Xəbər lenti
c
MƏN BU ŞƏHƏRƏ, BU XALQA BORCLUYAM
Mən dünyada müxtəlif insanlarla rastlaşmışam. Kimsə öz sakit adi həyatını
yaşayır, kimsə də qaynar, coşqun, aktiv həyatı. Kimsə hakimiyyətə can atır və bu
yolda bütün maneləri aradan götürür, kimsə insanların qanı hesabına var-dövlət
yığır. Və nəticədə çoxlarınin yığdığı var-dövlət ya özgələrinə qismət olur, ya da
heç kimə...Lakin adam da var həyat meyarı tam başqadır. Onlar ömürlərini
sevdikləri sənətə,ətrafdakı insanlara, xalqa həsr edirlər. Harda olmaqlarından asılı
olmayaraq. Onlar üçün ali məqsəd xalqa, dövlətə xidmətdir. Onlardan biri
Avlastimov Lazar Petroviçdir. Müsahibə verməyi xoşlamır. Vaxtilə uzun illər bir
kollektivdə işlədiyimizdən mənim xahişimi qəbul etdi.
- Lazar Petroviç, siz ömrünüzün 40 ilini Sumqayıta həsr etmisiniz. Aparatçıdan
Sumqayıt “Kimyasənye” İB baş mühəndisiliyinə kimi bir yol keçmisiniz.
Maraqlıdır, siz bu şəhərə necə gəlmisiniz? O günü xatırlayırsınızmı?
- İlk dəfə mən 1957-ci ildə Sumqayıta əmimoğlugilə qonaq gəlmişdim. Onda gənc,
sözün əsl mənasında beynəlmiləl şəhər çox xoşuma gəldi. Burada həyat
qaynayırdı. Şəhərin özü böyük zərbəçi tikinti meydanını xatırladırdı. Böyük
sürətlə yaşayış binaları, kimya, metallurgiya, energetika, mədəni-sosial obyektləri
tikilirdi. O vaxt şəhər başqa cür də adlanırdı- Xəzər sahilində Komsomolsk. Bu
şəhər hamını sevinclə qəbul edirdi. Burada heç kəs özünü qərib hiss etmirdi. Ona
görə 1959-cu ildə əmimoğlu mənə Sumqayıta köçməyi təklif edəndə, düşünmədən
razılaşdım. Və 31 mart 1959-cu ildən mən həyatımı bu şəhərlə bağladım. Məni
kimya zavodunda (o vaxt p/q 240 adlanırdı) 3 saylı sexdə xlorun bölüşdürücü
aparatçısı işinə qəbul etdilər.
Bir ildən sonra orduya hazırlaşırdım. Bizi sualtı qayıqda xidmətə hazırlayırdılar. O
vaxt mənə və digər iki nəfərə zavodun göndərişilə oxumağı təklif etdilər. Mən
Novoçerkask politexnik institutuna qəbul olundum və 1965-ci ildə institutu
“Elektrokimya sənayesi” ixtisası üzrə bitirdim. Təhsildən sonra zavoda qayıtdım
və 1996-cı ilədək orada işlədim.
- Siz Ermənistanda doğulmusunuz. Belə baxanda, sizə orada yaşamaq daha rahat
olmalı idi, nəinki digər respublikalarda. Maraqlıdır, Sumqayıt sizi nə ilə özünə
bağladı?
- Bilirsiniz, bu illər bir şeyi başa düşdüm- mənə elə gəlir ki, Sumqayıtda yaşayan
insanlar heç yerdə yoxdur və ola da bilməz. Çox əzmkar, mehriban, sülhsevər, hər
an köməyə hazır, zəhmətkeş xalqdır.
Təsəvvür edin, SSRİ vaxtında hər səkkiz ailədən biri beynəlmiləl ailə idi. Dini

baxışlara, milli mənsubiyyətinə görə ayrı-seçkilik yox idi. Rus dili ana dili ilə
bərabər işlədilirdi. Mən,18 yaşlı gənc ayrı millətdən, yad respublikada,yad şəhərdə
fəhlə bacım oğlundan heç bir tanışım olmaya-olmaya fəhləlikdən nəhəng bir
sənaye birliyin baş mühəndisiliyinə kimi bir yol keçmişəm. Hər yerdə xeyirxahlıq,
səmimiyyət hiss etmişəm. Bütün bunun miqyasında Ermənistanda milli siyasət
mənə vəhşilik münasibəti xatırladırdı. Təbii ki, mən buna dözə bilməzdim.
- Bəs onda niyə Azərbaycandan getdiniz?
-Bu, çox ağır qərar idi. Həmin gün mənim həyatımda ən ağır gün idi. Bilmirəm,
təsadüf idi, ya da taleyin qisməti, o gün,1996-cı il iyulun 14-də qardaşım və
qaynımın həlak olmaları xəbərini aldım. Dostlar, iş yoldaşlarım ailəmizə
əllərindən gələn köməyi göstərdilər. Sumqayıtdan Rusiya ilə sərhədə qədər yola
saldılar. Yol boyu dayanıb, yemək, çay, su təşkil etdilər. Bunu unutmaq mümkün
deyil.
Əslində Rusiyaya köçməyimizin əsas səbəbi başqa idi. İş ondadır ki, qızım
Astraxan tibb institutunu, oğlum isə Azərbaycan politexnik institutunu
bitirmişdilər. Ailə qurub Krasnodar vilayətində yaşayırdılar. Yeri gəlmişkən,
onların ailələri beynəlmiləldir. Kürəkənim müsəlman, gəlinim də müsəlmandır.
Odur ki, uşaqlarsız yaşamaq çox çətin idi. Biz də şərq insanları kimi övladlara çox
bağlıyıq. Qocalıq illərində uşaqlara, nəvələrə yaxın olmaq istəyirdik...
- Lazar Petroviç, Sumqayıt sizə nə verdi?
- Sumqayıt məni 18 yaşlı gəncdən püxtələşmiş insan, işinin mütəxəssisi etdi. Özüm
öyrəndim, başqalarını öyrətdim. Mən bütün ittifaqda tanınan Rafael Sverdlov,
Mehdi Mehdiyev, Əliş Mustafayev, Zamin Hüseynov, Fikrət Sadıqov kimi
insanların rəhbərliyi altında işləmişəm. Mən Əziz Nəbiyev, Xəyalət Həsənov,
Samir Manafov, Bünyad Allahverdiyev, Təbrik Quliyev,Zülfi Sadıxov, Firudin
Mustafayev, Elşad Rəhimov və digər mütəxəssislərlə bir yerdə işləmişəm. Mən
şadam ki, kadrlarım nəinki Azərbaycanda, onun xaricində də bu gün də uğurla
çalışırlar. Çox gözəl kollektivimiz vardı. Arada istehsalatda qəza baş verirdi. Bütün
kollektiv qəzanı aradan qaldırana kimi evə getmirdi.
Bir məqamı qeyd etmək istəyirəm. 1982-ci ildə civə metodu ilə xlor və kaustik
soda istehsalatını istifadəyə verdik. Moskvadan layihə institutunun əməkdaşlarını
dəvət etdik və layihədəki çatışmazlıqları göstərəndə, institutun baş mühəndisi etiraf
etdi: “ Biz heç inanmırdıq ki, siz bu istehsalatı işlədə bilərsiniz”... Bax, biz belə
işləyirdik.

-Siz məlum 1988-ci ilin Sumqayıt hadisələrinin şahidi olmusunuz. O faciəvi günlər
haqqında fikirləriniz necədir?
-Mənə məlumdur ki, o hadisələr başlanan günün səhərisi Almaniya Federativ
Respublikası televiziyası hadisə yerindən reportaj verirdi. Tək bu fakt təsdiq edir
ki, bu hadisələr xarici qüvvələr və ermənilərin özləri tərəfindən təşkil edilmişdi.
Sonralar aydın oldu ki, nasionalist “Krunk” təşkilatının Sumqayıtda gizli qrupu
vardı. Və bizim “Kimyasənaye” istehsalat birliyində 360 erməni işləyirdi. Onlara
rəhbərlik edənlər 12 saylı sexin rəisi L.Abramyan və birlik mühasibatının
hesablama hissəsinin rəhbəri Y.Gevorkyan olublar. Hamı bilir ki, ermənilər
Azərbaycanda hamıdan yaxşı yaşayıblar. Respublika rəhbərliyində, nazirliklərdə
çoxlu sayda erməni işləyirdi . Bundan əlavə, ticarət, məişət obyektlərinə əsasən
ermənilər nəzarət edirdilər. Amma bu onları qane etmirdi. Sumqayıt hadisələrinə
onlar əsaslı hazırlaşmışdılar. Bu hadisələrin ərəfəsində imkanlı ermənilər,hansı ki,
bu təşkilata müntəzəm üzvlük haqqı ödəyirdilər, əmanət banklarından
hesablarındankı pulları çıxartmışdılar. O erməni ailələri, hansı ki,bu təşkilata
üzvlük haqqı verməkdən imtina edirdilər, ilk növbədə zorakılığa məruz qaldılar.
İndi bəziləri deyirlər sumqayıtlilar ermənilərə qarşı zoralıq ediblər. Lakin
Ermənistandakı azərbaycanlıları dədə-baba torpaqlarından amansızcasına,
zorakılıqla qovanda heç kəs ermənilərə güldən artıq söz demədi. İnsanları
doğradılar, odda yandırdılar. Uşaq, qoca,hamilə qadınlara divan tutdular. Sağ
qurtulanlar qarlı-dağlı yollarla Azərbaycana üz tutdular. Nədənsə unudurlar
Sumqayıt hadisələrində məhz sumqayıtlilar erməniləri evlərində
saxladılar,yedizdirib-içirtdilər. Hər erməni ailəsinə onların təhlükəsizliyinə
cavabdeh şəxs ayrılmışdı. Mən bilən,bu gün də Azərbaycanda 30 mindən artıq
erməni yaşayır. Halbuki Ermənistanda inanmıram ki. azərbaycanlı yaşasın...
- Lazar Petroviç, yadımdadır, o vaxt siz Yerevana getmişdiniz. Səfərinizin məqsədi
nə idi?
- O hadisələrdən sonra qısa müddət ərzində şəhər rəhbərliyi dağıntıya məruz
qalmış erməni mənzillərini əsaslı təmir etdirdi, yeni mebellərlə təmin edildi.
Respublika rəhbərliyi Sov.İKP MK-lə Ermənistana getmiş erməniləri Sumqayıta
qaytarmaq məsələsini razılaşdırdı. Bu məqsədlə Azərbaycan nazirlər sovetinin sədr
müavini M. Məmmədovun sədrliyi ilə komissiya yaradıldı. Məni də bu
komissiyaya daxıl etdilər. Lakin Yerevanda danışıq alinmadı. Sumqayıtlı ermənilər
əvəzinə iyirmiyə yaxın aqressiv fikirli adam bizə hücum etdi. Ünvanımıza hədələr
səsləndi. Sonra hündür boylu bir oğlan çıxdı və onlara müraciət etdi.
- Lazım deyil! Biz onlar kimi vəhşi deyilik! Hamı bilməlidir ki, biz sivil, yüksək
mədəniyyətə malik millətik! Bütün suallar diplomatiya yolu ilə həll olunmalıdır.
Mən dözmədim və siqaret çəkmək üçün qaldığımız pansionatın balkonuna çıxdım.

Mənə bir gənc yanaşdı və görünür, məni erməni bilib, dedi:
-Bunlara bax belə etmək lazımdır. Sabah bütün dünya biləcək kim kimdir..
Mən təəccüblə ona baxdım.
-Necə?!
- Çox sadə. Məgər videokameranı görmədin?
Mən söz tapa bilmədim...
Səhəri də Sumqayıt ermənilərilə görüşməyə imkan vermədilər. Düzdür,
pansionatın direktorunun kabinetinə dəvət etdilər və söz verdilər. Lakin gələn
olmadı. Sonra iki nəfər bizə yaxınlaşdı. Onlardan biri Sumqayıtda sürücü işləyirdi,
qardaşımı tanıyırdı. Təbii ki, məni də tanıyırdı. Dedilər danışmaq istəyirlər və
məni bir kiçik otağa dəvət etdilər. Məni dinləmək belə eşitmək istəmirdilər və
tələb edirdilər biz qayıdaq. Bu an otağın yanından keçən adamların danışığını
eşitdim. Erməni dilində danışırdılar. Kimsə deyirdi bizim kofeyə nəsə qatmaq
lazımdır. Qardaşımın tanışı ehtiyatla mənə baxdı. O bilirdi mən erməni dilini çox
yaxşı bilirəm. Tez otaqdan çıxdım ki, bizimkilərə xəbər verim. Məni saxlamağa
çalışsalar da, hay-küyçü dəstənin arasından özümü çatdırdım. Bizimkilər sakitcə
oturub və hələ də görüşün alınmasına inanırdılar.
Həyəcanla dedim:
- Bəsdir,uşaqlar! Tez durun,gedirik!
M.Məmmədov sakitcə soruşdu:
-Sən nə deyirsən, necə yəni getdik?-və kofedən bir qurtum içmək istədi.
Mən onu əlimlə saxladım və təkrar etdim:
-Getdik, vəssalam! Burda işimiz yoxdur!
Mənim danışığımdan vəziyyəti hiss edən komisiyanın üzvləri arxamca gəldilər.
Pansionatın ehtiyat çıxışı ilə çıxıb mehmanxanaya getdik. Ordan da superfosfat
zavodunun direktoru mərhum Nərçə Ağayevin köməyilə Ermənistan
“Kimyakəndtəsərrüfat” birliyinin sədrinin xidməti avtomobili ilə bizi Azərbaycana
çatdırdılar...
- Lazar Petroviç,həyatda unudulmaz gününüz...
- Mən səmimi deyirəm, Sumqayıtda maye sulfanolun ilk alındığı gün. Təsəvvür
edin, bütün ölkə bu günü gözləyirdi. Səhər tezdən işə gələndə 200 ton bu qiymətli
məhsulun alındığını eşidəndə sevincimin həddi-hüdudu yox idi....
- Sumqayıt üçün darıxırsınız?
- Darıxırsan da sözdür?! Burnumun ucu göynəyir...Mən Sumqayıtda çətin, lakin
xoşbəxt həyat yaşamışam. Çətin deyəndə,həyatımın çoxunu işə sərf etmişəm. İndi
sağlamlığımla əlaqədar kimyaterpiya qəbul edəndə həkimlərə zarafatla deyirəm

kimya mənim qanımdadır, sizin kimyanızın təsiri azdır...)))
Mən Azərbaycanla, Sumqayıtla həmişə əlaqə saxlayıram.Baş verən hadisələri
müntəzəm izləyirəm. Qarabağın azad edilməsini sevinclə qarşıladım. Ötən il
Heydər Əliyevin 100 illik tədbirlərini maraqla izləyirdim. Bu günlərdə Azərbaycan
prezidenti seçkilərində İlham Əliyevin əzəmətli qələbəsi məndə qürur hissi yaratdı.
Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Mən də özümü bu ölkənin, bu
xalqın oğlu hesab edirəm! Sumqayıtın oğlu hesab edirəm! Mən bu xalqa, bu şəhərə
borcluyam!
L.Avlastimovun keçmiş iş yoldaşlarının fikirləri
Təbrik Quliyev – Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, Sumqayıt
“Kimyasənaye” İB-nin sabiq direktoru:
-Mən 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirdikdən sonra məni
Sumqayıt kimya zavoduna işləməyə göndərdilər. Mərkəzi zavod laboratoriyasında
laborant işləməyə başladım. İşləməli sahəm də 3 saylı xlor istehsalatına xidmət
edirdi. Birinci iş günü iistehsalata getdim və bu zaman hidrogen soyucularında
partlayış baş verdi. Özümü itirdim. Bu zaman bir nəfər mənim qolumdan tutub,
çölə çıxartdı. Dedi özünü niyə təhlükəyə atırsan?! Mənə izah etdi təhlükənin
səviyyəsini. Sonra bildim ki, bu şəxs istehsalatın rəisi Lazar Avlastimovdur.
Sonralar tez-tez rastlaşırdıq. Mən ona öz müəllimim kimi baxırdım. Birliyin baş
mühəndisi işləyəndə mən də artıq mərkəzi kimya laboratoriyasının rəisi işləyirdim.
Səmimi münasibətimiz vardı və bu gün də bu səmimiyyət davam edir.
Firudin Mustafayev “Azərikimya” İB baş direktorunun müşaviri, Sumqayıt
“Kimyasənaye” İB-nin sabiq direktoru:
Lazar Petroviç gözəl,səmimi insan kimi xatırlayıram. Mən xlor istehsalatının rəisi
işləyəndə də, sonralar istehsalat birliyinin direktoru çalışanda da həmişə onun
köməyini hiss etmişəm,etibarını, səmimiyyətini görmüşəm. O, Azərbaycanın
böyük dostlarından biridir. Allah onu qorusun!
Süleyman Hüseynov,
AYB-nin üzv

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar