Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə yaşayan əhalinin sayı açıqlandı

Tarix: 11-09-2026 12:28     Baxış: 328 A- / A+


Xankəndi şəhərində artıq 28 min insan yaşayır.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpus nümayəndələrinə müraciətində deyib.
Elçin Yusubov bildirib ki, Xankəndidən məcburi köçkün olmuş əhalinin şəhərə qayıdışı davam edir:
“Hazırda Xankəndidə 3 000-dən çox tələbə məskunlaşıb və təhsil alır. Bu göstərici şəhərin ümumi əhalisinin 10 faizindən çoxunu təşkil edir”.
Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar inşa olunur, müasir tələblərə cavab verən yollar salınır:
“Şəhərin ümumi görünüşünə və müasir şəhərsalma standartlarına uyğun gəlməyən tikililərin sökülməsi prosesi sürətləndirilib”.
Elçin Yusubov əlavə edib ki, müasir tələblərə cavab verən yeni tikililərin inşası ilə bağlı layihələndirmə işlərinə də başlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar