Sizin Reklam Burada
Xəbər lenti
15 noyabr
14 noyabr
BÜTÜN XƏBƏRLƏR

Bu məşhur əsəri Qızıl Fonddan kim məhv edib? — VİDEO

Tarix: 30-10-2019 13:45     Baxış: 4311 A- / A+
Bu məşhur əsəri Qızıl Fonddan kim məhv edib? — VİDEO

Rəşid Behbudov Fondunun baş direktoru Kamil Şahverdi Cahangir Cahangirovun “Arazın o tayında” simfonik poeması ilə bağlı olduqca maraqlı məqama toxunub.
Manevr.az kult.az-a istinadən xəbər verir ki, K.Şahverdi görkəmli bəstəkar Cahangir Cahangirovun 1949-cu ildə, 28 yaşında ikən özünün həm peşəkarlıq, həm ideya, mövzu, həm də tarixi mahiyyəti baxımından möhtəşəm bir əsəri – “Arazın o tayında” simfonik poeması üzərində işini başa çatdırdığını bildirib.

“Əsər elə həmin il, 1949-cu ildə ilk dəfə Bakıda ifa olunur. Maestro Niyazinin quruluşunda və drijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poemasını Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında böyük uğurla ifa edir”, - K.Şahverdi qeyd edib.

Onun sözlərinə görə, bəstəkar Dmitri Şostakoviç xüsusi olaraq bu əsəri dinləmək üçün Bakıya gəlib və bu, videoda da əks olunub:

“Videoda gördüyünüz kimi, Filarmoniyanın zalında Şostakoviç, ​ gənc bəstəkarlarımız Cövdət Hacıyev, Fikrət Əmirov və başqa sənətkarlar dövlət rəsmiləri ilə əsərin ilk ifasını dinləyir. Möhtəşəm premyeradan sonra Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poeması böyük uğurla Moskva və Leninqradda (indiki Sankt-Peterburq) Niyazinin rəhbərliyi ilə ifa olunur. 1950-ci ildə Cahangir Cahangirov 29 yaşında bu əsərə görə “Stalin” mükafatına (sonradan SSRİ dövlət mükafatı) layiq görülür. SSRİ Ümumittifaq Radiosu bu əsəri "Qızıl Fond" üçün lentə almağı sifariş edir. Əsər uğurla lentə alınır. Surəti Azərbaycan Dövlət radiosunun fonduna​ təqdim olunur”.

K.Şahverdinin sözlərinə görə, qısa müddətdən sonra Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poeması qadağan olunur, əsər SSRİ məkanında repertuarlardan çıxarılır. Bu azmış kimi, bəstəkar Cahangir Cahangirov arzuolunmaz müəllif elan olunur:
“Beş il yaradıcılığı yasaqlanan Cahangir Cahangirov faktiki olaraq Azərbaycanda ilk dissident bəstəkar hesab olunur.

“Arazın o tayında” simfonik poemasına görə aldığı yüksək dövlət mükafatlarına baxmayaraq, əsərini Güney Azərbaycanın milli azadlıq hərəkatına həsr etdiyinə görə bəstəkar çox ciddi təqiblərə və məhrumiyyətlərə məruz qalır...

2005-ci ilə qədər bu əsər Azərbaycan Dövlət Radiosunun fonotekasında qorunurdu. Dəfələrlə əsəri dinləmək şərəfi Rəşidə xanımla bizə nəsib olmuşdu. Bir neçə il bundan əvvəl bu möhtəşəm tarixi əsəri çap etmək qərarına gəldik. Lakin əsərin lent yazısını tapa bilmədik. Azərbaycanın bütün arxivlərinı ələk-vələk etsək də, istəyimizə nail ola bilmədik. Kimlərsə Bütov Azərbaycan tarixinin ən şanlı səhifəsinə həsr olunmuş ölməz əsərin yerli-dibli yox edilməsinə nail olmuşdu. Ən dəhşətlisi odur ki, bu hadisə müstəqilliyimiz dövründə baş verir. Bir daha xatırladım ki, 2005-ci ilə qədər “Arazın o tayında” əsəri dövlət radiosunun fondunda qorunmaqda idi və dəfələrlə onu dinləmişdik...

Hazırda əldə etdiyimiz kinolentdən yeganə fraqmenti sizə təqdim edirik. "Arazın o tayında" simfonik poemasının finalından bir hissə...”

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar