Xəbər lenti
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu komandanın şərikli sahiblərindən birinə çevrilə bilər.
Xarici medianın məlumatına əsasən, 41 yaşlı hücumçu daha 4 investorla birlikdə "Əl-Nəsr"i satın almaq üçün təklif hazırlayır. Bildirilir ki, sövdələşmədə iştirak edəcək investorların hər biri ən azı 92 milyon avro məbləğində vəsait yatırmağı planlaşdırır.
Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"in formasını geyinir. Portuqaliyalı futbolçu daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus" klublarında çıxış edib.
Kriştianu Ronaldu karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb. O, "Çempionlar Liqası"nın qalibi olmaqla yanaşı, Portuqaliya millisi ilə Avropa çempionatında və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























