Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva kanadalı nazirlə görüşdü

Tarix: 27-07-2019 15:19     Baxış: 3193 A- / A+
Qənirə Paşayeva kanadalı nazirlə görüşdü


Millət vəkili Qənirə Paşayeva Kanadanın Kvebek əyalətinin rəhbərliyi, bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.

Manevr.az xəbər verir ki, Kanadanın Kvebek əyalətinin Daxili İşlər naziri Nadin Jiro bu ölkənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q.Paşayeva Azərbaycanın Kanada ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğundan danışıb. Deputat Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Nadin Jiro Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə əlaqələrin daha da sürətlənəcəyinə inam vurğulanıb.

Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar