gürcüstana axışan ruslara yalnız onların maddi cəhətdən verdiyi xeyrə görə dözdüyünü söyləyib. Sorğuya qatılanların 66%-i isə bildirib ki, ruslar Gürcüstanı tərk etməli, ya da onların ölkəyə girişinə yasaq qoyulmalıdır. Amma Gürcüstan hökuməti indiyədək Rusiya vətəndaşlarına qarşı viza rejimi və ya digər məhdudiyyət tətbiq etməkdən boyun qaçırır”.
Reportajda vurğulanır ki, gürcülərin bəzisi müstəqilliyin bərpasından otuz ildən çox vaxt ötdüyü bir dövrdə ölkənin ruslaşa biləcəyindən ehtiyatlanır. “Silahlanıb-silahlanmamasından, öz pullarını Gürcüstana gətirib-gətirməməsindən asılı olmayaraq bizim gözümüzdə rusların hamısı əsgərdir, onlar burada eləcə öz mövcudluqları ilə bizim Rusiyadan asılılığımızı gücləndirirlər. Biz Rusiyanın caynağından qurtulmaqdan ötrü çox zülm çəkmişik. İndi isə onlar yenidən gəlib böyrümüzü kəsdiriblər” – Data Lapauri belə deyir.
“Yox, bu adamlar müharibədən canını götürüb qaçanlardır. İnsanların qətldən yayınmasına şərait yaratmaq mənəvi borcumuzdur. Biz beləliklə onları Ukraynanın üstünə döyüşməyə getməkdən də uzaqlaşdırmış oluruq”. Qəzet qeyd edir ki, bu fərqli fikrin yiyəsi 2013-2018-ci illərdə Gürcüstanın prezidenti olmuş Georgi Marqvelaşvilidir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar