Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrandan şok etiraf: Qarabağda Ermənistanın tərəfini tutduq

Tarix: 25-08-2019 15:25     Baxış: 4175 A- / A+
İrandan şok etiraf: Qarabağda Ermənistanın tərəfini tutduq

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, Uyğur Respublikası, Kəşmir və Çeçenistanla bağlı mövqeyini tənqid edib.

Manevr.az xəbər verir ki, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlama verib, İranın xarici siyasəti ilə razılaşmadığını dilə gətirib:

"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik".

Millət vəkili ölkəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib: "Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində də Azərbaycanın haqlı olmasına rəğmən etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Çinin Uyğur vilayətindəki müsəlmanlara, Rusiyanın çeçenlərə qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik".qaynarinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar