Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

s

Tarix: 22-09-2025 12:25     Baxış: 784 A- / A+
1 Sevinc baxıb
 
“Görünən dağa nə bələdçi”, belə bir atalar sözü var. Amma heç də elə deyilmiş.
Haqqında yazmaq istədiyim, “mürəkkəb relyefli” təbiətə malik Namiq Dəlidağlının ünvanına “bələdçisiz” getmək olmaz. Deməli, mütləq “bələdçi” lazımmış. Elə təxəllüsü də çoxmənalıdır. Əxz etdiyi mənalar düşüncədə bu cür mərhələlənir:
1. Dəlidağ – Kiçik Qafqazda dağ silsiləsi
2. Dəlidağ – mürəkkəb söz birləşməsi. Dəli – yəni mərd, qorxmaz, “gözüqara”.
3. Dəlidağ – “dağ” sözü “dərin yara” mənasında işlənib. 
Namiq müəllimin təxəllüsü onun həyatının mərhələlərinə bölünür. 
1. Dəlidağ – yaşadığı, uşaqlığı keçən, Çovdar kəndinin uca zirvəsidir.  Həmişə yamacı tufanlı, gənclik başı qarlı, vüqarlı, yaşlı dövr deməkdir.
2. Dəlidağ – “dəli” sözü yüksək şəxsiyyəti olan, qorxmaz, mərd, yaltaqlıqdan, məddahlıqdan uzaq, sözün üzə deyən mənası verir. Mətbuatda çalışdığı dövr nəzərdə tutulur.
3. Dəlidağ – "dağ" sözü "damğa" mənasında yəni məcburi köçkün ömrünə işarədir. Çünki heç vaxt Dildərginlik ilk ağrımız unudulmayacaq. “Damğa” kimi dərimizdə - qəlbimizdə izi qalacaq.
Namiq Dəlidağlının ədəbi yaradıcılığı çox şaxəlidir - şeir, publisistika, mətbuat. Yazarlar var, bir şaxəlidir:
ya poeziya ilə, ya publisistika, ya da jurnalistika ilə məşğul olur.
Lakin Namiq Dəlidağlı hər üç sahədə karlı iş görüb, öz imzasını qoyub.
Namiq Dəlidağlının “qatarı”na son anda yetişə bildim (səhhətimlə əlaqədar).
Hansı ki, bilet 1–2 ay qabaqcadan sifariş edilmişdi.

“Məni nə havada buraxııb getdin” şeirində:

Qapımız döyüldü, bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.


Bu şeirin dərin sətiraltı mənası var: Yəni, sən ailə qurdun, ev oldun, mənim də evim dağıldı”
Namiq Dəlidağlının valideynlərinə bağlıq hissi dərin və güclüdür. Anasının  Kəlbəcər- doğma yurd həsrətini soyutmaq üçün “Səni Kəlbəcərə aparammıram” şeirində – duyğularında həm yalvarış, həm utanc, həm də peşmançılıq hissi var.
“Payız nağılı” şeirində:
“Yarpaqlar veyillənir, tində, küçədə”
– Dərdin əlindən evdən qaçan adama işarədir.
“Payız ömrü uzanar, bu qərib gecələrin”
Şeirin alt qatında yenə də məcburi köçkün, didərginliyə işarə edildiyi duyulur.

Gedib qonaq qarası,
Kol özünə sığınır.
Durnaların başlayıb
Uzaqlara “sürgünü”.
Yenə həsrət, yenə hicran ayrılıq...

“Təsəlli” şeirində şair həssas ürəyinin həm fiziki, həm mənəvi ağılarını dilə gətirir.

Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir  ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə-

xəstə olmalıdı şair ü r ə y i. 

 
Müharibədən sonrakı torpaq (yeni müharibə mövzusu)
 
Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu
                 Ana torpağın.

Hər mina çıxarılanda
elə bil ürəyindən
tikan çıxarılırdı.

Göz-göz yara kimi
görünürdü sinəsində
minaların yeri.

...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın.

İyirmi səkkiz iliydi
döl verməyən
qısır bətnində
ah göyərirdi...

 

Müharibədən sonrakı torpağın ağrılarını belə görüb, belə sözə çevirib N.Dəlidağlı. Şeirdə təkcə ağrı deyil, doğma nəfəsdən isinən torpağın azadlıq sevinci təsvir edilir.

Namiq Dəlidağlının şeir dili nə  qədər axıcı, sadə olsa da, o qədər də düşündürücüdür. Bütün sətirləri sanki kodlaşdırılmış fikir, düşüncə, alt qatlı misallarla zəngindir.
Namiq Dəlidağlı vəfalı, keçmişə hörmətlə yanaşan, asta-asta, müdrikcə danışan, dərin düşüncəli ziyalıdır.
Hələ məktəb illərində seirləri Kəlbəcərin “Yenillik” qəzetində çap olunurdu. O vaxtdan Namiq Dəlidağlının poeziyasıyla tanış idim.
 
Özündən sonra gələn gənc jurnalistlərə yol göstərdi, dəstək oldu Namiq Dəlidağlı. Kəlbəcərin ziyalısı rəhmətlik atası Talış müəllimdən həm atalıq, həm dostluq, həm də təmkinlik öyrənən Namiq Dəlidağlı bu gün həm gözəl ata, həm sadiq dostdur. Təmkininə gəlincə, hər addımda, hər situasiyada Namiqin təmkinini görmək mümkündür.

Namiq Dəlidağlı sıx meşələrlə əhatə olunmuş səfalı bir kənddə anadan olub. Füsunkar təbiəti, gözoxşayan mənzərələri ilə insanı ovsunlayan Çovdar kəndində. Kəndin  meşələrində dadlı moruq, cır armud, zirinc, əzgil, alma, armud, dərdlərin dərmanı qarağat, itburnu, çaşır, şəfa bitkiləri, çaylarında qızıl balıq olardı. Mineral bulaqlar da bu kəndin ayrıca bir sərvəti idi. Namiq Dəlidağlı məhz belə bir zəngin təbiətdə böyüyüb. Gözütoxluq da Namiqin müsbət keyfiyyətlri arasında ilk yelərdədir. Təbiətin bəxş etdiyi belə zənginliyin içində başqa cür olmaq olmazdı düşünürəm. Əlbəttə, xarakter də öz sözünü deyir. N.Dəlidağlı vüqarını dağlardan alıb desəm yanılmaram yəqin ki. Çünki, səmaya ucalan əzəmətli  “Parağın darı"  qayalarının kölgəsində dərin düşüncələrə dalan Namiq ilhamı ilə məhz o an "danışardı".

Kəlbəcər rayonu Başlıbel kəndi
Başlıbel “Akademiya”sının həm məzunu, həm də qocaman müəllimi. Fəzl araşdırmaçı
Sabir  Hacı oğlu Mirzəyev
 
___________________________
2
“Görünən dağa nə bələdçi”, belə bir atalar sözü var. Amma heç də elə deyilmiş.
Haqqında yazmaq istədiyim, “mürıkkəb relyefli” təbiətə malik Namiq Dəlidağlıya “bələdçisiz” getmək olmaz. Deməli, mütləq “bələdçi” lazımmış. Elə təxəllüsü də çoxmənalı düşüncədir.
1. Dəlidağ – Kiçik Qafqazda dağ silsiləsi
2. Dəlidağ – mürəkkəb söz birləşməsi. Dəli – yəni mərd, qorxmaz, “gözüqara”.
3. Dəlidağ – “dağ” sözü “dərin yara” mənasında işlənib. 
Namiq müəllimin təxəllüsü onun həyatının mərhələlərinə bölünür. 
1. Dəlidağ – yaşadığı, uşaqlığı keçən, Çovdar kəndinin uca zirvəsidir.  Həmişə  yamacı tufanlı, gənclik başı qarlı, vüqarlı, yaşlı dövr deməkdir.
2. Dəlidağ – “dəli” sözü yüksək şəxsiyyəti olan, qorxmaz, mərd, yaltaqlıqdan, məddahlıqdan uzaq, sözün üzə deyən mənası verir. Mətbuatda çalışdığı dövr nəzərdə tutulur.
3. Dəlidağ – "dağ" sözü "damğa" mənasında yəni məcburi köçkün ömrünə işarədir. Çünki heç vaxt Dildərginlik – ilk ağrımızı unudulmayacaq. “Damğa” kimi dərimizdə - qəlbimizdə izi qalacaq.
Namiq Dəlidağlının ədəbi yaradıcılığı çox şaxəlidir - şeir, publisistika, mətbuat. Yazarlar var, bir şaxəlidir:
ya poeziya ilə, ya publisistika ilə, ya da jurnalistika...
Lakin Namiq Dəlidağlı hər üç sahədə karlı iş görüb, öz imzasını qoyub.
Namiq Dəlidağlının “qatarı”na son anda yetişə bildim.
Hansı ki, bilet 1–2 ay qabaqcadan sifariş edilmişdi (səhhətimlə əlaqədar).
“Məni nə havada buraxııb getdin” şeirində:
Qapımız döyüldü, bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Bu şeirin dərin sətiraltı mənası var: Yəni, sən ailə qurdun ev oldun, mənim də evim dağıldı”
Namiq Dəlidağlının valideynlərinə dərin bağlıq hissi güclüdür. Anasının  Kəlbəcər- doğma yurd həsrətini soyutmaq üçün “Səni Kəlbəcərə apararmıyam” şeirində – duyğularında həm yalvarış, həm utanc, həm də peşmançılıq hissi var.
“Payız nağılı” şeirində:
“Yarpaqlar veyillənir, tində, küçədə”
– Dərin əlindən evdən qaçan adama işarədir.
“Payız ömrü uzanar, bu qərib gecələrin”
Şeirin alt qatında yenə də məcburi köçkün, didərginliyə işarəsidir.
Gedib qonaq qarası,
Kol özünə sığınır.
Durnaların başlayıb
Uzaqlara “sürgünü”.
Yenə həsrət, yenə hicran ayrılıq.
“Təsəlli” şeiri 
(Uruyimdə dil tapa bilmədim ədliyyə masasına apardı məni)
 
… Ağrı yetişdikcə,
Qaynadırsan ürəyi.
Qədər sürən-sürən
Yeyir ürəyi.
Kədərdən də təsəlli
Verirlər mənə.
İstiqlal olmalıdır,
Səyir ürəyi.
 
Müharibədən sonrakı torpaq (yeni müharibə mövzusu)
 
Hər mina çıxarılanda
Elə bil ürəyimdən tikan çıxarılırdı.
İndi doğma nəfəsdən canı isinir ana torpağın.
İyirmi səkkiz iliydi döl verməyən bətnində
Qısır 
ldi
Döl vermişən bətində qışa axır, göyün şeiridi.
Namiq Dəlidağlının şeir dili nə  qədər axıcı, sadə olsa da, o qədər də dərin düşüncəlidir. Bütün sətirləri sanki kodlaşdırılmış fikir düşüncə, alt qatlı misallarla zəngindir.
Namiq Dəlidağlı vəfalı, keçmişi hörmətlə yanaşan, asta-asta, müdrikcə danışan, dərin düşüncəli ziyalıdır.
Hələ məktəb illərində seirləri Kəlbəcərin “Yenillik” qəzetində çap olunurdu. O vaxtdan Namiq Dəlidağlının poeziyasıyla tanış idim.
Özündən sonra gələn gənc jurnalistlər əksəriyyətinin müəllimi Namiq Dəlidağlıydı. 
Namiq Dəlidağlı atası Kəlbəcərin ziyalısı rəhmətliki Talış müəllimdən həm atalıq, həm də dostluq, həm də təmkinlik öyrənmişdi.
Namiq Dəlidağlının çox səfalı, füsunkar təbiəti- mənzərəli kəndləri Çovdar kəndi vardı. Meşə ilə əhatə olunmuşdur. Çaylarında qızıl, mineral su, meşələrində dadlı moruq, cır armud, zirinc, əzgil, alma, armud, dəridən dərmanı qarağat, itburnu, çaşır, şəfa bitkilər  zəngin təbiət vergisi ilə gözütox böyümüşdür.Əzəmətli “Parağın” darı səmaya ucalan qayaların kölgəsində dərin düşüncələrə dalıb ilham alardı.
Kəlbəcər rayonu Başlıbel kəndi
Başlıbel “Akademiya”sının həm məzunu, həm də qocaman müəllimi. Fəzl araşdırmaçı
Sabir  Hacı oğlu Mirzəyev

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar