Xəbər lenti
cccc
1. Vidadi (hazır mətn) (Sevinc baxacaq)
Əzizim, yaxın qohumum, ürək sirdaşım, uşaqlıq dostum, elimizin - obamızın, təkcə Azərbaycanımızın deyil, bütün türk dünyasının dəyərli oğlu, dəyərli şairi Namiq Dəlidağlı haqqında söz danışmaq mənim üçün asan olduğu qədər də çətindir. Namiq müəllim Kəlbəcər rayonunun Çovdar kəndində, Dəlidağın ətəyində yerləşən, Dəlidağın mehi telinə sığal çəkən bir yurdda, bir gözəl ziyalı ailədə dünyaya gəlib. Onun haqqında nə qədər xoş sözlər desəm, danışsam azdır. Çünki Namiq müəllim elə bir ocaqda, elə bir ziyalı ailəsində dünyaya göz açıb ki, o məhz belə olmalıydı. Allah Namiq müəllimin atası Talış müəllimə, anası Əskinaz xalaya rəhmət eləsin. Talış müəllim tək kəndimizin deyil, bütöv Kəlbəcərimizin ziyalısıydı. Ziyalılar, kənd adamları hər zaman Talış müəllim haqqında geniş fikir söyləyiblər. Həmişə onun barəsində xoş sözlər eşitmişəm. Düzdür, mənim uşaqlıq illərimə düşür həmin illər, amma Talış müəllim haqqında bildiklərim çoxdur. Qeyd etdiyim kimi, Talış müəllim tək Çovdar və Şahkərəm kəndlərində deyil, ümumi Kəlbəcər rayonu ərazisində kənd-kənd, oba-oba dərs keçib, biliklərini şagirdlərinə aşılayıb. Onu da deyim ki, Talış müəllim verdiyi qiymət ali məktəbdə tələbələrin aldığı qiymətə bərabər idi????. (Üst-üstə düşürdü) Mənim atama da bir il dərs keçib Talış müəllim. Atamın xətti, yazdığı yazı orta, hətta ali məktəb məzunlarında (xəttindən yaxşıdı və deyərdim ki üstünüdü) yoxdur. Namiq müəllim də, bax, o kişinin övladıdı, ilk təhsilini atasından alıb. Əskinaz xala özü də çox duyğusal bir qadın, sinəsi söz boğçalı bir anamız idi. Öz sözü, bayatıları ilə yaddaşımda qalıb, səsi qulağımdadı. Allah rəhmət eləsin, ruhları şad olsun! Namiq müəllim də bu ocaqdan bəhrələndi, bu ocaqda ruhlandı. Bu gün şükür allaha, öz sözünü demiş bir şairimiz, ziyalımızdı. Respublikamızda, Türk dünyasında –Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, digər dövlətlərdə oxunur, sevilir. Namiq mənim uşaqlıq dostum, sirdaşımdı. (təkrar ola bilər)
Hər bir insanın ürəyində mübhəm sözləri və onu etibar etdiyi, dediyi, güvəndiyi bir insan olur. Namiq müəllim də həmin insanlardandır. Həqiqətən də ürək sirdaşıdı, dostdu, (cani-könüldən) nə desəm onu cani-könüldən qəbul edib, dərdimə, sevincimə şərik olan bir eloğlumdu. Bəli, Namiq müəllimlə biz həm yaxın qohum, həm uşaqlıq dostuyuq. Çovdar kəndində uşaqlığımız bir yerdə keçib, ta əlimizə qələm tutub məktəbə getdiyimiz vaxtlardan. Sonra biz orta məktəbi bitirdik. Namiq müəllim hərbi xidmətə yola düşdü. Bizim əlaqələrimiz daim davam etdi. Çünki, qeyd etdiyim kimi, biz uşaqlıq dostu, həm də bir neçə tərəfdən qohumuq, üstəlik, qan qohumu. Namiq müəllim elə uşaqlıq illərindən şeiriyyətə, saza-sözə meyli olan bir insandı. Yadımdadır ki, Kəlbəcərdə “Yenilik” qəzeti çap olunurdu. Namiqin hələ orta məktəb illərindən şeirləri, məqalələri o qəzetdə dərc edilirdi. Biz də sevə-sevə baxır, oxuyur, fərəhlənirdik. Qürur hissi duyurduq ki, bizim həmyaşıdımız, tay-tuşumuz, 12, 13, 14 yaşlı bir uşağın şeirləri qəzetində çap olunur. Oxucuları yavaş-yavaş onu tanıyırdı. Kəndimiz Dəlidağın ətəyində yerləşdiyindən Namiq müəllim elə o vaxtdan Dəlidağlı təxəllüsünü seçmişdi. Bu gün də o təxəllüslə yazıb- yaradır.
1993-cü ilin aprel ayının 1-də günorta saatlarında doğma yurda “salamat qal” deyib, məcburi şəkildə Kəlbəcər rayonunun Çovdar kəndini ən son tərk edən Namiq müəllimlə mən olmuşam. 30 ilə yaxın bu ağrı - acı ürəyimizdə qövr elədi. Bundan sonra çətin günlər, məcburi köçkün həyatı başladı. Biz respublikanın müəyyən yerlərində, hərəmiz bir tərəfdə məskunlaşdıq. Sonra mən Rusiyaya üz tutdum. Həyatımız belə davam etdi, belə yaşadıq. Kəlbəcərsiz günlərdə Kəlbəcərli günləri hər zaman birlikdə yad etdik, xatırladıq. Namiq müəllimlə əlaqələrimiz müəyyən vaxtlarda kəsilsə də, sonradan daimi telefon əlaqəsi yaratdıq. Çox ağrılı-acılı günlərimiz oldu. Həm yurd, həm də doğmalarımızın itkisi həyatınmıza ağır zərbə vurdu. Amma bu çətinliklərə rəğmən, Namiq müəllimin hər zaman yazdı, yaratdı, mütaliə etdi. Namiq müəllim öz bacarığı, savadı, davranışı ilə insanların rəğbətini qazana bildi. Harada yaşadısa, harada işlədisə insanlar arasında özünə yer tapmağı bacardı. Ədəb - ərkanı, əxlaqı, tərbiyəsi, səmimiyyəti ilə sevildi. Əslində, belə olması gözlənilən idi. Yazımın əvvəlində onun necə bir ailədə dünyaya göz açdığını, böyüdüyünü qeyd etmişdim. O səbəbdən başqa cür olması mümkün deyildi.
Namiq müəllim Sumqayıt şəhərində yaşadı, orada işlədi, müxtəlif vəzifələrdə çalışdı. Harada yaşasa da, gözəl, xoş günləri olsa da heç zaman doğulduğu, böyüdüyü Kəlbəcəri, Çovdar kəndini unutmadı. Hər dəfə görüşəndə, danışanda ürək ağrısı ilə Kəlbəcəri, kəndimizi xatırlayır, uşaqlıq illərimizdən danışırdı. Bizim yaylağımız varıydı, Hüt yaylağı. O yaylağa çıxdığımızı, "Novlu bulaq" dan, "Göy bulaq"dan su içdiyimizi, qoyun-quzu növbəsində olduğumuz günləri yada salır, gözləri dolurdu. Analı - atalı gözəl uşaqlıq illərimiz, günlərimiz varıydı. Doğrudur, Namiq müəllim atasını, rəhmətlik Talış müəllimi çox erkən itirdi. Sonra Sumqayıtda yaşadığı dövrlərdə anası Əskinaz xala dünyasını dəyişdi. Namiq müəllim yurd həsrəti çəkdiyimiz o illərdə, Kəlbəcəri arzulayan, könlü qübarlı anasına üzünü tutub "Səni Kəlbəcərə aparamıram" adlı etiraf şeirini yazdı. Namiq Dəlidağlının o qədər belə, yurd-yuvaya, el-obayla bağlı şeirləri var ki, oxuduqca, dinlədikcə insan kövrəlir, insanın ruhu ağlayır:
Ha alışam, yanam gəlməz,
ta bu gölə sonam gəlməz.
Atam gəlməz, anam gəlməz
daha xarabadı bu ev.
Köz qaralıb ocağında,
sükut var hər bucağında.
Qonaq etməz qucağında
nə dostu, nə yadı bu ev.
Göynəsə də bağrım başı,
heç duymadı nadan, naşı.
Xatirədi hər bir daşı,
damağımın dadı bu ev.
Var ağrısı, var sitəmi,
bir vüsaldan qalıb kəmi.
Dəryalarda batan gəmi,
dörd bir yanı sudu bu ev.
Namiq, qucağına sığın,
ağrısı var yığın-yığın.
Otuz illik ayrılığın
qəm ünvanı, adı bu ev.
Bəli, Namiq müəllimin Kəlbəcərlə, el-obayla, yurd-yuvayla, ümumiyyətlə, bütöv Azərbaycanla bağlı şeirləri, yazıları çoxdur. Həmişə Kəlbəcərdəki sonuncu günümüzü xatırlayanda gözlərimiz dolurdu, o anları qüssə içində anırdıq. İllər keçdi, 27 sentyabr 2020-ci ildə ordumuz əks hücuma keçərək torpaqlarımızl işğaldan azad etdi. Füzuli, Zəngilan, Qubadlı rayonları, kəndlər geri alındlqca cənab Prezidentimiz, Ali Baş Komandan xalqa müjdə verirdi ki, filan kəndlər, filan rayonlar alındı. O günlərdə Namiq müəllimlə biz telefon əlaqəsi yaradıb tezliklə Kəlbəcərin də azad olunacağına ümid etdiyimiz, səbirsizliklə o günü gözlədiyimiz haqqında danışdıq. Şükürlər olsun, o gün də gəldi. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərimiz işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, cənab prezidentimizə can sağlığı versin. Allah xalqımızı, ordumuzu qorusun! 2021-ci ilin avqust ayında Namiq müəllimlə arzumuzu gerçəkləşdirdik, Kəlbəcərə getdik. Yol-iz bağlı olsa da, çox əzab-əziyyətlə, çətinliklərə baxmayaraq doğma kəndimizi ziyarət edə bildik. Allahın bir qisməti, bir yazısı idi ki, Çovdar və Şahkərəm kəndlərini sonuncu ikimiz tərk etdik və Kəlbəcərin azadlığından sonra yenə ikimiz ilk dəfə o yerləri bərabər ziyarət etdik. Yəqin ki, uca yaradan bizim o yerlərə nə qədər bağlı olduğumuzu görürdü, bilirdi və ona görə də bu anı, bu xoşbəxtliyi bizə yaşatdı. Kəlbəcərdə viran olmuş, daşı-daş üstündə qalmayan evlərimizi, dağılmış bağ-bostanımızı görəndə göz yaşlarımızı saxlaya bilmədik. Bu ziyarətdən sonradan Namiq müəllim "Evimdə yata bilmədim" kimi hamımızın ağrısını, itkisini ifadə edən bir şeir yazdı:
Şər qarışdl, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,
evimdə yata bilmədim.
İllərdi ki, həsrət çəkən,
dam-daşına qübar çökən,
Atam tikən, düşmən sökən
evimdə yata bilmədim.
Talehdi - bir sınaq kimi,
qınaq yox, bu qınaq kimi.
Bircə gecə qonaq kimi
evimdə yata bilmədim.
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi.
Elə sərin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdə min ah dərən,
yuxularım pərən-pərən.
Xatirələrim bar verən
evimdə yata bilmədim
Arzuma çatıb dincəldim,
başımı qatıb dincəldim,
çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim.
Bəli, Namiq müəllimin bu şeiri gördüyümüz mənzərənin, həmin an yaşadıqlarımızı anında sözlə şəkillənməsidir.
Səmimiyyətlə deyim ki, Namiq müəllim haqqında fikirlərim, düşündüklərim zamana sığmaz, günlərlə, aylarla danışsam yenə az olar. O dosta sədaqətli, qohuma ürək yandıran bir insandı. Ziyalıdı, el təəsübkeşidi.
2023-cü ildə Çovdar kəndində kiçik tərkibdə biz Namiq müəllimin kitabının təqdimatını keçirtdik, şair uçub-dağılmış evinin qalıqları üzərində rəmzi olaraq öz kitabxanasını yaratdı. Çox təsirli idi. Kövrək hisslərlə xatırlayıram o günü. Elə o kitabxananın ilk oxucusu da mən oldum orda.
2022-ci ilin may ayında Kəlbəcərdən şairə zəng vurdum, doğma yurddan salam dedim. Çox kövrəldiyini hiss etdim və üstsndən 5-10 dəqiqə keçəndən sonra salamıma aşağıdakı şeirlə cavab verdi, məni də duyğulandırdı. Və salamını dağa, yaylağa, gülə, çiçəyə, arıya, böcəyə, hər şeyə çatdırımağımı dedi...
Qardaş, bu zəngindən elə kövrəldim,
gətirə bilmirəm dilə, salam de...
Bir gün Kəlbəcərdən zəng də gələrmiş...
qalxarmış səsimiz zilə, salam de...
Xallı kəpənəyə naz satan şehə,
arının ayağın isladan şehə,
güllərin saçını oxşayan mehə,
küləyə salam de, yelə, salam de.
Gəlib dolanacam uca dağları,
qol-boyun yaşayan haça dağları,
bağrıma basacam qoca dağları
yolumuz bağlıdı hələ, salam de.
Çovdar-Şahkərəmdən salsan yolunu,
dad cökənin dərdə dərman balını.
O çölün, çəmənin soruş halını
çiçəyə salam de, gülə salam de.
və şairin salamını özü dediyi kimi "dağa, yaylağa, gülə, çiçəyə, arıya, böcəyə... " çatdırdım. Və bu salamım dağa, yaylağa, gülə, çiçəyə, arıya, böcəyə, hər şeyə ünvanlandı.
Namiq müəllimə ilk növbədə sağlamlıq arzu edirəm. Həmişə olduğu kimi ürəyin, canın sağ olsun, əziz qardaşım deyirəm. Namiq müəllimin iki övladı var. Tanrı o gözəl, gül balalarını qorusun, xoşbəxt olsunlar.
Necə ki, şairlər yurdu Kəlbəcərin Əli Qurbanovu öz dəvətnamələrini şeirlə yazıb, arzu edirəm ki, Namiq də övladlarının toy dəvətnamələrini şeirlə yazıb dostları xoş gününə dəvət eləsin. Övladlarının uğurları, sevincli günləri ilə öyünsün, ürəyi hər zaman fərəhlə döyünsün. Əslində, yazdıqlarım Namiq müəllim haqqında fikirlərimin, xatirələrimin çox az bir hissəsidi. Bilirəm ki, çapa hazırladığı növbəti kitabında ziyalılarımızın, dostlarının onun yaradıcılğı, şəxsi barədə yazdığı mətnlər yer alacaq. Çox vaxt və yer almadan sözlərimi hələlik burada yekunlaşdırıram. Bu gün də ilk oxucusu, uşaqlıq dostu və yaxın qohumu olaraq, əzizim, sirdaşım Namiq müəllimə yaradıcılığında, həyatında yeni-yeni uğurlar arzu edirəm. Ulu yaradan dəyərli dostuma neçə-neçə yubileylər keçirməyi nəsib etsin. Böyük yubileylərdə saz sədaları altında Namiqin sözünün, şeirinin sehrində bərabər sevinsin könüllərimiz, dinclik tapsın ruhumuz. Həmişə var olsun, əziz qardaşım, dağ vüqarlı Namiq Dəlidağlı!
Vidadi Murtuzayev
hüquqşünas

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar