Xəbər lenti
A
Namiq Dəlidağlı şair, jurnalist və publisist
Namiq Dəlidağlı uzun illərdir mətbuat sahəsində çalışır, müxtəlif qəzet və jurnallarda maraqlı, ictimai əhəmiyyət daşıyan yazıları ilə oxucuların rəğbətini qazanıb. Onun qələmə aldığı məqalələr, reportajlar və müsahibələr cəmiyyətin aktual problemlərinə toxunmaqla yanaşı, jurnalistikada obyektivlik və peşəkarlıq nümunəsi kimi dəyərləndirilir. Fəaliyyətindəki bu cəhət istər-ictəməz həyata baxışı, dünyagörüşu ilə baglıdır. Onun cörək cıxarmaq ucun yanaşdığı yol bütün həyatına, o cumlədən şəxsiyyətinə təsir etmiş və formalaşdırmışdır. Məhz bu daşıyıcılara görə ona jurnalist kimi müraciət olunur, bu baxışı şairlik və publisistikasında da məlumatlandırma texnikası ilə cıxış etməsinə rəvac verir.
Namiq Dəlidağlı 1994-cu ildən başlayaraq müxtəlif qəzet və saytlarda müxbirlikdən baş redaktorluğa qədər yol keçib.
Onun sair olaraq yaradıcılığı da cox sahəli və cox qatlıdır. Belə ki, şairin yaradıcılığında yurd-yuva həsrəti, sevgi movzusu zamanla təkrarlansa da, şeirləri həmişə təzə ruhda yazılır. Püxtələşdikcə ayrılıq mövzusu həsrətə, həsrət isə sonsuzluğa qədər ruhani gercəkliyə cevrilir. Bu aşiqin şüur altındakı əbədi sevgi anlayışının təzahürüdür. "Sizə elçi gəldi, bizə ayrılıq" adlı poetik nümunəsi də son dərəcə zəngin və çoxqatlı bir mətn nümunəsidir. Şeirin əsas semantik oxu sevgidə məğlubiyyət, sevilənin başqasına nəsib olması və könül savaşında təslimiyyət üzərində qurulması pozisiyasıdır.
“Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.”
Burada sevilənin xoşbəxtliyinə qarşı tərəfin rəsmi ayrılıq anı aydın verilir. Bir tərəfdə sevilənin xəbərsiz sevinc, başqa bir tərəfdə isə sevənin qırılma anıdır. Bu “biz – siz” oppozisiyası, eşqdə qazanmaq və itirmək semantikasının bədii formasıdır. Bu şeirdə əsas güc poetik semantika ilə emosional rezonansın üst-üstə düşməsindədir. Artıq burada son qalan umidin arxa planda solması və “vağzalıdan” sonrakı həyatın cəkilməz ağrılarıdır.
“Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.”
Zaman məsələsinə gəldikdə kecmiş zaman ağrılarını daşıyan şair həm də gələcəyə ümidlə baxır. Bu mənada zamanla ölcülən ağrı, acı formalaşaraq insan psixikasına hakim olur və dərinləşən təcrübə ilə hökm verir. “Zaman ən ağır yükdü çiynində” misrası ilə bu anlamı həqiqi mənada qavramağa yardım edir.
“Sən verən saatda zaman dayanıb, əqrəblər donubdu on beş qırx beşdə” kimi ifadələr bir anın- sevgi anının, xatirənin — zamandan kənarda hiss edilməsi metaforikidir. Zaman sairin əsərlərində həm mövzu baxımından, həm də struktur gətirən elementdir. Bəzən zaman keçmişdən, bəzən “indi”dən, bəzən nəzəri zamanda şeir dili ilə əks olunur. Yaradıcı insanın dünyaya gətirdiyi sözlər, düşüncələr bu “zaman toqquşmaları”ndan formalaşır.
Şair ücun söz sadəcə vasitə deyil, həm də həyatın özüdür. “Sözün gücü”, “sözün çəkisi”, “sözün müqəddəsliyi” kimi anlayışlara xüsusi önəm verir. Xüsusilə vətən, Kəlbəcər mövzusunda sözün gücü ilə yaddaşı qorumaq, torpağın adını yaşatmaq, itirilmiş dəyərləri sözlə dirçəltmək kimi funksiyalar var. Söz burada həm silah, həm də dua funksiyasını yerinə yetirir.
Şair tez-tez keçmişdə eşidilmiş səslər, ana laylası, çay axıntısı, uşaq çağırışları kimi səs xatirələrini yada salır. Poeziyada səs həm xəbər verir, həm həyəcan oyadır, həm də qorxudur. Qələbə xəbərinin səsi, məktub oxunan səs, ana fəryadı kimi fərqli emosional təbəqələr yaradır.
“O səssizlik vardı ki, qulaqları deşirdi...” -Bəzi şeirlərdə “səsin olmaması”, “çökən səssizlik” böyük faciələrin, itkilərin ifadəsi kimi qələmə verilir. Məhz o zaman şeirlər
sükutun dilində danışır.
Namiq Dəlidağlının yaradıcılığında “soz” -milli kimliyin, fərdi ifadənin və müqavimətin daşıyıcısıdır. O səbəbdən də “səs”- xatirələrin, düyğuların və mənəvi yaddaşın təcəssümüdür. Hər iki motiv şairin poetik dünyagörüşünün əsas sutunlarındandır.
“Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.” -Şairin icindəki sərxoşluq obrazı əslində kədərin, darıxmağın və ununtmaq cəhdinin simvoluna cevrilib. Lakin “dunən”lə “bu gün” arasındakı kecid insanin oz-özü ilə mubarizəsini göstərir. Məhz “Etiraf” şeiri də bizə mətnin dürüst, şəxsi və emosional bir yönü olduğuna işarə edir. Bu gün “azad” gorunən, sabah olunca eyni hisslərə möhtac qalan və yenə onu arzulayan aşiqdir.
“...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.” -Bu həm peşimançılığın, həm də sevgidən qopa bilməməyin ən təmiz ifadəsidir. Bura etirafın ən dürüst yeridir. İcki, sərxoşluq, unutmaq oyunu bir gercəkdir. Sevgi unudulmaz olduğu qədər gercəkdən dərk olunması lazim olan hekayədir.
“Payiz məktubu” şeiri isə artıq həm mövzu, həm də forma baxımından güclü bir hiss yükü daşıyır. Şeiri oxuduqca bu məktub sanki, insanın iç dünyasının incidilmiş, dağıdılmış bir halıdir.
“Mən “xaraba” deyəndə
bu şəhəri deyirəm.
Sənsiz suyu, havası
bu zəhəri deyirəm.”
Şeirin gözəlliyi ondadır ki, burada xaraba şəhərlə sənsizlik eyniləşdirilir. O biri yandan da münasibətlərin soyuğu ilə şəhərin soyuğu birləşir və sanki köhnəliyə, gücsuzliyə usyan edir. Suyu, havası zəhər cox güclu metaforadır.
Namiq Dəlidağlının yaradıcılığında maraqlı, dinamik fikir və bu fikrə koklənmiş ifadələr vardır.
Akəm Xaqan,
şair, tənqidçi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































