Xəbər lenti
N
"Xatirələri bar verən" Namiq Dəlidağlının doğum gününə bir-iki kəlmə...(Sevinc də baxıb)
Ruh didərgin olanda insanın varlığı kədərə təslim olur. Həsrətə köklənən hisslər, duyğular da ağrı rənginə boyanır, nisgil dadır. Yaşadığın həsrətin ünvanı uzaqlar olanda qüssə yükün də ağır olur. Uzaqlar dediyim əslində doğma olan, sadəcə əlin çatmayan yurd yerlərini ifadə edir. İztirabın doğurduğu çarəsizlik uzaqlara dikilən baxışların xatirələr fonunda cızdığı xəyal dünyasından qopan bir qığılcım ümiddə əriyir. Arzularına yenilməsi ilə sabahlara inam cücərir qübara bürünmüş insanın içində. O da ruhuna biçilmiş həsrətin ağrı simfoniyasını yansıtdı qələminə. Şeirlərində, yazılarında köz-köz yaralar göründü, göynək misraların göz yaşına boğulduğunun şahidi olduq. Bu qədər acının içində türk soykökünə, əqidəsinə sadiq qalmağı bacardı, sınmadı, çətinliklərə sinə gərdi. Həm də adına, üstündə əsdiyi sözə, şərəfinə toz qondurmadan. Söhbət şair-jurnalis Namiq Dəlidağlıdan gedir. 30 ilə yaxın doğulub boya-başa çatdığı möcüzə Kəlbəcərin həsrətini çəkən şairin yaradıcılığının mühüm bir hissəsi işğal dövrünün məşəqqətlərini əks etdirir. Təbii ki, istedadının müəllifin qələminə ötürdüyü müxtəlif mövzularda uğurlu şeirlər, yazılar da yer aldı kitablarında. Ancaq nisgillə sızlayan könlü elə hey yurd dedi...
Çox şükür ki, iki il əvvəl rəşadətli ordumuzun əzmi, qəhramanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Hər kəs kimi N.Dəlidağlının da içini sızladan yurd həsrətinə son qoyuldu. Və o gündən şeirlərinin, yazılarının ruhu dəyişdi. Daha qələbə ovqatına, qayıdış ab-havasına kökləndi qələmi. Bu gün şəxsiyyəti ilə sözü tən gələn dəyərli ziyalımızın doğum günüdür. İki il əvvəl müharibə və pandemiya səbəbindən yibiley yaşını qeyd etmək mümkün olmadı. Təəssüf ki, bu il də sentyabr şəhid xəbərləri ilə yadda qaldı. Buna rəğmən ayaqdayıq, əzmlə bütövlüyümüz uğrunda mübarizəmizə davam edirik. İnşallah növbəti yaşını Kəlbəcərdə qarşılamaq diləyi ilə əziz müəllimi professor Rafiq Yusifoğlunun təbirincə desək, Dəlidağın şair oğlunu doğum günü münasibəti ilə təbrik edir, sağlam can, sevinci bol ömür, çoxşaxəli fəaliyyətində nailiyyətlər və yeni yaradıcılıq uğurları arzulayıram.
Sevinc QƏRİB
29-09-2022
Dəlidağın ruhunu daşıyan Namiq Dəlidağlı - Təbrik
Bu gün onun günüdür. O kəsin ki, Tanrının heç bir şeyi əsirgəmədiyi, əzəmətli dağların qucaqladığı, söz mülkünün belə daha çox kölgə saldığı möcüzə yurdda dünyaya göz açıb...
Bəlkə ondandır xarakterinin möhkəmliyi, sarsılmazlığı. Bəlkə hafizəsinə hopmuş bal dadan bulaqların səsidi sözə çevirdiyi pıçıltılar. Bəlkə seçilmiş olduğu üçün mübarək məkanın qoynunda doğulmasına hökm verib Yaradan. Bəlkələr güman deyil əslində. Həqiqətin görünməyən, ancaq düşüncələrin iti tərəfiylə aydınlığa çıxan məqamıdır.
Onun çabası görünmək deyil, şöhrətə yüksəlmək əndişəsi də yoxdu. Tanrının taleyinə yazdığı şair ömrünü özü olaraq yaşamaq, söz(ün)ə və öz(ün)ə sadiqliyini qoruyub saxlamaq, mənəvi dünyasını maddi asılılığın sıxıntısından yüksəkdə tutmaqdır Namiq Dəlidağlının çabası.
Bəli, bu gün bütün varlığı ilə türk adına, türk andına bağlı dəyərli ziyalı, şair -jurnalist Namiq Dəlidağlının doğum günüdür.
O ruhundakı, düşüncəsindəki azadlığı şeirinə yansıtmaqla poeziyaya yeni nəfəs gətirdi, çərçivə şeir ənənəsindən çıxmağı bacardı. Əlbəttə, ilk başda çətin qəbul olundu, bu gün də qəbul etməyənlər olmamış deyil. Ancaq o bir yenilikçi olaraq öz düşüncələrini köhnəliyin əsirinə çevrilməkdən qorudu. Və bu gün də həmin amalla iz açdığı cığırla yoluna davam edir. Bu yerdə bəlkə hansısa yaradıcılıq nümunəsi ilə təbrik əvəzi məktubumu yekunlaşdırmağa qərar verəcəkdim. Amma içimdəki səs davam et, yaz, hələ sözün çoxdu dedi.
Bəli, sözüm çoxdu! Əslində tanıdığın, dəyər verdiyin, əziz tutduğun biri haqqında yazmaq çətindi. Çünki ehtiyat edirsən, yazacaqlarının o insanı tam ifadə edəcəyindən əmin ola bilmirsən.
Namiq müəllim illərdir jurnalistika sahəsindədir, yəni əsl peşəsinin çörəyini yeməsə də əziyyətini çəkir. Və jurnalist kimi də imzasını çoxdan təsdiqləyib.
Bu çətin zamanda maddi dəstəyi olmadan hansısa bir işi yürütmək, üstəlik uğurlar qazanmaq, nailiyyətlərlə dolu illəri geridə qoymaq asan məsələ deyil, hətta çox çətindir. Amma o bunu da bacardı. Təsisçisi olduğu, rəhbərlik etdiyi Manevr.az, Dalidag.az saytları və "DƏLİDAĞ" Ədəbi Birliyi yarandığı gündən aktiv fəaliyyətdədir. Oxucu qıtlığı çəkmir, operativliyini, eyni zamanda sanbalını qoruyub saxlayır. Bütün bunlar əlbəttə, Namiq müəllimin iradəsi, işə ciddi, peşəkar yanaşması və təbii ki, əqidəsi, məramı, üzərinə götürdüyü missiyasına yönəlik məqsədi sayəsində mövcud olur. Saysız-hesabsız sayt arasında itib-batmamaq bir yana, görünmək, üzdə olmaq, oxucu qazanmaq ciddi uğurdu məncə. Bəlkə işin içində olmasam, uzaqdan baxanlar kimi mənə də asan görünəcəkdi "döyüş". Ancaq mən bu "döyüşün" şahidiyəm...
Şəxsiyyəti bütöv, ciddi, dürüst, vicdanıyla danışa bilən adamdı Namiq müəllim. Təmənnasızlığı bəzən borc kimi anlaşılsa da, o xarakterində, xasiyyətində formalaşmış digər müsbət keyfiyyətlər kimi bu keyfiyyətini də "yaşadır".
İmzasını çoxdan tanıyırdım. Həm şair, həm jurnalist kimi qələminə bələd idim. Sonra şəxsini tanımaq qismətim oldu. Ədəbi mühitdə ilk dəstək aldığım az sayda insanlardan birincisidir. Şeirlərimin ilk dəfə saytda dərc olunması sevincini də o mənə yaşadıb. Təmənnasız və dəyərləndirərək... Kitablarımın redaktorluq əziyyətini çəkib, istiqamət verib, yol göstərib nəşr prosesində. Çəkingən və naşı olduğum üçün çətin gəlirdi kitab sevincinə aparan yolda yerimək...
Sonra tale elə gətirdi ki, əməkdaşlığa başladıq. İşdəki ciddiyyəti, sözün üstündə əsməsi, hərdən sərt davranışı, bəzən danlaması məsuliyyətimizi artırmaqla yanaşı, bizi işimizi daha keyfiyyətli görməyə sövq edir.
Ciddi görkəminin, sərt görünüşünün arxasında bir kövrək insan gizlənir. Şeirlərindəki kədər qatı atasız keçən uşaqlıq, Kəlbəcərsiz ötüşən gənclik illərinin ağrı-acısından qaynaqlanır. Bəlkə ona görədir ki, oxuyanda iliklərinə qədər sızladır adamı. Çəkdiyi yükün ağırlığı, gördüyü haqsızlıqlar, qayğılar onu Namiq Dəlidağlı olmaqdan döndərə bilmədi. Bir az dəli, bir az çılğın... bir az da təxəllüsünün ötürdüyü enerjiyə köklənmiş... elə dağ əzəmətində, dağ vüqarında.
O həm də filoloqdu. Yazıda heç bir səhv gözündən yayınmır. Tələbkarlığı təkcə işin gedişatı üçün deyil. Özünü, işini inkişaf etdirmə və yenilik əzmini, düşüncə bütövlüyünü pedaqoq metodikası ilə üsulluca aşılayır insana.
İllərlə yurd həsrəti çəkib. Nisgilini, həsrətini şeirlərinə daşıyıb. Ancaq vətənpərvər şeirlərində Qələbəyə inam, yurda əlçatanlığın olacağı məqamlar şəkillənib.
Və üç il əvvəl bu inam doğruldu, Zəfər marşı çalındı gizildəyən torpaqların qoynunda. O da Kəlbəcərinə qovuşdu. Getdi dağılmış ata evini, küskün ata məzarını ziyarət etdi... Kəlbəcərsizlik dərdini yurd torpağının ətrində unutdu, sularında yudu ağrılarını.
Daha Kəlbəcərsiz kəlbəcərli deyil o, istəyəndə yön alacağı yollar var üzü dağlara sarı...
Əslində bu bir ad günü təbriki olmalı idi. Bax, söz belədi, düşüncəni çəkib aparır uzaqlara, birdə baxırsan ki, geridə uzun bir mətn qalıb. Gəlim əsas mətləbə...
Təbrik edirəm, Dəlidağın ruhunu daşıyan, Namiq Dəlidağlı! Ucalıqda olun, sağlam və xoşbəxt yaşayın! Şeirli ömrünüz uzun olsun!
Sevinc QƏRİB
29.09.2023
Yarıməsrlik ömrün söz şəkli - Namiq Dəlidağlı- 50
Ömür Tanrı payıdı. Kiminə çox , kiminə az düşər bu paydan. Kimi az ömründə çox iş görər, kiminin çox ömrü boş və mənasız keçər...
Erkən yaşlarından sözə könül verən şair, jurnalist Namiq Dəlidağlı da ömür payını boşuna xərcləməyib.Təmənnasız gördüyü işlər, qazandığı sevgi, hörmət bunu sübut edir. Sevgisi, sədaqəti, milli ruhu ilə türk adına, kökünə sadiqdir. Gen daşıyıcılarının, mühitin mütləq təsir prizmasından baxanda onun başqa cür ola biləcəyi düşüncəsi anındaca dəyişir. Kəlbəcərin torpağından, suyundan, havasından ruhuna hopdurduğu halallıq, dürüstlük, mərdlik ömrünün müşaiyətçisidir. Özü kimi yaşayır, özü üçün yaşamır. Bəlli bir yaşa çatıb, nə özündən dönür, nə sözündən. Həqiqəti həm qələmində yaşadıb, həm həyatına yansıdıb. Özünəməsus yaradıcılığı ilə də sevilir insani keyfiyyətləri xarakteri ilə də. Çoxşaxəli fəaliyyət çevrəsi bir nöqtədə birləşir- Söz, sözə xidmət. Rəhbəri olduğu “Dəlidağ”Ədəbi Birliyini, eyni adlı Dalidag.az saytını yaratmaqda məqsədi məhz sözə xidmət amalı daşıyır. Kəlbəcər ədəbi mühitinin, elm, mədəniyyət və başqa sahədə çalışan insanların təbliği, xatırlanması, unudulmaması missiyası ilə fəaliyyətə başlayan “Dəlidağ” təkcə bununla kifayətlənmədi. Səhifələrində hər kəsə yer verdi, neçə- neçə gənc yazarı oxuculara tanıtdı. İnsanların problemlərini ictimailəşdirərək, səhifələrində işıqlandırmaqla həllinə nail oldu.Təbii ki, bunlar hamısı N.Dəlidağlının təmənnasızlıq prinsipindən və sözə xidmət amalından irəli gəlirdi. Bu gün o böyük ürəkli insanın yubiley günüdür. 50 yaşına varan N.Dəlidağlı əslində sentyabrın 29-da dünyaya gəlib və 49 il doğum gününü bu tarixdə qeyd edib. Bu il yubiley ili olduğundan ənənəni pozaraq, özünün dediyi kimi möhürlü kağızın küncünə qeyd edilən vaxta-noyabrın 1-ə ertələyib yubiley tarixini. Yubileyiniz mübarək, dəyərli ziyalı, gözəl şair, ruhunun sahibi bütöv adam!
Sevinc QƏRİB
01.11.2020
***
Ta yaranışdan yağılara göz dağı olan Azərbaycan adlı ulu türk məmləkətinin yaxın-uzaq keçmişində az qala bütün təqvimi qara rəngə boyayan günlər tarixin yaddaşında unudulmaz iz buraxıb.
30 ilə yaxın təsəllisi olmayan Qarabağ və işğal olunmuş digər torpaqların dərdi ilə yaşayan millətin çəkmədiyi zillət, ağrı-acı qalmadı. Hər nə qədər tarix təzələnsə və torpaqlarımız azadlığına qovuşsa da dünən yaşadıqlarımız, yurd itkisinin ağrıları min illərlə sağalmayan yara kimi ürəyimizdə qövr edəcək...
İki il əvvəlki müsahibəmizdə bir neçə aydan sonra Vətən müharibəsinin başlayacağından və Qələbə çalacağımızdan xəbərsiz idik. Kəlbəcər ağrımızı dilə gətirmiş və nə vaxtsa o möcüzə torpağa qovuşacağımıza ümid etdiyimizi bildirmişdik. O vaxtdan çox şey dəyişib. Biz qəhrəman oğulların sayəsində illərdir yolumuzu gözləyən yurd yerlərimizi işğaldan azad etmişik. Qələbə sevinci yaşamışıq, imkan tapıb doğma ocaqlarımızı ziyarət etmişik.
Doğrudur, doğulub boya-başa çatdığımız, illərlə nəfəsimiz hopan, hər daşında xatirələrimiz yaşayan evlərimizin yerində viran olmuş yurd gördük. Amma torpağını gözümüzə sürtməyə macalımız oldu. Bu mənzərənin ən yaxşı təsvirini N.Dəlidağlının "Evimdə yata bilmədim" şeirində tapmaq olar:
EVİMDƏ YATA BİLMƏDİM!
(Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım ocağı ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı)
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...
Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.
Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.
Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Yollarda yatıb dincəldim,
evimdə yata bilmədim!
Uçulub-dağılmış, bir nişanəsi belə qalmayan ocaqlarımızı o vəziyyətdə görmək nə qədər ağrılı və dözülməz olsa da torpaqlarımıza qovuşmaq sevinci təsəllimiz oldu.Torpaq bizimdi, yenə ona can verəcəyik, yaşadacağıq.
Qələbəmizdən bir ildən artıq vaxt ötüb. İndi təqvimdə qırmızı rənglərin sayı çoxalıb. 30 ildir qəm üstə köklənən nəğmələr də ahəngini dəyişib. Yurd göynəyində qovrulan şairlərin həsrət misralı şeirləri vüsal işığına bürünmüş duyğularla əvəzlənib. Qələbə əzmli, vətənpərvər yazılar yazılmaqdadı. Məsələn, N.Dəlidağlının "Kəlbəcərə dönürük" şeirini sevincli duyğuların təzahürü kimi göstərmək olar.
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
İlahi, sənə şükür, diləyimiz çin oldu,
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Kimin düşsə bu yerə, güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək...
Uluların torpağı-məzarı sevinəcək,
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik.
Məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin.
Gözü aydın Şahbazın, gözü aydın Dilqəmin
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
KƏLBƏCƏRƏ DÖNÜRÜK...
Sevinc QƏRİB
02.04.2022

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar