Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müstəntiq dedi ki, mən istədiyimi buradan götürə bilərəm” - Sumqayıt Məhkəmsində şahidlərin ilginc ifadələri davam edir

Tarix: 19-10-2017 10:12     Baxış: 3369 A- / A+
“Müstəntiq dedi ki, mən istədiyimi buradan götürə bilərəm”


Sumqayıt şəhər Məhkəməsinin hakimi Ruqiyyə Əsgərovanın sədrliyi ilə 3 yaşlı Arzu Qurbanlının "Real" Tibb Mərkəzində əməliyyatdan sonra vəfat etməsi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Oktyabrın 18-də keçirilən növbəti prosesdə iki şahidin ifadəsi dinlənilib.

Mərkəzdə həkim-neontoloq işləyən Aytən Əkbərova ifadəsində bildirib ki, əməliyyat günü o uşağı axşam saat səkkiz radələrində görüb: “Bu zaman artıq uşağın vəziyyəti pisləşməyə başlamışdı. Biz ona reanimasyon yardımlar göstərməyə başladıq”.

Digər şahid, “Real” Tibb Mərkəzində əməliyyat tibb bacısı işləyən Bənövşə Yadigarova deyib ki, Arzu Qurbanlının əməliyyatında iştirak edib. Onun sözlərinə görə, əməliyyat normal keçib və heç bir qeyri-adi hal baş verməyib: “Mən əməliyyatda əvvəldən axıradək iştirak etmişəm... Əməliyyatdan təqribən yarım saat sonra uşaq ekstubasiya olunmuş vəziyyətdə palataya gətirildi. Vəziyyəti yaxşı idi və narkozdan ayılmışdı”.

Məhkəmə prosesində əvvəllər ifadə verən digər şahidlər kimi, A. Əkbərova və B. Yadigarova da istintaqa verdikləri ifadələrində dəyişikliklərin olduğunu, orada yazılanlardan xəbərsiz olduqlarını bildiriblər. Anesteloji qeydiyyat jurnalının müstənqit tərəfindən “oğurlanması” ilə bağlı vəkilin sualını cavablandıran tibb bacısı Bənövşə Yadigarova bildirib ki, qeydiyyat jurnalı iyunun 8-də müstəntiq tərəfindən götürülüb: “Mən otaqda tək idim, Əflatun müəllim (müstəntiq- red.) otağa girib anesteloji jurnalın vərəqlərini çevirib baxdı, sonra götürüb getdi. Mən ona əngəl ola bilmədim. Bu barədə tibb bacısı Şərqiyyəyə dedim, o da dərhal onun ardınca qapıya qaçdı. Lakin gəlib dedi ki, vermədi, deyir ki, mən istədiyim şeyi buradan götürə bilərəm”.

Növbəti məhkəmə prosesi oktyabrın 25-ə təyin edilib.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar