Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Tarix: 28-07-2019 11:20     Baxış: 4178 A- / A+
Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Milli Məclisin deputatı Q. Paşayeva Çinin ictimai xadim qadınları, tanınmış təşkilat rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva Çin heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Millət vəkili bildirib ki, Çinin də üzvü olduğu BMT Təhlüksizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair 4 qətnaməsinin 20 ildən artıqdır ki işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsindən danışaraq bildirib ki təssüf ki Təhlükəsizlik Şurası işğalçıya heç bir təzyq göstərmir və azərbaycanlı köçkünlər evlərinə dönmək üçün qurumdan məhz bunu gözləyirlər.

Çinin ictimai xadim qadınları, tanınmış təşkilat rəhbərləri ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q. Paşayeva Azərbaycanın Çinlə əməkdaşlığa verdiyi önəmdən,ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğundan danışıb və onları ölkəmizə dəvət edib. Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı da geniş məlumatlar verib. Çinin də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Manevr.az
Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadimləri, tanınmış təşkilat rəhbərləri ilə görüşüb


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar