Xəbər lenti 
					
 
		Y2
1.Namiq Dəlidağlı təxəllüsü ünvanı olan şair (Sevinc də baxıb) İŞLƏNİB
Namiq bəyi doğma, qohum, eyni zamanda bir dost kimi çox kiçik yaşlarından tanıyıram .
Biz bir – birinə çox yaxın olan iki qonşu kənddə, eldə - obada böyümüşük. Hələ uşaqkən yazıb - yaratmağa başlayan balaca şair öz kəndinə, el - obasına, Dəlidağın misilsiz gözəlliyə malik olan zəngin təbiətinə sevgi və vurğunluğunu misralara düzməyə başlamışdı. “Çaylar” şeirində
"Neçəki daglar var, çaylar axacaq,
Dağların gözünün yaşıdı çaylar"
yazaraq təbiətin bu iki gözəl varlığının bir-birinə necə bağlı olduğunu poetik dillə ifadə edib.
Ziyalı ailəsində dünyaya göz açan Namiq Dəlidağlının yaradıcılıq illəri çox mürəkkəb dövrə, ağrılı-acılı vaxta təsadüf etdi. Tale onu erkən yaşlarından atasızlıqla sınağa çəkdi. Təkcə bizim kəndlərimizdə deyil, Kəlbəcər elində, Zəngəzur mahalında öz təcrübəsi, savadı, mükəmməl pedaqoji fəaliyyəti ilə sayılıb - seçilən atası Talış müəllim vaxtsız dünyasını dəyişdi. Ata dərdi, ata həsrəti ilə üzülən şair çox keçmədi ki, daha dözülməz, daha ağır ağrıya-acıya tuş gəldi, doğma yurd – yuva itkisi, ayrılıq, həsrət qapısını döydü. 30 ilə yaxın doğma kəndi, orada atasının məzarı - düşmən girovluğunda qalan şair bir misra ilə bu ağrını belə ifadə edir. "Orda yad əlində ata məzarı, burda ürəyimin başı üşüyür”. Beləcə, “ürəyi üşüyə-üşüyə” otuz ilə yaxın doğulub boya-başa çatdığı doğma yurda həsrət qaldı, əllərini öz ocağında isidə bimədi.
Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik bu ağır bir dərd
indi də dağladı bu dərd sinəmi...
...Ata, dözəmmərəm mən bu itkiyə,
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını,
baş daşın əvəzi basdıracağam.
deyib, göynədi, bir gün atasının məzarını ziyarət etmək arzusu ilə yaşadı. İllər keçdi, torpaqlarımız işğalda qaldığı üçün, atasının məzarını ziyarət edə bilmədiyinə görə özünü qınadı və
...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...
yazdı...
Nəhayət, həsrətimizə son qoyuldu. Bütün ərazilərimiz, o cümlədən Kəlbəcər yağılardan təmizləndi. Qismət elə gətirdi ki, yurd yerlərimiz işğaldan azad olunandan sonra Namiqlə birlikdə bir neçə yaxın dostlarımızla kəndlərimizə səfər etdik. Namiq atasının, biz isə müəllimimiz olan Talış müəllimin məzarını ziyarət etdik. Beləliklə, hamımız həm qınaqdan, həm də ulularımızın ruhu qarşısında xəcalətdən qurtulduq.
Namiq Dəlidağlı ədəbi yaradıcılığa erkən yaşlarından, doğulduğu kənddə, rayonda başladı, ilk kövrək addımlarını Kəlbəcərdə atdı. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndəsi olan Namiq Dəlidağlının yaradıcılığı indi daha geniş coğrafiyanı əhatə edir. Dəlidağlının yaradıcılığı büllur bulaqların suyu ilə birgə süzüldü və böyük çaylara qovuşdu. Tutqu çayı ilə Xan Tərtərə, Xan Tərtərdən Dəli Kürə, Dəli Kürdən Xan Araza və nəhayət, Göy Xəzərə çatdı. Xəzərin dalğaları isə şairin poetikasını dünyaya, Türk dünyasına səpələdi. Şairin əsərləri qardaş Türkiyədə, Özbəkistanda, Qırğızıstanda və digər türk respublikalarında, eyni zamanda ABŞ-də, avropa ölkələrində çap olunmağa başladı. Ədəbi və mətbuat sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı Prezident təqaüdünə, “Qızıl qələm”, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm" medalına layiq görülüb.
Tanınmış jurnalist, bir çox kitabın müəllifi, dəyərli dostum şair Namiq bəy Dəlidaglı haqqındakı xoş təəssüratlarım sonsuzdur. Ancaq dostumun bu gün çapa hazır olan kitabına ürək sözlərimin kiçik bir hissəsini qürur hissilə yazıb, Namiq bəy Dəlidağlıya yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar diləməyi özümə borc bildim.
Dərin hörmətlə:
Yelmar Mustafa,
filoloq
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















